Anons

Bu gün, 16:39- Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!”

Bu gün, 16:27- Zeynəb Əlizadə: “Nüfuzuna və beynəlxalq əlaqələrinə görə ADU-nu seçdim”

Bu gün, 16:19- Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX

Bu gün, 15:45- Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI

Bu gün, 15:33- Maykl Ceksonun gizli vəsiyyəti üzə çıxıb

Bu gün, 15:21- Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

Bu gün, 15:12- Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir

Bu gün, 14:59- Mərdəkanda avtomobil körpüdən aşdı: yaralılar var, biri uşaqdır

Bu gün, 14:45- Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Bu gün, 13:38- Fransanın Azərbaycanda yeni səfiri təyin olunub

Bu gün, 13:27- Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

Bu gün, 13:06- “Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib

Bu gün, 12:53- Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA

Bu gün, 12:45- Sabah 40 dərəcə isti olacaq

Bu gün, 12:32- “İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmi açıqlanıb

Bu gün, 12:19- Bağçalarda bərbad durum: ali təhsilsiz müdirlər, yaşlı tərbiyəçilər, qanunsuz ödənişlər... - Deputat və təhsil ekspertindən ETİRAZ

Bu gün, 12:08- Bu il Bakıda 1500-dən artıq yol nişanı yenilənib

Bu gün, 11:47- Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

Bu gün, 11:21- Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Bu gün, 11:12- "Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb

Haqqımızda Əlaqə

Ümumi cərrah – koloproktoloq Nurlana Erçin: “Əməliyyat etmək fərqli duyğudur”

Tarix:14-05-2019, 11:25 Baxış Sayı:240

Ümumi cərrah – koloproktoloq Nurlana Erçin: “Əməliyyat etmək fərqli duyğudur”
- Nurlana xanım, artıq 13 ildir ki, bu sahədəsiniz. Hansı cərrahi əməliyyatlara məşğul olursunuz?

- Ümumi cərrah olaraq bütün açıq və qapalı (laparosopik) əməliyyatları icra edirəm. Lakin bir xanım həkim olaraq daha faydalı olacağımı düşündüyüm üçün, xüsusən də, xanımlarımızın utandığını və həkimə getmədiklərini nəzərə alarq proktoloji üzrə Türkiyədə ixtisaslasmaq qərarına gəldim. Bu müddət ərzində proktoloji sahənin incəliklərini öyrəndikcə necə doğru qərar verdiyimə daha da əmin oldum. Əsasən babasil, anal çat, parapraktit, kandiloma, rectasel, rectal prolapsus və s. əməliyyatlardan sonra yaranan sfinkter çatışmamazlığı (rectal inkontinas) və ya tam əksi, aşırı müdaxilə nəticəsində yaranan darlıq (striktura) fəsadları aradan qaldırmağa yönəlik əməliyyatlar icra edirəm.

- Çalşdığınız illər ərzində öz sahənizdə nə müşahidə etdiniz?

- Bir məqama toxunmaq istəyirəm. Bəzi həkimlər özlərini reklam edirlər ki, guya ağrısız və qansız babasil əməliyyatı icra edirlər. Bu, mümkün deyil. Xəstəyə qarşı dürüst olmaq lazımdır. Bəli, əməliyyat ağrısız ola bilər, amma əməliyyatdan sonra ağrıların olmayacağına hansı həkim zəmanət verə bilər ki?! Bizim pasientlərdə də yalnış düşüncə formalaşıb. Bir həkim baş verə biləcək ağırlaşmaları öncədən dedikdə, elə bilirlər ki, həmin həkim savadsızdır. Halbu ki, tibbdə yüz faizlik nəticə yoxdur. Həkimin vəzifəsi, sadəcə olaraq, o riskləri azaltmaqdır.

- Ümumiyyətlə, bir həkim olaraq sizi narahat edən məsələ nədir?

- Ümumimiyyətlə, bizdə proktologiya dedikdə insanlar bu sahəyə bir az utancaq yanaşırlar. Hətta inandırım sizi, proktologiyanın nə olduğunu çoxları bilmirlər. Məsələn, babasil ən çox rast gəlinən xəstəliklərdən biridir. Üç xəstədən ikisində rast gəlinir. Amma onlar həyatını bu cür davam edirlər. Həkimə müraciət etməkdən çəkinirlər. Proktoloq əvəzinə gedib ginekoloqa müraciət edirlər. Həkim məsləhəti olmadan hansısa şamlardan istifadə edirlər. Düzdür, bizdə əvvəllər sırf bu sahə ilə məşğul olan həkimlər çox az idi. İndi isə proktoloqların sayı kifayət qədərdir. Lakin üzdə olan bir-iki həkimə görə digərləri kölgədə qalıb. Bizdə bu sahəyə kifayət qədər ehtiyac var. Mən də çalışıram ki, Türkiyədə öyrəndiklərimi buradakı pasientlərimizə tətbiq edim və onları bu sahədə maarifləndirim.

- Siz xarici ölkələrdə olub, onların tibbi ilə, həkimləri ilə yaxından tanış olmusunuz. Fərqi nədə görürsünüz?

- Bircə onu deyə bilərəm ki, xarici həkimlər öyrənmək istəyən tələbəni ürəklə öyrədirlər.

- Hər bir işin bir sonu var. Bəs siz bu işə nə zaman son qoymağı düşünürsünüz?

- Düzdür, mən zaman-zaman bəzi haqsızlıqlara mərzu qaldım. Bir az geri çəkildim. Halbu ki, gələndə çox həvəsli gəlmişdim. İndi də bir az qərarsızam. Amma düşünürəm ki, bu işi heç bir vaxt ata bilmərəm. Cərrahlığı çox sevirəm. Əməliyyat etmək də fərqli bir duyğudur. Heç bir əməliyyatı pula görə etməmişəm, etmərəm də. Sadəcə olaraq, işimdən zövq alıram.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, həkim-həkim gəzməsinlər. Həkimdən telefon vasitəsilə müalicə istəməsinlər. Vacib işləri olmadığı təqdirdə, gec saatlarda həkimi narahat etməsinlər. Ümumiyyətlə, bizim pasientlərdə maariflənmə səviyyəsi çox aşağıdır. İstərdim ki, çox oxusunlar, maariflənsinlər.

- Əynimə ağ xalatı geyinərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu qədər haqsızlığa uğrayacağam. Ağlıma gəlməzdi ki, həkimin savadını sadəcə sosial şəbək və televiziya proqramlarındakı çıxış sayı müəyyən edəcək. Nəzərə alsaq i, kamera fobbim var, demək ki, mən heç vaxt savadlı həkim olmayacağam (gülür).

Həkimlə əlaqə: (051) 7468998

Ümumi cərrah – koloproktoloq Nurlana Erçin: “Əməliyyat etmək fərqli duyğudur”
Ümumi cərrah – koloproktoloq Nurlana Erçin: “Əməliyyat etmək fərqli duyğudur”
Ümumi cərrah – koloproktoloq Nurlana Erçin: “Əməliyyat etmək fərqli duyğudur”
Ümumi cərrah – koloproktoloq Nurlana Erçin: “Əməliyyat etmək fərqli duyğudur”
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...