Anons

Bu gün, 12:05- Bakıda “Siyasi repressiya qurbanları muzeyi” açılıb

Bu gün, 10:47- Paytaxtın mərkəzindəki hotellər Avroliqanın oyunu ilə bağlı 100 faiz bron edilib - Assosiasiya

Dünən, 17:05- İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ

Dünən, 16:52- DGK-nın sədri karqo terminallarında yüklərin gecikməsi məsələsinə aydınlıq gətirib

Dünən, 16:41- Dövlət Miqrasiya Xidməti işə qəbulla əlaqədar müsahibə elan edir

Dünən, 16:33- “Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib

Dünən, 16:19- Azərbaycanlı vəkillər şad xəbər

Dünən, 16:08- Təhsil Nazirliyi müəllimin döyülməsi faktı ilə bağlı Baş Prokurorluğa müraciət edib

Dünən, 15:55- Dostu Fuad Poladov barədə: “Ölümün gözünə kişi kimi baxdı”

Dünən, 15:47- Türkiyədə qadınların hərbi xidmət keçməsi təklif olunub

Dünən, 15:16- Bakıda zəlzələ oldu? RƏSMİ AÇIQLAMA

Dünən, 15:07- Sürücülük etibarnaməsi ilə bağlı vacib - YENİLİK

Dünən, 14:54- Ana oğlunu “Vosmoy bazarı”nda atıb qaçdı - FOTO

Dünən, 14:43- Tereza Mey istefasını elan etdi

Dünən, 14:35- Kitabxanaçılar Ç.Abdullayevin “Torjestvo xama” kitabının təqdimatında iştirak etdilər

Dünən, 14:22- BMU-da 28 May-Respublika gününə həsr olunmuş “Mənim Azərbaycanım” adlı bilik və yaradıcılıq sərgisi keçirilib

Dünən, 14:09- 56 şəhər və rayonda işəgötürənlərə “Məşğulluq” alt sistemi barədə təqdimatlar edilib

Dünən, 14:01- Şənbə gününün havası

Dünən, 13:50- Azərbaycanda daha çox aşkarlanan yaxından görmə, uzaqdan görmə, astiqmatizmin SƏBƏBLƏRİ?

Dünən, 13:38- MİDA 22 milyon manata yaxın özəl investisiya cəlb edəcək

Haqqımızda Əlaqə

Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun elmi işçisi, həkim nevroloq, neyrofizioloq, reabilitoloq Mərziyyə Məmmədova: “Çalışırıq ki, xəstələrə ziyan gəlməsin”

Tarix:15-05-2019, 11:18 Baxış Sayı:369

Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun elmi işçisi, həkim nevroloq,  neyrofizioloq,  reabilitoloq Mərziyyə Məmmədova: “Çalışırıq ki, xəstələrə ziyan gəlməsin” - Mərziyyə xanım, haradan haraya gəldiniz?

- Çox uzaqlardan gəldim. Tələbəlikdən elmlə məşğul oluram. Hazırda müdafiə ərəfəsindəyəm. Elmi fəaliyyətlə yanaşı inzibati işlərlə də məşğulam. Həkim olaraq fəaliyyət göstərirəm. Etiraf edim ki, həkim olmaq istəməmişəm. Atamın arzusu olub. Onun arzusunu gerçəkləşdirmişəm. Nə yaxşı ki, həkim olmuşam. İnsanlara sağlamlıq bəxş etmək qürurverici bir hissdir.

- Ağ xalatı əyninizə geyinəndə fərqli olursunuz?

- Ağ xalat bir atributdur. İnsanların gözü buna öyrəşib. Amma mən ağ xalatda da, xalatsız da eyni oluram. Bir əlcək də geyinib xəstələri müayinə edə bilərəm. Yenə də xəstələr üçün əhəmiyyət kəsb etdiyinə görə çalışıram ki, onların qarşısına ağ xalatla çıxım. Uşaq xəstələrim ağ xalatdan qorxduğu üçün onları qəbul edəndə çalışıram ağ xalat geyinməyim.

- Olduğunuz mövqedən razısınızmı?

- Əlli faiz razıyam, əlli faiz yox. Çünki hesab edirəm ki, hələ görüləcək çox iş var. Planlarımın çoxunu həyata keçirsəm də, mövqeyim o mövqe deyil.

- Son zamanlarda insanlarda ən çox müşahidə etdiyiniz nədir?

- Ən birinci problem təşviş və stressdir. O qədər böyük informasiya axını olur ki, insanlar özləri də bilmirlər ki, haraya tələsirlər. Hansı məqsədin arxasınca qaçırlar.

- Nevroloji xəstəliklərdə irsi faktor rol oynayırmı?

- Tibbi protokollara, ədəbiyyatlara baxsaq, görərik ki, irsi faktor az rol oynayır. Bu məsələlərdə ətraf mühitin rolu böyükdür. Məsələn, insan şəkərli diabet daşıyıcısı ola bilər. Lakin mühitdən asılı olaraq bu xəstəlik yarana da bilər, yaranmaya da. Amma son illər irsi xəstəliklərin aşkarlanması ilə bir çox irsi və epigenetik faktorlarında tendensiya müşahidə olunur.

- Bir xanım olaraq xoşbəxtliyin simvolunu tapa bilmisinizmi?

- Tapmışam. Xoşbəxtliyin simvolu ruh sakitliyidir. Akmillikdir, müdriklikdir. Düzdür, ona doğru gedən yol keşməkeşli olsa da, maraqlıdır.

- Ailə həyatınızla işinizi bir arada aparmaq çətindirmi?

- Çox çətindir. Uşaqlar diqqət tələb edirlər, darıxırlar. Mən də çalışıram ki, şənbə və bazar günlərimi ancaq onlara ayırım. Onlar ilə səmərəli və gözəl vaxt keçirməyə üstünlük verim. Amma bu hər zaman alınmır. Çünki iş qadını və ana olmaq ikisi bir arada çox çətindir. Yaxşı ki, yaxın anlayışlı ailə üzvlərim var, Allah onlara can sağlığı versin.

- İndiki tələbələrin çoxu xaricdə təhsil almağa üstünlük verir. Siz bu bardə fikriniz necədir?

- Bu praktika bütün dünya ölkələrində var. Çünki müxtəlif ölkələrdə müxtəlif tibbi mərkəzlər, xəstəxanalar var. Elmi mübadilə aparmağın tərəfdarıyam. Ancaq xarcidə təhsil alanların bəziləri qayıdır, bəziləri isə yox. Lakin məqsəd həkim olub xalqa xidmət etməkdirsə, qayıdıb xidmət edəcək.

- Sizin pasientlərinizə tətbiq etdiyniz özəl bir üsul varmı?

- Mən xəstə ilə beş-on dəqiqə yox, bəzən saatlarla danışıram. Onun doğulduğu tarixdən tutmuş indiyə qədər olan həyatı ilə tanış oluram. Bu, mənim üçün çox vacibdir. Çünki söhbət etdikdə müəyyən məqamlar aydın olur. Daha sonra fiziki müayinə edirəm. Bəziləri isə fiziki müayinə etmir. Bunu eşidəndə çox məyus oluram. Məsələn, bəzi xəstələrdə bel ağrıları psixoloji olur, həyəcandan, təşvişdən yaranır. Mən görəndə ki, xəstə bel ağrısı və həyəcanla gəlir, onu sakitləşdirməyə çalışıram. Bununla, yəni söhbətlə, həm müayinə, həm də müalicə edirəm.

- Pasientlərə bəzən həddindən artıq dərman preparatları yazılır. Buna münasibətiniz necədir?

- Dərman xəstəyə əlac olmalıdır. Əlac olarsa, düzgün qaydada yazılan dərmanlar asılılıq yaratmır. Biz xəstələrə təbabətdə sübuta yetirilmiş qaydada dərmanlar yazırıq. Çalışırıq ki, xəstələrə ziyan gəlməsin. Bunda əlavə ilk növbədə pasientlərə fiziki hərəkətlər, düzgün qidalanma və s. kimi elementləri tövsiyyə edirik.

- Sağlam beyinə, sağlam düşünəcəyə malik olmaq üçün nə etmək lazımdır?

- İlk növbədə oxumaq lazımdır. Mənim oxuduğum zamanlarda “insan və cəmiyyət” dərsliyi var idi. İnsanın cəmiyyətdə formalaşması üçün çox yaxşı vəsait idi. Bundan başqa, universitetdə və məktəblərdə psixologiya keçilməlidir. Təsəvvür edin ki, mən Tibb Universitetində təhsil alanda psixatiriya keçilirdi, amma psixologiya yox. Cəmiyyətin əsasını insan təşkil etdiyi üçün insan da cəmiyyətdə olan prosesslərdən xəbərdar olmalıdır.

- Bir həkim olaraq bilə bilməzdim ki,.. Bu fikrin ardını özünüz tamamlayın, zəhmət olmasa.

- Mən oxumuşdum ki, atom zərrəciklərə - neytronlara, protonlara, bölünür. Bu yaxında bir məqaləyə rast gəldim. Yazılmışdı ki, yer üzündə anti-maddə və maddələr var. Onlar mütənasib deyil. Maddələr anti-maddədən çoxdur. Bilə bilməzdim ki, illər sonra atomun içərisində yeni zərrəciklər aşkarlanacaq.

Həkimlə əlaqə: (055) 6754424

#nevroloq #nevrologiya #həkim #neurology

Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun elmi işçisi, həkim nevroloq,  neyrofizioloq,  reabilitoloq Mərziyyə Məmmədova: “Çalışırıq ki, xəstələrə ziyan gəlməsin”
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...