Anons

Bu gün, 12:05- Bakıda “Siyasi repressiya qurbanları muzeyi” açılıb

Bu gün, 10:47- Paytaxtın mərkəzindəki hotellər Avroliqanın oyunu ilə bağlı 100 faiz bron edilib - Assosiasiya

Dünən, 17:05- İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ

Dünən, 16:52- DGK-nın sədri karqo terminallarında yüklərin gecikməsi məsələsinə aydınlıq gətirib

Dünən, 16:41- Dövlət Miqrasiya Xidməti işə qəbulla əlaqədar müsahibə elan edir

Dünən, 16:33- “Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib

Dünən, 16:19- Azərbaycanlı vəkillər şad xəbər

Dünən, 16:08- Təhsil Nazirliyi müəllimin döyülməsi faktı ilə bağlı Baş Prokurorluğa müraciət edib

Dünən, 15:55- Dostu Fuad Poladov barədə: “Ölümün gözünə kişi kimi baxdı”

Dünən, 15:47- Türkiyədə qadınların hərbi xidmət keçməsi təklif olunub

Dünən, 15:16- Bakıda zəlzələ oldu? RƏSMİ AÇIQLAMA

Dünən, 15:07- Sürücülük etibarnaməsi ilə bağlı vacib - YENİLİK

Dünən, 14:54- Ana oğlunu “Vosmoy bazarı”nda atıb qaçdı - FOTO

Dünən, 14:43- Tereza Mey istefasını elan etdi

Dünən, 14:35- Kitabxanaçılar Ç.Abdullayevin “Torjestvo xama” kitabının təqdimatında iştirak etdilər

Dünən, 14:22- BMU-da 28 May-Respublika gününə həsr olunmuş “Mənim Azərbaycanım” adlı bilik və yaradıcılıq sərgisi keçirilib

Dünən, 14:09- 56 şəhər və rayonda işəgötürənlərə “Məşğulluq” alt sistemi barədə təqdimatlar edilib

Dünən, 14:01- Şənbə gününün havası

Dünən, 13:50- Azərbaycanda daha çox aşkarlanan yaxından görmə, uzaqdan görmə, astiqmatizmin SƏBƏBLƏRİ?

Dünən, 13:38- MİDA 22 milyon manata yaxın özəl investisiya cəlb edəcək

Haqqımızda Əlaqə

Endokrinoloq-dietoloq Nəzrin Hüseynova: “Yağlardan qədərində istifadə etmək lazımdır”

Tarix:14-05-2019, 16:59 Baxış Sayı:57

Endokrinoloq-dietoloq Nəzrin Hüseynova: “Yağlardan qədərində istifadə etmək lazımdır”
- Nəzrin xanım, yağ insan orqanizmi üçün nə dərəcədə əhəmiyyətli bir elementdir?

- Yağ çox əhəmiyyətli elementdir. Bəzən soruşurlar ki, evdə xörəklərə heç yağ vurmamaq nə dərəcədə düzgündür? Tamamilə yalnışdır. Bizim dərimizə yağ mütləq lazımdır. Yağ bizim dərimizi qoruyur, elastikləşdirir və təravətli saxlayır. Eyni zamanda, yarana biləcək çatlardan qoruyur ki, bunun da nəticəsində dəriyə enfeksiya düşməsinin qarşısı alınmış olur. Yağ olmadıqda, dəriyə infeksiya düşməyinin və yaraların əmələ gəlməyinin ehtimalı çoxdur. Məsələn, idmançılar yağdan istifadə etmirlər. Ona görə də, onların dəriləri quru olur və bəzən çatlar əmələ gəlir. Bu baxımdan, biz onlara az miqdar da olsa, yağ qəbul etməyi məsləhət görürük.

- Yağ çatışmazlığı olduqda orqanizmdə daha hansı proseslər gedir?

- Yağ az olduqda bədəndə olan selikli qişalar şişir. Öd kisəsinin bağırsağa keçən hissəsində xoledox adlı bir hissə var. O, çox adamda anadangəlmə əyri olur. Yağı az istifadə etdikdə daha da əyriləşir və öd bağırsağa keçə bilmir. Nəticə etibarilə, öddaşı xəstəliyi əmələ gəlir. Bu xəstəlikdən qorunmaq üçün bizə mütləq yağ lazımdır. Onu da deyim ki, yağlar beynimizin yaxşı inkişaf etməsi üçün də vacib bir faktordur.

- Bəs yağın orqanizmə hər hansı bir mənfi təsiri varmı?

- Həddindən çox istifadə edildikdə qaraciyərə ziyandır. Xolestrinin artımına səbəb olur. Məsələn, biz kabab yeyəndə onun üzərindən yağ damcıları axır. Bu baxımdan, kabab tam zərərsiz bir qidadır. Amma onun quyruq hissəsi, yaxud da qazın, ördəyin, toyuğun və s. dəriləri mütləq kəsilib atılmalıdır.

- Bu mövzu ilə bağlı oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, yağlardan qədərində istifadə etsinlər. Xüsusilə də zeytun və kərə yağlarından faydalanmağa çalışsınlar.

Həkimlə əlaqə: (050) 2712626скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...