Anons

Dünən, 12:13- ƏSMM MƏRDİ QOVA QOVA NAMƏRD ETMƏK İSTƏYİR ?

14-06-2019, 20:24- İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edi

14-06-2019, 19:10- Binəqədi rayonunda 2018-2019-cu tədris ilinin başa çatması münasibətilə "Son zəng" tədbiri keçirildi

14-06-2019, 18:18- Son zəng Zaqatalada da vuruldu

14-06-2019, 17:08- Su xəttində qəza - Yolda qazıntı aparılır

14-06-2019, 16:55- Azərbaycanda bu rayonun sakinləri QİÇS-ə görə müayinədən keçiriləcək

14-06-2019, 16:48- Azərbaycanlıların əcnəbilərlə nikah bağlaması halları azalıb (ÖZƏL)

14-06-2019, 16:36- Elçibəyin xanımının ölüm səbəbi açıqlandı

14-06-2019, 16:27- 1600 bilet satıldı, məşhur müğənni Bakıya gəlmədi

14-06-2019, 16:14- Son dəqiqə: Məktəb direktoru döyüldü

14-06-2019, 16:05- AzTU Cənubi Koreya universitetləri ilə əməkdaşlıq edəcək

14-06-2019, 15:53- ADU-da Şairlər günü-Çin bayramı qeyd edilib

14-06-2019, 15:42- Tibb elmləri üzrə fəlsəfə doktoru-pediatr Afaq Səfərova: " Bu xəstəlik genetik xəstəlikdir"

14-06-2019, 15:13- Komitə: 22 binadan ilkin qeydiyyat sənədləri toplanıb

14-06-2019, 14:58- “Baktelecom” optik şəbəkəyə keçidin əhatə dairəsini genişləndirir

14-06-2019, 14:49- Yol polisləri "Son zəng" günü məktəblərdə maarifləndirmə işləri apardı - FOTO - VİDEO

14-06-2019, 14:36- Millimiz FİFA reytinqində iki pillə gerilədi

14-06-2019, 14:25- НАГРАЖДЕНИЕ ПАТРИОТОВ

14-06-2019, 14:17- Azərbaycanda əcnəbilər üçün ÇOXDƏFƏLİK GİRİŞ VİZASINA görə rüsum qaydası dəyişdi

14-06-2019, 13:40- BDU-nun “Gənc istedadlar” liseyində “Son zəng”

Haqqımızda Əlaqə

Həkim-dermatoloq-kosmetoloq Sevinc Abdullayeva: "Gözəllik dəridən başlayır"

Tarix:6-06-2019, 20:00 Baxış Sayı:199

Həkim-dermatoloq-kosmetoloq Sevinc Abdullayeva: "Gözəllik dəridən başlayır"
- Sevinc xanım, necə oldu ki, kosmetoloq oldunuz?

- Mən Tibb Universitetini bitirmişəm. Oxuduğum illərdə, eləcə də universiteti bitirdikdən sonra ağlıma gəlməzdi ki, bu sahəyə gələcəyəm. Çünki o zamanlarda kosmetologiya o qədər də inkişaf etməmişdi. Mən universiteti bitirdikdən sonra bir il dermatoloq olaraq çalışdım. Daha sonra isə övladım dünyaya gəldi və qərara aldım ki, evdə oturum. Bir müddət işdən kənarda qaldım. Həmin ərəfədə özümə məşğuliyyət axtarırdım və kosmetologiyaya marağım yarandı. Özüm üçün məşğul olmağa başladım. Bir insanın məsləhəti ilə bu işlə ciddi məşğul olmaq qərarına gəldim və kosmetologiyanın sirlərini öyrəndim. Həmin gündən bu günə qədər kosmetoloq olaraq fəaliyyət göstərirəm.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 14 ildən çoxdur ki, kosmetologiya sahəsindəyəm.

- Bu illər ərzində nə müşahidə etdiniz?

- Biz əvvəllər köhnə üsullarla işləyirdik. İndi isə kosmetologiya çox inkişaf edib. Bu sahəyə olan təlabat da artıb. Onu da deyim ki, pasientlərin maariflənmə səviyyəsi də əvvəlki illərə nisbətən çox yüksəkdir.

- Hər bir həkimin öz iş prinsipi var. Sizin prinsipiniz nədir?

- Mən bu işlə məşğul olan ilklərdənəm. Həmişə çalımışam ki, pasientərin üzlərindəki konkret bir cizgi yox, bütünlüklə simaları gözəl görünsün. Onların simalarındakı bütün elementlər bir-birini tamamlasın.

- İşdənkənar necə birisiniz?

- İşdənkənar ana, həyat yoldaşı və zərif bir qadınam.

- Ailə həyatı ilə bu iş alınırmı?

- Əvvəllər çətin idi, amma indi həyat yoldaşım mənə dəstək olur. Bilir ki, mən bu işsiz yaşaya bilmərəm.

- Bu işə nə vaxtsa son qoymağı düşünürsünüzmü?

- Hərdən bu barədə fikirləşirəm. Mənim tələbələrim olub. Amma bir müddət fasilə vermişəm. Düşünürəm ki, müəyyən müddətdən sonra tələbə hazırlamağa da davam edəcəyəm. Çünki bu iş mənim gələcəyimdir.

- Son zamanlarda sanki bir standartlaşma var. Xanımlar bir-birinə oxşamağa başlayıblar. Bunu nə ilə əlaqələndirirsiniz?

- Bəli, tamamilə doğrudur. İndi xanımların çoxu sosial şəbəkələrədə, filmlərdə məşhur insanları görüb onlara oxşamaq istəyirlər. Elə bilirlər ki, məşhurluq həmin üz quruluşu ilə olur. Öz təbiiliklərini itirirlər.

- Sizcə, bir xanımı daha da gözəl göstərən onun üzündəki hansı üzvüdür?

- Məncə, ilk növbədə, dəri gözəl olmalıdır. Çünki gözəllik dəridən başlayır.

- Özünüz hansı bir prosedurlardan istifadə etmisinizmi?

- Bəli, etmişəm. Artıq müəyyən bir yaşa çatmışam və bu yaşda belə qalmağımda həmin prosedurların da payı var.

- Paisentlərinizdə sizə qarşı bir sevgi var. Nədir bu sevginin arxasında yatan sirr?

- Yəqin ki, səmimiyyət və düzgünlük.

- Hansı prosedura birmənalı olaraq “yox” deyirsiniz?

- Bədən dolğularına “yox” deyirəm və konkret olaraq o proseduru icra etmirəm. Çünki sinə çox incə və həssas bir nahiyyədir. Müəyyən potoloji proseslərə meyllidir. Bu baxımdan, sinə ilə bağlı cərrahlara müraciət olunmasının tərəfdarıyam.

- Xanımlara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, özlərini sevsinlər. Gözəlliklərinə fikir versinlər. Hər hansı bir kosmetoloji prosedur etdirdikləri zaman ucuz preparatların arxasıyca qaçmasınlar. Təbiiliklərini itirməsinlər. Çərçivədən çıxmamaq şərtilə, vaxtında müəyyən prosedurlardan yararlansınlar.

- Mən Hippokrat andını içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu anda sadiq olmayan “həkim”lər ola bilər.

Tel: (050) 320 05 15  Ünvan:Azadlıq.pr.149 (Bank Respublika ilə üzbəüz)

Həkim-dermatoloq-kosmetoloq Sevinc Abdullayeva: "Gözəllik dəridən başlayır"
Həkim-dermatoloq-kosmetoloq Sevinc Abdullayeva: "Gözəllik dəridən başlayır"
Həkim-dermatoloq-kosmetoloq Sevinc Abdullayeva: "Gözəllik dəridən başlayır"
Həkim-dermatoloq-kosmetoloq Sevinc Abdullayeva: "Gözəllik dəridən başlayır"
Həkim-dermatoloq-kosmetoloq Sevinc Abdullayeva: "Gözəllik dəridən başlayır"
Həkim-dermatoloq-kosmetoloq Sevinc Abdullayeva: "Gözəllik dəridən başlayır"
Həkim-dermatoloq-kosmetoloq Sevinc Abdullayeva: "Gözəllik dəridən başlayır"
Həkim-dermatoloq-kosmetoloq Sevinc Abdullayeva: "Gözəllik dəridən başlayır"
Həkim-dermatoloq-kosmetoloq Sevinc Abdullayeva: "Gözəllik dəridən başlayır"
Həkim-dermatoloq-kosmetoloq Sevinc Abdullayeva: "Gözəllik dəridən başlayır"
Həkim-dermatoloq-kosmetoloq Sevinc Abdullayeva: "Gözəllik dəridən başlayır"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...