Anons

Bu gün, 16:39- Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!”

Bu gün, 16:27- Zeynəb Əlizadə: “Nüfuzuna və beynəlxalq əlaqələrinə görə ADU-nu seçdim”

Bu gün, 16:19- Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX

Bu gün, 15:45- Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI

Bu gün, 15:33- Maykl Ceksonun gizli vəsiyyəti üzə çıxıb

Bu gün, 15:21- Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

Bu gün, 15:12- Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir

Bu gün, 14:59- Mərdəkanda avtomobil körpüdən aşdı: yaralılar var, biri uşaqdır

Bu gün, 14:45- Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Bu gün, 13:38- Fransanın Azərbaycanda yeni səfiri təyin olunub

Bu gün, 13:27- Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

Bu gün, 13:06- “Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib

Bu gün, 12:53- Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA

Bu gün, 12:45- Sabah 40 dərəcə isti olacaq

Bu gün, 12:32- “İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmi açıqlanıb

Bu gün, 12:19- Bağçalarda bərbad durum: ali təhsilsiz müdirlər, yaşlı tərbiyəçilər, qanunsuz ödənişlər... - Deputat və təhsil ekspertindən ETİRAZ

Bu gün, 12:08- Bu il Bakıda 1500-dən artıq yol nişanı yenilənib

Bu gün, 11:47- Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

Bu gün, 11:21- Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Bu gün, 11:12- "Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb

Haqqımızda Əlaqə

Uzman stomatoloq Pərviz Cəfərov: “Zirvəyə çıxmaq asandır, orada qalmağı bacarmaq lazımdır”

Tarix:13-05-2019, 13:41 Baxış Sayı:173

Uzman stomatoloq Pərviz Cəfərov: “Zirvəyə çıxmaq asandır, orada qalmağı bacarmaq lazımdır” - Pərviz həkim, haradan başladınız, hara gəldiniz?

- Gədəbəy rayonundan başladım… Bildiyim qədəriylə, bu gün respublikanın beş ortepedindən biriyəm. Bu, rəsmi statistikadır. Mən dünyaya gəldiyim Hacıalar kəndində oxumuşam. Həmin kəndə işıq saatla verilirdi. Məktəbdə kitab bir dənə idi. Növbə ilə həmin kitabı oxuyurduq. Ancaq bir insan ürəkdən nəyi istəyirsə, ona nail olur. Mənim bu gün bu yerdə olmağımın ən başlıca səbəbi sinif müəllimim Məhəmməd müəllim (Allah onun canını sağ etsin) və atamla anam olub. Atam hərbçi idi. Aylarla onun üzünü görmürdüm. Anam da müəllimə idi. Atam evdə olmadığı üçün bütün əziyyətləri anam çəkirdi. O vaxt qarşıma bir məqsəd qoymuşdum ki, ailə quranda 24 saatımı da övladlarıma keçirdəcəyəm. Çünki bütün uşaqları məktəbə atası aparanda mən tək gedirdim. Elə bir peşə seçməli idim ki, övladlarıma vaxt ayıra bilim. Həmişə maksimum nəticə göstərməyə çalışmışam. Bu baxımdan, dərslərimi əla səviyyədə oxuyurdum. Mən yeddinci sinifdə oxuyarkən atam mənə dedi ki, Bakıda bir imtahan var. Ondan keçsən, Bakıda qalıb oxuyacaqsan. Amma keçməsən, gərək kəndə qayıtmayasan. Çünki oxuduğum məktəbin ən seçilən şagirdi idim. Hamı bizim ailəni tanıyırdı. Atam dedi ki, filankəsin oğlu getdi və imtahandan kəsildi sözünü qəbul edə bilmərəm. Razılaşdım. İmtahana gəldim. Nəticədə, 119 düz, bir səhvlə imtahandan keçdim. Həmin bir səhvə görə, bir ay Azərbaycan dili dərsinə girə bilmədim. Müəllimin üzünə baxa bilmirdim. Beləliklə, litseyə qəbul oldum. Beş il Ağdaş özəl türk litseyində oxudum. Müxtəlif olimpiyadaların qalibiyəm. Litseyi bitirdikdən sonra Dövlət Tibb Universitetinə, daha sonra isə Ankara Tibb Universitetinə daxil oldum. Oranı bitirdikdən sonra sərbəst şəkildə fəaliyyətə başladım.

- Məhz sotomatoloq olmaq istəmişdiniz, yoxsa tibbin başqa sahəsinə marağınız da olub?

- Xeyr, mən 11-ci sinifdə oxuyarkən artıq stomatoloq olacağıma qərar vermişdim. Özüm çox gülən bir insanam. Hamı güləndə ilk növbədə gülüşünə fikir vermişəm. Hər kəsin gözəl gülməyini istəmişəm. Digər tərəfdən, kimdənsə asılı vəziyyətdə işləyə biləcək bir xarakterə malik biri deyiləm. Onsuz da topladığım balla müalicə işi fakültəsinə də qəbul olunurdum. Amma mən o fakültəni yazmamışdım. 666 balla stomatologiya fakültəsinə qəbul olmuşdum.

- Artıq neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?

- On ilə yaxındır ki, bu sahədəyəm.

- Bu on ilə nəyi sığışdıra bilmədiniz?

- Məncə, insan “kaş ki…” lərlə yaşayırsa, deməli, o, düzgün məqsəd seçməyib. Mən bu ilə hər bir şeyi sığışdıra bildim. Amma hər yaşın və zamanın öz istəkləri var. Sadəcə olaraq, zamanı düzgün dəyərləndirmək və doğru zamanda, doğru yerdə olmaq lazımdır. Tez yanan, tez sönər. Zirvəyə çıxmaq asandır, orada qalmağı bacarmaq lazımdır. Çünki zirvəyə qədər dağ səni küləkdən, qasırğadan qoruyur. Amma zirvədə isə tək olursan və qasırğa səni tez zamanda dərəyə yuvarlada bilər. Ona görə də, həyatda düzgün addımlarla irəliləmək lazımdır ki, o zirvəyə çıxanda artıq özün bir dağ olasan. Fırtına sənə təsir edə bilməsin.

- Pərdənin o biri tərəfindəki Pərviz həkim necə biridir?

- Tamam fərqli iki Pərviz var. Bir il bundan öncəyə qədər çox aqressiv bir Pərviz var idi. Hər şeyə sərt reaksiya göstərən biri idim. Yaşadığı həyatı bir robort kimi planlaşdırılmış Pərviz idim. Lakin son bir ildə xoşbəxt olmağa çalışan və bunu bacaran bir Pərviz var. İş prinsiplərim dəyişməyib. Əynimə ağ xalatı geyindimsə, başqa cür oluram. İşdənkənar isə məni xoşbəxt edən şeylərlə məşğul olmağa üstünlük verirəm. Çünki bu ömür çox qısadır. Maksimum dərəcədə faydalı insan olmağa çalışmaq lazımdır. İndi o aqressivlikdən əsər-əlamət qalmayıb.

- İş prinsipiniz necədir?

- Mənim üçün bir deviz var. Orada əyləşən pasient mən olsa idim, mənə nə etsələr xoşuma gələrdi? Mən onun eynisini pasientə edirəm. Bundan başqa, əgər bir pasient bir həkimə inanmırsa, heç bir nəticə alınmayacaq. Bizim müalicəmiz iyirmi faiz nəticə göstərə bilər. Səksən faizi inama və güvənə bağlı olan məsələdir. Biz nə qədər keyfiyyətli iş görsək də, əgər pasient bizə inanmırsa, o, işimizdə bir qüsur tapacaq. Bu baxımdan, pasientlərdən özümə bir güvən yaratmağa çalışıram. Şükür Allaha ki, indiyə qədər məndən narazı qalan pasient olmayıb.

- Bir həkim kimi sizi narahat edən nədir?

- Bizim sahədə sayı məlum olan bir çox xəstəliklər var. Sadəcə olaraq, individual yanaşma var. Hər bir dişin fərqliliyi və özəlliyi var. O zamanlar heç bir tələbəmiz praktiki olaraq öyrəndiklərini tətbiq edə bilmirdi. Şərait yox idi. İndi isə bu məsələ yavaş-yavaş düzəlir. Məni narahat edən digər bir məsələ isə bəzi həkimlərin pasientlərin inamından sui istifadə etməsidir. Məsələn, bir qapaqla düzələn dişi üç qapaqla edirlər. Bu, sırf maddiyyat üçün atılan bir addımdır. Bu, bir yana qalsın. Tutaq ki, müalicə vaxtdı dişin kanalında alət qırlıb qalır. Onu pasientə demirlər. Məqsəd nədir?! Pasientə izah etmək lazımdır. Onsuz da tibbdə yüz faizlik nəticə yoxdur. Sabah o pasinet digər bir həkimin yanına gedir və həkim onun diş kanalında həmin aləti görəndə, xəstəni “tutmaq” xatirinə öz həkim yoldaşını “baltalayır”. Bununla da pasientdə də bir qorxu yaratmış olur. Belə hallar məni çox narahat edir. Mən heç bir həkimi pasinetin yanında pisləməmişəm. Düşünürəm ki, inşallah, sığorta sisteminə tam keçdikdən sonra daha digər həkimlərin də bir-birini pisləməyinə lüzum qalmaycaq.

- Mən Hippokrat andını içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, o qədər müqəddəs sayılacaq bir andın bu qədər sadə sayılacağı bir dövrdə yaşayacağam.

Həkimlə əlaqə: (050) 285 94 94

Uzman stomatoloq Pərviz Cəfərov: “Zirvəyə çıxmaq asandır, orada qalmağı bacarmaq lazımdır”
Uzman stomatoloq Pərviz Cəfərov: “Zirvəyə çıxmaq asandır, orada qalmağı bacarmaq lazımdır”
Uzman stomatoloq Pərviz Cəfərov: “Zirvəyə çıxmaq asandır, orada qalmağı bacarmaq lazımdır”
Uzman stomatoloq Pərviz Cəfərov: “Zirvəyə çıxmaq asandır, orada qalmağı bacarmaq lazımdır”
Uzman stomatoloq Pərviz Cəfərov: “Zirvəyə çıxmaq asandır, orada qalmağı bacarmaq lazımdır”
Uzman stomatoloq Pərviz Cəfərov: “Zirvəyə çıxmaq asandır, orada qalmağı bacarmaq lazımdır”

Uzman stomatoloq Pərviz Cəfərov: “Zirvəyə çıxmaq asandır, orada qalmağı bacarmaq lazımdır”
Uzman stomatoloq Pərviz Cəfərov: “Zirvəyə çıxmaq asandır, orada qalmağı bacarmaq lazımdır”
Uzman stomatoloq Pərviz Cəfərov: “Zirvəyə çıxmaq asandır, orada qalmağı bacarmaq lazımdır”
Uzman stomatoloq Pərviz Cəfərov: “Zirvəyə çıxmaq asandır, orada qalmağı bacarmaq lazımdır”
Uzman stomatoloq Pərviz Cəfərov: “Zirvəyə çıxmaq asandır, orada qalmağı bacarmaq lazımdır”
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...