Anons

Bu gün, 12:05- Bakıda “Siyasi repressiya qurbanları muzeyi” açılıb

Bu gün, 10:47- Paytaxtın mərkəzindəki hotellər Avroliqanın oyunu ilə bağlı 100 faiz bron edilib - Assosiasiya

Dünən, 17:05- İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ

Dünən, 16:52- DGK-nın sədri karqo terminallarında yüklərin gecikməsi məsələsinə aydınlıq gətirib

Dünən, 16:41- Dövlət Miqrasiya Xidməti işə qəbulla əlaqədar müsahibə elan edir

Dünən, 16:33- “Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib

Dünən, 16:19- Azərbaycanlı vəkillər şad xəbər

Dünən, 16:08- Təhsil Nazirliyi müəllimin döyülməsi faktı ilə bağlı Baş Prokurorluğa müraciət edib

Dünən, 15:55- Dostu Fuad Poladov barədə: “Ölümün gözünə kişi kimi baxdı”

Dünən, 15:47- Türkiyədə qadınların hərbi xidmət keçməsi təklif olunub

Dünən, 15:16- Bakıda zəlzələ oldu? RƏSMİ AÇIQLAMA

Dünən, 15:07- Sürücülük etibarnaməsi ilə bağlı vacib - YENİLİK

Dünən, 14:54- Ana oğlunu “Vosmoy bazarı”nda atıb qaçdı - FOTO

Dünən, 14:43- Tereza Mey istefasını elan etdi

Dünən, 14:35- Kitabxanaçılar Ç.Abdullayevin “Torjestvo xama” kitabının təqdimatında iştirak etdilər

Dünən, 14:22- BMU-da 28 May-Respublika gününə həsr olunmuş “Mənim Azərbaycanım” adlı bilik və yaradıcılıq sərgisi keçirilib

Dünən, 14:09- 56 şəhər və rayonda işəgötürənlərə “Məşğulluq” alt sistemi barədə təqdimatlar edilib

Dünən, 14:01- Şənbə gününün havası

Dünən, 13:50- Azərbaycanda daha çox aşkarlanan yaxından görmə, uzaqdan görmə, astiqmatizmin SƏBƏBLƏRİ?

Dünən, 13:38- MİDA 22 milyon manata yaxın özəl investisiya cəlb edəcək

Haqqımızda Əlaqə

Məmurlar "Allahın Evi"nə də tamah salıblar... - Beyləqanda

Tarix:15-05-2019, 10:52 Baxış Sayı:28

Məmurlar "Allahın Evi"nə də tamah salıblar... - Beyləqanda Beyləqan rayonunda inşasına 30 il öncə başlanan "Cümə məscidi"nin tikintisi hələ də yarımçıq qalıb.

Rayon sakini Bəxtiyar Süleymanovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 1989-cu ildə rayonun o dövrdəki rəhbəri Mürşüd Əzimov tərəfindən təməli qoyulan məscidin tikilməsi üçün 1,5 hektar torpaq sahəsi ayrılıb. Həmin il məscidin tikintisinə başlanılıb. Məscidin günbəz hissəsinə çatdıqda isə tikinti dayandırılıb. Tikilinin yarımçıq qalmasına səbəb 1990-cı illərdə baş verən siyasi hadisələr olub.

Müharibə dövründə məscid baxımsız vəziyyətə düşüb. Sonra Famil adlı axund məscidin həyətində məskunlaşaraq ora nəzarət edib. "Allahın evi"nin üstünün açıq qalmasına baxmayaraq, bir neçə şəxs bir küncə çadır çəkərək namaz qılmağa, ibadətlə məşğul olmağa başlayıblar.

Sonrakı illərdə rayonun ibadətlə məşğul olan sakinləri tərəfindən məscidin tikintisi hissə-hissə davam etdirilib. "Nəzir qutusu"ndan və əhalidən toplanan vəsait hesabına günbəz də ucaldılıb.

Rayon sakininin sözlərinə görə, sonradan məsciddə tikinti işləri dayandırılıb. Buna səbəb kimi isə məscidin qanuni axundunun olmaması göstərilib.

"Bir neçə ibadət əhli bir araya gələrək lazımi orqanlara məktubla müraciət etdik və tikintinin davam etdirilməsinə nail ola bildik. Məscid ikimərtəbəlidir və əlavə olaraq namaz qılınması üçün bir otaq tikilib. Amma bu otaq da tam hazır vəziyyətdə deyil" - deyə Bəxtiyar Süleymanov bildirib.

Rayonun digər sakini Ehtiram Allahyarov da məscidə qanuni axund təyin edilmədiyinə görə bir çox problemlərlə qarşılaşdıqlarını bildirib: "Bizim rayonda ibadət edənlər çoxdur. Təsəvvür edin ki, 110 mindən çox əhalisi olan rayonun məscidi və axundu yoxdur. Biz dəfələrlə müraciət etsək də, nə məscidimiz tikilib başa çatdırılır, nə də qanuni axund təyin olunur. Biz müqəddəs bayramlarımızı harada qeyd etməliyik, namazlarımızı və ən əsası da "cümə namazı"nı harada qılmalıyıq?! İnanmıram ki, ölkəmizdə bizim rayonun vəziyyətində başqa bir rayon olsun".

Allahyarov onu da bildirib ki, hazırda Füzuli rayonundan olan məcburi köçkün ailəsi ora nəzarətçi kimi yerləşdirilib: "Biz onları yerləşdirəndə düşünürdük ki, məscidə axund təyin edilər və onlara qanuni şəkildə maaş verilər. Təəssüf ki, dəfələrlə müraciət etməyimizə baxmayaraq, bu məsələ həllini tapmayıb. Həmin imkansız köçkün ailəsi təmənnasız olaraq orada çalışır. Problemlər tək tikinti ilə bitmir. Burada su xətti yox idi. Bir neçə nəfər şəxsi hesabına məscidin həyətinə su çəkdirib. Hazırda həll olunmayan problemlərdən biri də məscidin qazla təmin olunmamasıdır. Biz dəfələrlə qaz idarəsinə müraciət etsək də, onlar məscidin rəsmi icma olmadığını bildirərək, ora qaz çəkə bilməyəcəklərini deyiblər. Məscidin kanalizasiya problemi də var. Çox xahiş edirik ki, səsimizə səs versinlər. Bizə rəsmi şəkildə axund təyin edib ibadət evinin tikintisinin tamamlanmasına köməklik göstərsinlər".

Rayon sakinləri onu da qeyd ediblər ki, əvvəllər məscidin sahəsi böyük olub. Lakin bəzi məmurlar və iş adamları məscid üçün nəzərdə tutulmuş ərazini qanunsuz olaraq mənimsəyiblər. Burada bir neçə fərdi ev və ticarət obyekti tikilib. Sakinlər əllərində məscidin əvvəlki sənədlərinin çıxarışlarının olduğunu və bununla bağlı aidiyyəti orqanlara müraciət etdiklərini də bildiriblər.

Məsələ ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin katibi Yaqut Əliyeva ilə əlaqə saxladıq. O, bu problemlə bağlı sakinlərin Quruma elektron müraciət etməsini tövsiyə etdi. Həmçinin bildirdi ki, bu müraciət səlahiyyətli şəxslərə çatdırılacaq...скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...