Anons

Bu gün, 17:10- Elmira Süleymanova rusiyalı həmkarına müraciət edib – Fuad Abbasovla bağlı

Bu gün, 16:57- “Qarabağ”ın Çempionlar Liqasının yeni mövsümündə ilk rəqibi müəyyənləşib

Bu gün, 16:45- Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA

Bu gün, 16:38- Birinci sinfə gedənlərin sayı artıb - Nazir müavini

Bu gün, 16:29- “Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edib

Bu gün, 16:17- “Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq

Bu gün, 16:12- Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir

Bu gün, 16:00- Qar uçqununda ölən əsgərin şəhid statusu bərpa edildi

Bu gün, 15:51- Mişel Platini həbs olundu

Bu gün, 15:38- Peşəkar Boks Federasiyasında yeni prezident: Yeniliklər olacaq!

Bu gün, 15:29- Azərbaycan iyulun 15-də BMT-yə hesabat verəcək

Bu gün, 15:16- Yunanıstana keçmək istəyən azərbaycanlı miqrantlar saxlanıldı

Bu gün, 15:08- Azərbaycan 2-ci Avropa Oyunlarında 15 cüdoçu ilə təmsil olunacaq

Bu gün, 14:55- “Facebook” öz kriptovalyutasını yaradacaq

Bu gün, 14:47- "Alov qüllələri"nin yaxınlığındakı yaşıllıq zolağı yanır — VİDEO

Bu gün, 14:38- Yol "terror"u: Ağır qəzalarda 6 nəfər öldü, 4 nəfər xəsarət aldı

Bu gün, 14:04- Vəkilliyə namizədlər and içiblər

Bu gün, 13:52- Azərbaycana Çindən turist axını gözlənilir - Dövlət Turizm Agentliyinin sədri

Bu gün, 13:39- “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək

Bu gün, 13:25- Azərbaycanda uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlanıb

Haqqımızda Əlaqə

Nizami İcra Hakimiyyətindən gülməli və yarımçıq açıqlama – Fotolar

Tarix:7-06-2019, 16:48 Baxış Sayı:42

Nizami İcra Hakimiyyətindən gülməli və yarımçıq açıqlama – Fotolar İki gün əvvəl Bizimxeber.az-da Nizami rayonu, Şirin Mirzəyev küçəsində qanunsuz fəaliyyət göstərən çay evlərinin yüksək gərgilikli elektrik xəttinin altında fəaliyyət göstərməsi və bu ərazinin icra başçısı Arif Qasımov tərəfindən icarəyə verilməsinə baxmayaraq nəzarətsiz saxlanması ilə bağlı – “Arif Qasımov yüksək gərginlikli elektrik xəttinin altında çayxana şəbəkəsi yaradıb – FOTOLAR” adlı yazı yazmışdıq.

Yazıya Nizami Rayon İcra Hakimiyyətindən münasibət gəlib. Amma necə, bax elə gülməlisi də budur. Redaksiyanın elektron ünvanına gələn yarımçıq mövqe o qədər maralıdır ki, adam oxuduqca oxumaq istəyir. Əslində bu mövqenin əvvəlində nələrin yazıldığını oxumaq bizə də maraqlı olardı. Amma təəssüflər olsun ki, münasibətin əvvəli yoxdu … və sonra bu cümlələr var – olduğu kimi təqdim edirik.

“Qeyd edək ki, son illər rayonda gedən abadlıq və quruculuq işlərinin ardıcıl davamı olaraq T.Abbasov küçəsi ilə Ş.Mirzəyev küçəsinin kəsişməsindən başlanan 9600 kv metr, yəni parkın I hissəsi abadlaşdırılmış, müasir tələblərə cavab verən işıqlandırma sistemi quraşdırılmış, həmin ərazidə sakinlərin istirahəti üçün lazımı şərait yaradılaraq onların istifadəsinə verilmişdir. Ş.Mirzəyev küçəsi boyunca sahibkarlar tərəfindən icarəyə verilən obyektlərin qarşısındakı çay evləri həmin obyektlərin sahibləri ilə aidiyyəti orqanlarla bağlanmış mövsümi müqavilə əsasında fəaliyyət göstərirlər. Sözügedən ərazi, yəni parkın II hissəsi – Ş.Mirzəyev küçəsi boyunca olan sahənin abadlaşdırılması üçün tərəfimizdən təkliflər hazırlanmış, hazırda layihələndirmə və sənədləşdirmə işləri aparılır. Sənədləşmə işləri yekunlaşdıqdan sonra ərazidəki çay evləri yığışdırılaraq ərazidə abadlaşdırılma işlərinə başlanılacaqdır. Bu barədə obyekt sahiblərinə xəbərdarlıq edilmişdir”.

Nizami İcra Hakimiyyətindən gülməli və yarımçıq açıqlama – Fotolar


Bu nə açıqlamadır Arif Qasımov? Sizin elə bütün işləriniz belədir? Hər işi belə yarımçıq görmək sizin və “savadlı” əməkdaşlarınızın adətidir?

Sizin təbirinizlə desək Ş.Mirzəyev küçəsindəki fəaliyyət göstərən o obyektlərin sahibləri bu əraziləri necə çayxana kimi icarəyə verə bilər? Sahibkarlar obyektinin arxa hissəsini, özü də 50 metr kənar məsafəni, elektrik xəttinin altını necə icarəyə verir? Bu ərazi sahibkarın necə ola bilər?

Kim satıb bu əraziləri? Bu hansı qanunla tənzimlənib? Yüksək elektrik xəttləri keçən ərazilərdə siz necə park sala bilirsiz? Burda oynayan uşaqların təhlükəsiliyinə kim təminat verir?

Nizami İcra Hakimiyyətindən gülməli və yarımçıq açıqlama – Fotolar


Apardığımız araşdırmalar isə tamam başqa mətləblərdən xəbər verir. Yaxın günlərdə ərazilərin kimlər tərəfindən və hansı şərtlərlə icarəyə verildiyini bütün çılpaqlığı ilə işıqlandırcağıq. Ərazidə hər çay evi üçün nə qədər aylıq ödəniş alınır?

Ərazidə yaşayan inlarların müraciətləri prezident İlham Əliyevə ünvanlanacaq.

Nizami İcra Hakimiyyətindən gülməli və yarımçıq açıqlama – Fotolar
Nizami İcra Hakimiyyətindən gülməli və yarımçıq açıqlama – Fotolar
[center]Nizami İcra Hakimiyyətindən gülməli və yarımçıq açıqlama – Fotolar
[/center]скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...