Anons

Bu gün, 11:39- XIRDALAN XIRDALANIR

Bu gün, 11:13- Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq

Bu gün, 11:06- ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub

Bu gün, 10:51- "Papanin" 7 ildən sonra açıldı

Bu gün, 10:38- Cəbhədə son vəziyyət - MN-dən AÇIQLAMA

Bu gün, 10:27- Bu gün payız Azərbaycana daxil olur

Bu gün, 10:22- Azərbaycan Çinlə turizm sahəsində əməkdaşlığı genişləndirir

Bu gün, 09:59- Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir

Bu gün, 09:36- Elmlə məşğul olan Azərbaycan qadınlarının sayı artıb (ÖZƏL)

20-09-2019, 17:11- Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"

20-09-2019, 16:55- "Bakı Metropoliteni" bu il 150 milyondan çox sərnişin daşıyıb

20-09-2019, 16:41- 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib - Yarmarkaya saylı günlər qaldı

20-09-2019, 16:32- Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

20-09-2019, 16:20- “Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

20-09-2019, 16:08- Mərkəzi Kitabxana “Yurdda sülh, cahanda sülh” adlı tədbir keçirdi

20-09-2019, 15:59- “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

20-09-2019, 15:47- “Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

20-09-2019, 15:26- Macarıstanın Baş naziri Bakıya gəlir

20-09-2019, 15:05- Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin birgə keçirdiyi müsabiqə qaliblərinin adları açıqlanıb

20-09-2019, 14:52- Azərbaycan dünya bazarlarına ixrac potensialını artıracaq

Haqqımızda Əlaqə

Texnoloq Ulya Şirinova: "Kin saxlamağı bacarmıram"

Tarix:10-06-2019, 21:32 Baxış Sayı:325

Texnoloq Ulya Şirinova: "Kin saxlamağı bacarmıram" - Ulya xanım, necə oldu ki, bu sənətə gəldiniz?

- Mənim bu sənətə marağım uşaqlıqdan olub. Uşaq olarkən gəlinciklərin saçları ilə oynayırdım. Tibb sahəsini bitirsəm də, o sahə üzrə işləmədim. Yaxın qohumum Nigar xanımın məsləhəti ilə “Laser Beauty” də işəməyə başladım. Artıq iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Düşünürəm ki, qısa zaman kəsiyində özümü təsdqiləyə bilmişəm.

- Bu işi kimdən öyrəndiniz?

- Bu işin incəliklərini mənə Ainka xanım öyrətdi. Fürsətdən istifadə edib, ona təşəkkürümü bildirirəm.

- Hər bir stilistin öz işləmə mexanizmi var. Sizi fərqləndirən bir cəhət varmı?

- Mənə necə rahatdırsa, elə də işləyirəm. Öz üslubumla gedirəm. Ən əsası, müştərilərimə pul kisəsi kimi baxmıram.

- Son zamanlarda xanımlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?

- Daha çox manikuliar düzləşmə ilə bağlı müraciətlər olur. Çünki xanımlar istəyirlər ki, saçları hər zaman düz olsun.

- Necə bir xarakterə maliksiniz?

- Mən çox kövrək bir insanam. Kin saxlamağı bacarmıram. Kimsə xətrimə dəysə, onu bağışlaya bilərəm, amma heç vaxt yadımdan çıxartmaram. Çünki qırılan qəlblər düzəlmir.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. Bir övladım var.

- Ailə həyatı ilə bu iş alınırmı?

- Çətin olsa da, alındırmağa çalışırıq. Çünki mən günün 12-13 saatını işdə oluram. Övladıma istədiyim qədər zaman ayıra bilmirəm.

- Beynəlxalq konfranslara, seminarlara qatılırsınızmı?

- Xarici ölkələrdə yox, amma ölkədaxili seminarlarda tez-tez iştirak edirəm.

- Gələcəkdə özünüzə bir yer götürüb işlətmək kimi bir planınız varmı?

- Xeyr, çünki mən Nigar xanımın üstündən bir iş görə bilmərəm. Məni o bu sahəyə gətirib. Ömrümün sonuna qədər ona minnətdaram.

- Son zamanlarda bu sahəyə axın çoxdur. Bir rəqabətin olduğunu hiss edirsinizmi?

- Rəqabət olmasa, inkişaf da olmaz. Yetər ki, o rəqabət sağlam olsun.

- Sizin paxıllığınızı çəkənlər varmı?

- Bəlkə də var…

- Nəyə “yox” deyirsiniz?

- Yalana və ikiüzlülüyə yox deyirəm.

- Xanımlara çox işləyirsiniz. Onları tam dərk edə bilmisinizmi?

- Xeyr (gülür). Bəzən xanımlar gəlirlər ki, saçımız tutumlu olsun. Onu düzəldirəm, bir neçə gün sonra deyirlər ki, tutumlu olmasın. Formasını dəyişirlər. Xanımların nə istədiklərini anlamaq bir az çətin məsələdir (gülür).

- Özünüz nə istədiyinizi bilirsinizmi?

- Bəli, mən istəyirəm ki, öz sahəmdə dünya səviyyəsində tanınım.

- Xanımlara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, öz gözəlliklərinin qeydinə qalsınlar. İlk öncə, özlərinə dəyər versinlər ki, kənardakılar da onlara dəyər versin.

- Mən bu sənəti seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, müştərilərim tərəfindən bu qədər seviləcəyəm.

Əlaqə nömrəsi: (051) 6604838

Texnoloq Ulya Şirinova: "Kin saxlamağı bacarmıram"
Texnoloq Ulya Şirinova: "Kin saxlamağı bacarmıram"
Texnoloq Ulya Şirinova: "Kin saxlamağı bacarmıram"
Texnoloq Ulya Şirinova: "Kin saxlamağı bacarmıram"
Texnoloq Ulya Şirinova: "Kin saxlamağı bacarmıram"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...