Anons

Bu gün, 17:10- Elmira Süleymanova rusiyalı həmkarına müraciət edib – Fuad Abbasovla bağlı

Bu gün, 16:57- “Qarabağ”ın Çempionlar Liqasının yeni mövsümündə ilk rəqibi müəyyənləşib

Bu gün, 16:45- Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA

Bu gün, 16:38- Birinci sinfə gedənlərin sayı artıb - Nazir müavini

Bu gün, 16:29- “Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edib

Bu gün, 16:17- “Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq

Bu gün, 16:12- Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir

Bu gün, 16:00- Qar uçqununda ölən əsgərin şəhid statusu bərpa edildi

Bu gün, 15:51- Mişel Platini həbs olundu

Bu gün, 15:38- Peşəkar Boks Federasiyasında yeni prezident: Yeniliklər olacaq!

Bu gün, 15:29- Azərbaycan iyulun 15-də BMT-yə hesabat verəcək

Bu gün, 15:16- Yunanıstana keçmək istəyən azərbaycanlı miqrantlar saxlanıldı

Bu gün, 15:08- Azərbaycan 2-ci Avropa Oyunlarında 15 cüdoçu ilə təmsil olunacaq

Bu gün, 14:55- “Facebook” öz kriptovalyutasını yaradacaq

Bu gün, 14:47- "Alov qüllələri"nin yaxınlığındakı yaşıllıq zolağı yanır — VİDEO

Bu gün, 14:38- Yol "terror"u: Ağır qəzalarda 6 nəfər öldü, 4 nəfər xəsarət aldı

Bu gün, 14:04- Vəkilliyə namizədlər and içiblər

Bu gün, 13:52- Azərbaycana Çindən turist axını gözlənilir - Dövlət Turizm Agentliyinin sədri

Bu gün, 13:39- “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək

Bu gün, 13:25- Azərbaycanda uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlanıb

Haqqımızda Əlaqə

Stomatoloq Günay Babayeva: "Dəqiq diaqnoz və müalicə çox önəmlidir".

Tarix:3-06-2019, 10:51 Baxış Sayı:89

Stomatoloq Günay Babayeva: "Dəqiq diaqnoz və müalicə çox önəmlidir". - Günay xanım, damaq xəstəlikləri nədir və bu qədər geniş yayılmasının səbəbi nədir?

- Damaq xəstəliyi günümüzdə çox geniş yayılmış bir xəstəlikdir. Demək olar ki, on xəstədən beşində bu xəstəliyi müşahidə edirik. Bu xəstəliyin əsas səbəbi daxildə olan xəstəliklərdir. Şəkərli diabetli, daun sindromulu, yüksək təzyiqli və digər pasientlərdə bu, ağız boşluğu selikli qişasına yansıyır. Damaq xəstəliyi özü də bir neçə növə bölünür. Hal-hazırda ən çox yayılanları qiniqvitlər, parodontitlər və parodontozlardır. Qinqivitlərdə şişkinlik, qanama, ağızdan pis qoxunun gəlməsi və s. olur. Parodontitlərdə isə həm qanama olur, həm də diş əti cibləri olur. Həmin ciblərdə yığılmış mikroblar damağın möhkəmliyini sarsıdır. Bunun da nəticəsində, dişlərin boyunları açılır və bir müddətdən sonra laxlamağa başlayır. Parodontozda isə heç bir iltihabi proses olmur, yalnız sümük boşalıb aşağı çəkilir. Parodontoz xəstəliyi çox cavanlaşıb. Əvvəllər bu xəstəliyə 40-45 yaşdan sonra rast gəlirdiksə, indi 25 yaşdan sonra bu xəstəliyə tez-tez rast gəlirik. Bunun da fonunda yediyimiz qidalar və ekologiyanın təmiz olmaması dayanır. Qinqivitlər daha çox yeniyetmələrdə və hamilə qadınlarda əmələ gəlir. Buna səbəb isə hormon dəyişikliyi olur.

- Bu xəstəliklərin müalicəsi necə aparılır?

- Xəstəliyin müalicəsi ilk növbədə, qinqivitlərdə və parodontitlərdə ağız boşluğunun dərindən sanasiyasıdır. Yəni ki, diş əti ciblərini və diş daşlarını təmizləyirik. Diş daşları iki cür olur. Dişətiüstü və dişətialtı diş daşları. Dişətiüstü diş daşlarını təmizləməklə heç bir nailiyyət əldə etmək olmur. Damaq xəstəliyi olan pasientlərin dişətialtı cib daşları mütləq təmizlənməlidir. Bundan başqa, ağızda müəyyən prosedurlar aparılmalıdır. Məsələn, fizeoterapiya metodlarından geniş istifadə edirik. Damaq müalicəsində vektor aparatından da istifadə olunur.

- Damaq xəstəliklərinə qarşı hansı proflaktik tədbirlər görülməlidir?

- İldə iki-üç dəfə diş daşlarını təmizlətmək, bol vitaminli qidalarla qidalanmaq və ağız gigyenasına diqqət etmək lazımdır. Xüsusən də "B və C" qrupuna daxil olan vitaminlər damağın selikli qişasının divarlarını möhkəm saxlamağa kömək edir.

- Damaq xəstəlikləri irsi ola bilərmi?

- Bəli, bir çox xəstəliklər kimi damaq xəstəlikləri də irsi ola bilər.

- Bu mövzu ilə əlaqədar oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, peşəkar stomatoloqlara müraciət etsinlər. Çünki bəzən ağız boşluğunda siflis, onkoloji və s. xəstəliklər ola bilər ki, bunu da ilk olaraq ancaq peşəkar stomatoloqlar görə bilirlər.  Bu baxımdan, doğru diaqnoz və müalicə çox önəmlidir. Ən əsası, hər altı aydan bir müayinə mütləq şəkildə lazımdır.

Həkimlə əlaqə: (055)6114712

Stomatoloq Günay Babayeva: "Dəqiq diaqnoz və müalicə çox önəmlidir".
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...