Anons

Dünən, 12:13- ƏSMM MƏRDİ QOVA QOVA NAMƏRD ETMƏK İSTƏYİR ?

14-06-2019, 20:24- İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edi

14-06-2019, 19:10- Binəqədi rayonunda 2018-2019-cu tədris ilinin başa çatması münasibətilə "Son zəng" tədbiri keçirildi

14-06-2019, 18:18- Son zəng Zaqatalada da vuruldu

14-06-2019, 17:08- Su xəttində qəza - Yolda qazıntı aparılır

14-06-2019, 16:55- Azərbaycanda bu rayonun sakinləri QİÇS-ə görə müayinədən keçiriləcək

14-06-2019, 16:48- Azərbaycanlıların əcnəbilərlə nikah bağlaması halları azalıb (ÖZƏL)

14-06-2019, 16:36- Elçibəyin xanımının ölüm səbəbi açıqlandı

14-06-2019, 16:27- 1600 bilet satıldı, məşhur müğənni Bakıya gəlmədi

14-06-2019, 16:14- Son dəqiqə: Məktəb direktoru döyüldü

14-06-2019, 16:05- AzTU Cənubi Koreya universitetləri ilə əməkdaşlıq edəcək

14-06-2019, 15:53- ADU-da Şairlər günü-Çin bayramı qeyd edilib

14-06-2019, 15:42- Tibb elmləri üzrə fəlsəfə doktoru-pediatr Afaq Səfərova: " Bu xəstəlik genetik xəstəlikdir"

14-06-2019, 15:13- Komitə: 22 binadan ilkin qeydiyyat sənədləri toplanıb

14-06-2019, 14:58- “Baktelecom” optik şəbəkəyə keçidin əhatə dairəsini genişləndirir

14-06-2019, 14:49- Yol polisləri "Son zəng" günü məktəblərdə maarifləndirmə işləri apardı - FOTO - VİDEO

14-06-2019, 14:36- Millimiz FİFA reytinqində iki pillə gerilədi

14-06-2019, 14:25- НАГРАЖДЕНИЕ ПАТРИОТОВ

14-06-2019, 14:17- Azərbaycanda əcnəbilər üçün ÇOXDƏFƏLİK GİRİŞ VİZASINA görə rüsum qaydası dəyişdi

14-06-2019, 13:40- BDU-nun “Gənc istedadlar” liseyində “Son zəng”

Haqqımızda Əlaqə

Bakı çimərliklərindəki “od tutub yanan” qiymətlər

Tarix:7-06-2019, 13:25 Baxış Sayı:43

Bakı çimərliklərindəki “od tutub yanan” qiymətlər Havaların günü-gündən isti keçməsi çimərlik biznesinin canlanmasına səbəb olub. İstirahət üçün yüksək standartlara cavab verməyən çimərliklərimizin xidmət və dizaynında bir dəyişiklik edilməsə də, qiymətlər kəllə-çarxa qalxıb.

Çimərliklərin "od tutub yanan” qiymətlərini təqdim edirik:

Mərdəkanda yerləşən "Dalga Beach-Aqua Park” istirahət mərkəzinə girişin qiyməti həftəiçi 35 AZN, şənbə-bazar günləri isə 50 AZN-dir. 7-12 yaşa kimi uşaqlar üçün 15 AZN ödəniş olmalıdır. Xarici vətəndaşlar üçün isə həftəiçi giriş 50 manat, həftəsonu 70 manatdır. Qiymətdə ötən illə müqayisədə heç bir dəyişiklik edilməyib.

Nardaranda yerləşən "Sea Breeze hotel” qiymətlər həftənin bütün günü üçün 20 manatdır. Bura "lejanka”, çətir və dəsmal da daxildir.

Hövsanda yerləşən "Halikarnas Balıkçısı”na giriş 10 manatdır. Buraya dəsmal, "lejanka” və çətirli masa daxildir. Özünüzlə yemək və içki gətirməyə icazə verilmir. 6 yaşa qədər uşaqlara giriş pulsuz, 7-12 yaş uşaqlara isə 5 manatdır.

Bilgəh qəsəbəsində yerləşən "Amburan” çimərlik mərkəzində bu il qiymətlər daha da bahalaşıb. Həftəiçi giriş 30 manatdır. Həftəsonu isə 35 manat ödənilməlidir. 12 yaşadək və boyu 150 sm. olan uşaqlar üçün giriş pulsuzdur. Ötən il isə bazar ertəsi 20 AZN, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə 23 AZN, həftəsonu isə 28 AZN idi. Bu qiymətə hovuz, dəsmal, adi "lejanka”, futbol meydançası, mini qolf meydançası və s. daxildir. Qoyulmuş xüsusi divanlarda dincəlmək istəyənlər isə əlavə 25-30 manat ödəməlidirlər.

"My Beach Novkhani”da böyüklər üçün giriş həftəiçi 20 manat, 5 yaşadək uşaqlara pulsuzdur. Həftəsonu isə giriş 25 manatdır. Bu qiymətə sadəcə dəniz kənarı daxildir. "Lejanka” istəsəniz, əlavə 5 manat ödəməlisiniz. "Bisetka”ların altında oturmaq istəyənlər 20, çətirlərdə isə 15 manat ödənilməlidir.

"Ramada Bakı” çimərliyinə həftəiçi giriş 20 manat, həftəsonu isə 25 manatdır. Ötən illə müqayisədə qiymətlərdə ucuzlaşma var.

"Mambo beach club”da isə qiymətlər bahalaşıb. Həftəiçi giriş 25, həftəsonu isə 30 manatdır. Ötən il həftəiçi giriş 15 manat, həftəsonu isə 20 manat idi. Qiymətə çimərlik, açıq hovuz, soyunub-geyinmə otağı, duş kabinələri, çətir, VİP çadırlar, "lejanka” daxildir. Ayrıca dəsmal və açarlı dolab üçün 15 manat ödənilməlidir.

Uzağa getmək istəməyənlər şəhərin içində də hovuza girib, günəş vannası qəbul edə bilərlər. "Excelsior Hotel Spa Baku”da həftəiçi qiymət 30 manatdır. Həftəsonu və bayram günləri isə 40 manat verib, hovuzda dincələ bilərsiniz.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...