Anons

Bu gün, 12:05- Bakıda “Siyasi repressiya qurbanları muzeyi” açılıb

Bu gün, 10:47- Paytaxtın mərkəzindəki hotellər Avroliqanın oyunu ilə bağlı 100 faiz bron edilib - Assosiasiya

Dünən, 17:05- İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ

Dünən, 16:52- DGK-nın sədri karqo terminallarında yüklərin gecikməsi məsələsinə aydınlıq gətirib

Dünən, 16:41- Dövlət Miqrasiya Xidməti işə qəbulla əlaqədar müsahibə elan edir

Dünən, 16:33- “Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib

Dünən, 16:19- Azərbaycanlı vəkillər şad xəbər

Dünən, 16:08- Təhsil Nazirliyi müəllimin döyülməsi faktı ilə bağlı Baş Prokurorluğa müraciət edib

Dünən, 15:55- Dostu Fuad Poladov barədə: “Ölümün gözünə kişi kimi baxdı”

Dünən, 15:47- Türkiyədə qadınların hərbi xidmət keçməsi təklif olunub

Dünən, 15:16- Bakıda zəlzələ oldu? RƏSMİ AÇIQLAMA

Dünən, 15:07- Sürücülük etibarnaməsi ilə bağlı vacib - YENİLİK

Dünən, 14:54- Ana oğlunu “Vosmoy bazarı”nda atıb qaçdı - FOTO

Dünən, 14:43- Tereza Mey istefasını elan etdi

Dünən, 14:35- Kitabxanaçılar Ç.Abdullayevin “Torjestvo xama” kitabının təqdimatında iştirak etdilər

Dünən, 14:22- BMU-da 28 May-Respublika gününə həsr olunmuş “Mənim Azərbaycanım” adlı bilik və yaradıcılıq sərgisi keçirilib

Dünən, 14:09- 56 şəhər və rayonda işəgötürənlərə “Məşğulluq” alt sistemi barədə təqdimatlar edilib

Dünən, 14:01- Şənbə gününün havası

Dünən, 13:50- Azərbaycanda daha çox aşkarlanan yaxından görmə, uzaqdan görmə, astiqmatizmin SƏBƏBLƏRİ?

Dünən, 13:38- MİDA 22 milyon manata yaxın özəl investisiya cəlb edəcək

Haqqımızda Əlaqə

Stomatoloq Günay Babayeva: “Sağlamlıq ağızdan başlayır”

Tarix:14-05-2019, 23:51 Baxış Sayı:104

Stomatoloq Günay Babayeva: “Sağlamlıq ağızdan  başlayır”

- Günay xanım, haradan hara gəldiniz?

- Mən 2000-ci ildə Moskva Dövlət Tibb Stomatologiya Universitetinə qəbul oldum və oranı bitirdim. 2005-2006- cı illərdə 3 saylı şəhər stomatoloji poliklinkasında internatura kursu keçmişəm. O gündən bu günə qədər stomatoloq olaraq fəaliyyət göstərirəm.

- Artıq on ildən çoxdur ki, fəaliyyət göstərirsiniz. Bu on ilə nəyi sığışdıra bilmədiniz?

- Stomatologiya sürətlə inkişaf edən bir sahədir. Tez-tez yeniliklər olur. Biz də həmin yenilikləri təqib və tətbiq etməyə çalşırıq. Hələ də oxumaqda davam edirik.

- İşdənkənar necə birisiniz?

- Əslində sakit və səbrli biriyəm. Amma bəzən çox əsəbi olduğum hallar da olur (gülür).

- Əllərinizlə illərdir ki, pasientlərin xidmətində durusunuz. Hərdən o əllərə baxnda nə fikirləşirsiniz?

- Fikirləşirəm ki, bu əllər çox əziyyət çəkir. Amma pasientlərimin üzlərindəki sevinci görəndə çox məmnun oluram. Düşünrəm ki, çəkdiyim əziyyətə dəyir.

- Siz bu peşəni bu qədər sevirsiniz. Nədir bu sevginin arxasında yatan sirr?

- Yəqin ki, daxildən gələn bir sevgidir. Mən universitetə qəbul olanda topladığım bal digər fakültələrə də çatırdı. Amma mən özüm stomatoloq olmaq istədim.

- Əvvəllər bu sahədə daha çox kişilər çalışırdılar. Son zamanlarda xanımların sayı da kifayət qədər artıb. Bir rəqabət varmı?

- Bəli, rəqabət var. Ümumiyyətlə, bizdə stomatologiya çox inkişaf edib. Öz üzərində işləyən və savadlı həkimlərin arasında həmişə rəqabət olub, olacaq da. Amma bu sağlam rəqabətdir. Rəqabət olan yerdə inkişaf da var.

- Bu rəqabətdən baş çıxarda bilirsinizmi?

- Bəli, çıxardıram. Əgər pasientlərim varsa, deməli, çıxardıram.

- Bir həkim olaraq sizi narahat edən nədir?

- Bizim səhiyyəmiz bir az da inkişaf etməlidir. Pasientlər də maariflənməlidirlər. Onların maariflənməyi həkimlərin də işini yüngüllşədirir.

- Nəyə “yox” deyirsiniz?

- Bacardığım qədər çalışıram ki, insanların haqqına girməyim və bacardığım qədər düzgün mövqe tutum.

- İş prinsipiniz necədir?

- Elə bir stomatoloq yoxdur ki, bir-birinin işini təkrarlasın. Məsələn, mənim asissentim mənim iş ardıcıllığımı bilir. Başqa həkimin yanında çalışsa, onun ardıcıllığı fərqli olacaq. Hərənin öz işləmə üsulu var. Mən də öz üsulumla işləyirəm.

- Son dövrlərdə ən çox müşahidə etdiyiniz xəstəliklər hansılardır?

- Son dövrlərdə karies çoxalıb. Elə bir insan yoxdur ki, onun kariesli dişi olmasın. Olsa da, çox nadir hallarda rast gəlirik. Bundan başqa, damaq xəstəlikəri də geniş yayılıb. Yediyimiz qidaların keyfiyyətsiz olması ağız boşluğunda müxtəlif yaralar əmələ gətirir. Kariesin müxtəlif fəsadları olur. Vaxtında müalicə olunmasa, pulpitə (diş sinirinin iltihabı), periodontitə keçir. Pulpiti də vaxtında müalicə etməyəndə kökün iltihabına keçir. Artıq o dişin ömrü də qısalır. Periodontit kimi müalicə olunur. Düzdür, bizim müalicələrimizin çox gözəl nəticləri olur. Amma həmin dişlərin ömrünün qısa olmamağı üçün mütləq ən azı altı aydan bir müayinə olunmalıdır. Bu da uşaqlıqdan olmalıdır. Uşaq stomatoloqların sayı artmalıdır. Maariflənmə aparılmalıdır.

- Oxuculara nə məsləhət görürsünüz?

- Ağız boşluğunun gigyenasına diqqət etməyi, altı aydan bir müayinədən keçməyi məsləhət görürəm. Çünki sağlamlıq ilk olaraq ağızdan başlayır.

- Mən Hippokrat andı içərkən yaxşı bilirdim ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Yaxşı bilirdim ki, bu anda həmişə sadiq qalacağam. Mənim bir məqsədim var. O da pasientin məndən məmnun getməsidir. Mən hətta imkanı olmayan insanlara bəzən ödənişsiz də xidmət göstərirəm. Əlimizdən gələn işdirsə, niyə də etməyək?!

Həkimlə əlaqə: (055) 6114712

Stomatoloq Günay Babayeva: “Sağlamlıq ağızdan  başlayır”
Stomatoloq Günay Babayeva: “Sağlamlıq ağızdan  başlayır”
Stomatoloq Günay Babayeva: “Sağlamlıq ağızdan  başlayır”
Stomatoloq Günay Babayeva: “Sağlamlıq ağızdan  başlayır”
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...