Anons

Bu gün, 16:39- Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!”

Bu gün, 16:27- Zeynəb Əlizadə: “Nüfuzuna və beynəlxalq əlaqələrinə görə ADU-nu seçdim”

Bu gün, 16:19- Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX

Bu gün, 15:45- Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI

Bu gün, 15:33- Maykl Ceksonun gizli vəsiyyəti üzə çıxıb

Bu gün, 15:21- Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

Bu gün, 15:12- Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir

Bu gün, 14:59- Mərdəkanda avtomobil körpüdən aşdı: yaralılar var, biri uşaqdır

Bu gün, 14:45- Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Bu gün, 13:38- Fransanın Azərbaycanda yeni səfiri təyin olunub

Bu gün, 13:27- Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

Bu gün, 13:06- “Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib

Bu gün, 12:53- Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA

Bu gün, 12:45- Sabah 40 dərəcə isti olacaq

Bu gün, 12:32- “İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmi açıqlanıb

Bu gün, 12:19- Bağçalarda bərbad durum: ali təhsilsiz müdirlər, yaşlı tərbiyəçilər, qanunsuz ödənişlər... - Deputat və təhsil ekspertindən ETİRAZ

Bu gün, 12:08- Bu il Bakıda 1500-dən artıq yol nişanı yenilənib

Bu gün, 11:47- Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

Bu gün, 11:21- Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Bu gün, 11:12- "Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb

Haqqımızda Əlaqə

Həkim-kosmetoloq Aynur Əlizadə: “Zamanla bu işi çox sevdim”

Tarix:14-05-2019, 15:24 Baxış Sayı:158

Həkim-kosmetoloq Aynur Əlizadə: “Zamanla bu işi çox sevdim”
- Aynur xanım, haradan hara gəldiniz?

- Mən on səkkiz il Ukraynada yaşadığım üçün tibb akademiyasını da orada bitirdim. Oranı bitirdikdən sonra Bakıya gəldim. Üç ay sonra “Lazer beauty” də işə düzəldim. Beş ilə yaxın orada çalışdım. Bu gün də fəaliyyətimi davam etdirirəm.

- Siz işinizi bu qədər çox sevirsiniz. Nədir bu sevginin arxasında yatan sirr?

- Mən Ukraynada oxuyanda bir kosmetoloqun yanına gedirdim. Orada daha çox aparat komsetologiyası və permanent var idi. Həmin xanım mənə dedi ki, sən permanenti öyrənsən, yaxşı işləyə bilərsən, Bakıda böyük uğur qazanarsan. Ancaq mənim marağım sırf kosmetologiyaya yarandı. Bakıya gəldim. Özümü bir sıra işlərdə sınamaq istədim, amma gördüm ki, alınmır. Özümü kosmetologiya sahəsində tapdım. Həyat elə gətirdi ki, dr. Rəna xanmıla tanış oldum və o, mənə etimad göstərib oz komandasına götürdü. Sağ olsun, mənim bu sahədə bünövrəmi o qoydu. Zaman keçdikcə, bu işin incəliklərini daha dərindən öyrəndim. Qısa zaman kəsiyində böyük uğur qazandım. Bakıda bəlkə elə bir kosmetoloq yoxdur ki, qısa zamanda mənim qədər uğur qazana bilsin. Bu baxımdan, şanslıyam və özümlə fəxr edirəm.

- İşdənkənar necə birisiniz?

- Əslində şıltaq biriyəm. İşimi çox sevirəm. Amma işimlə bərabər dincəlməyi də xoşlayıram. İşdən sonra dostlarıma, yaxınlarıma vaxt ayırıram. Dincəlirəm. İşləməklə yanaşı, istirahət etməyi də bacarmaq lazımdır.

- Ailəlisinizmi?

- Xeyr, ailəli deyiləm.

- Sizcə, ailə həyatı ilə bu iş nə dərəcədə alınar?

- Mən ailəcanlı biriyəm. Anamla yaşayıram. Məni evə dartan bir qüvvə var. Ailə qursam, övladlarım olsa, məni evə çəkəcək qüvvə ikiqat artacaq.

- Nəyə “yox” deyirsiniz?

- Pasientlərim məndən aşırı dərəcədə hansısa bir prosedur istəyəndə, yox deyirəm. Çalışıram ki, öz məsləhətlərimi həmişə onlara verim.

- Yaxşı məqama toxundunuz. Şəhərdə sanki bir standartlaşma var. Çoxları eyni görkəmdədir. Bu, nədən irəli gəlir?

- Çünki hər kosmetoloq pasientlərə məsləhət vermir. Pasient nə istəsə, onu edir. Məsələn, elə üz cizgiləri var ki, ona müəyyən prosedurları etmək olmaz. Aşırı dərəcədə olunan prosedurların fəsadları olur. Bir də ki, məhsulun keyfiyyətindən də çox şey asılıdır. Mən həmişə təbii və keyfiyyətli məhsullarla işləyirəm.

- Özünüz öz üzərinizdə hansısa prosedurları həyata keçirtmisinizmi?

- Yaşım çox olmadığına görə hələ ki, dəriyə qulluq prosedurları edirəm. Çünki ilk öncə dəriyə əhəmiyyət vermək lazımdır. Çalışmaq lazımdır ki, dəri çox yağlı və quru olmasın. Kontur plastika ikinci dərəcəlidir.

- İş prinsipiniz necədir?

- Öz üzərimdə dayanmadan çalımaqdan ibarətdir.

- Bütün prosedurları həyata keçirdirsiniz?

- Bəli, həm aparat, həm də ineksiyon kosmetologiyaya aid bütün prosedurları edirəm.

- Bəs ən çox sevdiyiniz prosedur hansıdır?

- Hamı bilir ki, dodaq dolğularını çox sevirəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, kosmetoloji prosedurlara vaxtında başlasınlar. Çünki 25 yaşdan sonra dəri qocalmağa başlayır. Hər şeyi vaxtında etmək lazımdır. Bir də məsləhət görərdim ki, pasientlər seçdikləri həkimə axıra qədər güvənsinlər
.
- Mən əynimə ağ xalatı geyniərkən ağlıma gəlməzdi ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, məşhur bir həkim olaram. Mən həkim yox, jurnalist olmaq istəyirdim. Amma anam məni həkimliyə yönəltdi. Allah onun canını sağ etsin. Zamanla bu peşəni sevməyə başladım. Ağlıma gəlməzdi ki, nə zamansa bu sahədə ad qazanaram.

Həkimlə əlaqə: (050) 8871718

Həkim-kosmetoloq Aynur Əlizadə: “Zamanla bu işi çox sevdim”
Həkim-kosmetoloq Aynur Əlizadə: “Zamanla bu işi çox sevdim”
Həkim-kosmetoloq Aynur Əlizadə: “Zamanla bu işi çox sevdim”
Həkim-kosmetoloq Aynur Əlizadə: “Zamanla bu işi çox sevdim”
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...