Anons

Bu gün, 17:10- Elmira Süleymanova rusiyalı həmkarına müraciət edib – Fuad Abbasovla bağlı

Bu gün, 16:57- “Qarabağ”ın Çempionlar Liqasının yeni mövsümündə ilk rəqibi müəyyənləşib

Bu gün, 16:45- Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA

Bu gün, 16:38- Birinci sinfə gedənlərin sayı artıb - Nazir müavini

Bu gün, 16:29- “Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edib

Bu gün, 16:17- “Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq

Bu gün, 16:12- Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir

Bu gün, 16:00- Qar uçqununda ölən əsgərin şəhid statusu bərpa edildi

Bu gün, 15:51- Mişel Platini həbs olundu

Bu gün, 15:38- Peşəkar Boks Federasiyasında yeni prezident: Yeniliklər olacaq!

Bu gün, 15:29- Azərbaycan iyulun 15-də BMT-yə hesabat verəcək

Bu gün, 15:16- Yunanıstana keçmək istəyən azərbaycanlı miqrantlar saxlanıldı

Bu gün, 15:08- Azərbaycan 2-ci Avropa Oyunlarında 15 cüdoçu ilə təmsil olunacaq

Bu gün, 14:55- “Facebook” öz kriptovalyutasını yaradacaq

Bu gün, 14:47- "Alov qüllələri"nin yaxınlığındakı yaşıllıq zolağı yanır — VİDEO

Bu gün, 14:38- Yol "terror"u: Ağır qəzalarda 6 nəfər öldü, 4 nəfər xəsarət aldı

Bu gün, 14:04- Vəkilliyə namizədlər and içiblər

Bu gün, 13:52- Azərbaycana Çindən turist axını gözlənilir - Dövlət Turizm Agentliyinin sədri

Bu gün, 13:39- “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək

Bu gün, 13:25- Azərbaycanda uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlanıb

Haqqımızda Əlaqə

İş xanımı İnci Hacıxanova: "Çox kövrək bir insanam"

Tarix:8-06-2019, 13:32 Baxış Sayı:317

İş xanımı İnci Hacıxanova: "Çox kövrək bir insanam" - İnci xanım, necə oldu ki, bu yerə gəlib çıxdınız?

- Mən ixtisasca müəlliməyəm. Ailə qurandan sonra bir müddət çoxları kimi mən də evdar xanım oldum. Lakin övladlarım olandan sonra işləmək qərarına gəldim. Mən həmişə istəmişəm ki, adım biznes-ladylərin sırasında olsun. Məqsədim yalnız bu olub. Günlərin bir günü "Faberlic" şirkətinə qoşuldum və Aytəkin xanımla tanış oldum. Aytəkin xanım bu sahədə mənə çox dəstək oldu. Altı ay ərzində direktor oldum. İndi 300-ə yaxın işçim var. Müxtəlif yerlərdə filallar açmışam. İşçilərimlə direktor kimi yox, öz anam, öz bacım kimi rəftar edirəm. Qısa zaman kəsiyində bu qədər uğur qazanmağımın səbəbi bəlkə də elə budur.

- Bu illər ərzində nə müşahidə etdiniz?

- Bu illər ərzində çox gözəl insanlarla tanış oldum. Bir ailə kimi pis günümüzdə də, yaxşı günümüzdə də bir-birimizin yanında olduq. Yaxşılarla pisləri seçməyi öyrəndim.

- Əslində necə birisiniz?

- Əslində çox kövrək bir insanam. Adi bir şeydən də təsirlənə bilərəm.

- Bu qədər uğur qazanmağınızın səbəbi nədir?

- İlk öncə, Allah mənə yardımçı oldu. Bacardığım qədər ehtiyacı olan insanlara əlimdən gələn köməkliyi edirəm.

- Bu uğurların ardının necə olmağını istərdiniz?

- Bizim şirkətdə direktorlara dərəcəyə görə fərqli ləqəblər verilir. Mən "brilliant direktor" olmağı qarşıma məqsəd qoymuşam. Biz 2017-ci ildə Moskvada olarkən bizim uğurlarımızdan danışılanda, bayrağımız dalğalananda çox sevinirdik. İnşallah, bu uğurların ardı kəsilməz.

- Əsl biznes-lady necə olmalıdır?

- İlk növbədə, qarşısına məqsəd qoymalıdır və insanlarla ünsiyyət qurmağı bacarmalıdır.

- Bu yolda qarşınızı kəsən oldumu?

- Bəli, oldu. Mən bu işə başlayanda deyirdilər ki, səndə alınmayacaq. Amma mən öz gücümlə, təkbaşına sübut etdim ki, alınmayan heç nə yoxdur.

- Nəyə "yox" deyirsiniz?

- Həmişə deyirəm ki, daha insanlara qarşı sərt olacağam, hamıya mehriban davranmayacağam. Amma alınmır. Bacarmıram.

- Özünüz öz əlinizlə baltalanmısınızmı?

- Bəli, olub.

- Özünüzə ən böyük zərbəni hansı məsələdə vurdunuz?

- Sevgi məsələsində.

- Mənfi xüsusiyyətiniz varmı?

- Bəli, mən insanlara tez inanıram. Elə bilirəm ki, hamı mənim kimidir. Zaman keçdikcə yanıldığımı görürəm.

- Şirkətinizin məhsulları ilə bağlı oxuculara nə məsləhət görürsünüz?

- Bizim şirkət Azərbaycanda 2004-cü ildən etibarən fəaliyyət göstərir. Üç dəfə birincilik əldə etmişik. Özünə diqqət və qulluq edən hər bir xanıma bizim məhsullardan faydalanmağı məsləhət görürəm.

- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, qısa zamam kəsiyində insanlar tərəfindən bu qədər sevilərəm.

İş birliyi qurmaq üçün əlaqə: (055) 4442639

İş xanımı İnci Hacıxanova: "Çox kövrək bir insanam"
İş xanımı İnci Hacıxanova: "Çox kövrək bir insanam"
İş xanımı İnci Hacıxanova: "Çox kövrək bir insanam"
İş xanımı İnci Hacıxanova: "Çox kövrək bir insanam"
İş xanımı İnci Hacıxanova: "Çox kövrək bir insanam"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...