Anons

Bu gün, 16:39- Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!”

Bu gün, 16:27- Zeynəb Əlizadə: “Nüfuzuna və beynəlxalq əlaqələrinə görə ADU-nu seçdim”

Bu gün, 16:19- Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX

Bu gün, 15:45- Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI

Bu gün, 15:33- Maykl Ceksonun gizli vəsiyyəti üzə çıxıb

Bu gün, 15:21- Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

Bu gün, 15:12- Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir

Bu gün, 14:59- Mərdəkanda avtomobil körpüdən aşdı: yaralılar var, biri uşaqdır

Bu gün, 14:45- Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Bu gün, 13:38- Fransanın Azərbaycanda yeni səfiri təyin olunub

Bu gün, 13:27- Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

Bu gün, 13:06- “Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib

Bu gün, 12:53- Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA

Bu gün, 12:45- Sabah 40 dərəcə isti olacaq

Bu gün, 12:32- “İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmi açıqlanıb

Bu gün, 12:19- Bağçalarda bərbad durum: ali təhsilsiz müdirlər, yaşlı tərbiyəçilər, qanunsuz ödənişlər... - Deputat və təhsil ekspertindən ETİRAZ

Bu gün, 12:08- Bu il Bakıda 1500-dən artıq yol nişanı yenilənib

Bu gün, 11:47- Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

Bu gün, 11:21- Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Bu gün, 11:12- "Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb

Haqqımızda Əlaqə

Psixoloq Almaz Əskərova: “Övladlarınıza qayğı ilə yanaşın!”

Tarix:13-05-2019, 12:10 Baxış Sayı:153

Psixoloq Almaz Əskərova: “Övladlarınıza qayğı ilə yanaşın!” - Almaz xanım, ikinci evliliyin uşaqların psixologiyasına nə dərəcədə təsiri var?

- Kifayət qədər... O baxır, birinci evlilik necə sonlanıb?! Və ikinci evlilik hansı şəraitdə baş verib?!... Bilirsiniz, ümumiyyətlə, valideynlərin boşanmasından artıq müəyyən dərəcədə psixoloji travma alan övladların, bir müddətdən sonra valideynlərinin ikinci ailə qurmasına münasibəti, bu durumun, yəni boşanma prosesinin onlar tərəfindən nə qədər qəbullanmasından asılıdır. Buna boşanma ərəfəsində uşaqların yaş faktoru, həmin an üçün onların psixoloji durumu, boşanmanın uşaqlara çatdırılma tərzi, ailədəki davamlı münaqişələrə uşaqların şahid olub-olmaması və s. kimi faktorlar təsir edir. Hansı yaşda olmasında asılı olmayaraq, boşanma uşaqlar tərəfindən ağır qarşılanır, hətta hər şeyi dərk edəcək yaşda olub, evdəki söz-söhbətdən bezmiş olsalar belə... Boşanma – uşaqlar üçün ailənin yalnız hüququ cəhətdən pozulması deyil. Bu, eyni zamanda, uşaqların həyat tərzində ciddi bir dəyişiklik deməkdir. Nəzərə alsaq ki, boşanma ərəfəsində olan ailədə ciddi mübahisələr, münaqişələr tükənmək bilmir və sonda da ailənin dağılması ilə nəticələnir, deməli, bu proses nə qədər tez başa çatarsa, uşaqların psixoloji travması daha az, onu qəbullanmaq isə daha asan olar. Boşanmağa qərar verən valideynlərin öz hisslərinə qapanaraq, bir birini günahkar çıxartmaq səyi uşaqlarda baş verən hadisələrə görə özünü günahkar bilmək hissi yaradır. Və uşaqlar ailə dağıldığında valideynlərini “itirmək” qorxusu ilə yaşayırlar. Bütün bunların yaşanmaması üçün “böyüklər” detalları təklikdə həll etməli, boşanmanın onlar üçün bir tragediya deyil, sadəcə olaraq, “belə vəziyyətdə” davam etməyin mümkün olmadığı və bunu, gələcək həyatlarını daha yaxşı qurmaq üçün yeganə çıxış yolu olduğuna görə seçdiklərini uşaqlara anlatmalı, nigahın pozulmasının isə valideynlik hüququna heç bir təsir etməyəcəyinə inandıra bilməlidirlər. Uşaqlar əmin olmalıdırlar ki, ayrılan valideynləridir, onlar deyil... Və harda olmasında asılı olmayaraq, ata da, ana da onları əvvəlki kimi sevəcək, əzizləyəcək və qayğısına qalacaqdır... Amma bu, yalnız sözdə qalmayıb, həyat da öz əksini tapmalıdır...

- Boşanmadan sonra uşaqla bağlı qərarlar necə verilməlidir?

- Uşağın kiminlə yaşamasından asılı olmayaraq, uşaqla bağlı qərarların verilməsində hər iki valideyn eyni zamanda iştirak etməlidir, xüsusən boşanma uşağın “ağlı kəsən” dövründə baş veribsə... Və uşaq heç bir halda ayrılmış valideynləri arasındakı soyuqluğu və “düşmənçilik” mövqeyini hiss etməməli, onları dost olaraq qəbul etməlidir. Uşaqla bağlı qərarlarda hər iki valideyn özünü yetkin insan kimi aparmağı bacarmalıdır. Və unutmamalıdır ki, qarşısındakı nə vaxtsa, onun seçimi olub. Bu cür qayğı və diqqətlə əhatə olunan uşaq, valideynlərinin ikinci ailə qurmasını da, yeni ailə üzvlərini də nisbətən asan qarşılayır və onlarla daha tez təmas qurub, ünsiyyət yarada bilir. Yeni ailədə olan ata və ya ana (atalığı və ya analığı) isə qənaətbəxş hallarda, ilk əvvəl dost kimi qəbul olunur, bir müddət sonra isə səmimi ünsiyyət fonunda hətta bir sirdaşa belə çevrilə bilər. Belə ailələrdə uşaqla atalıq və ya analıq arasında nə qədər mehriban münasibət olsa belə, onların uşağı tənbeh etməsi uşaqda ögeylik hissini oyadıb, aqressiya və güvənsizlik yarada bilər. Ona görə, bu hallarda uşağın bioloji valideyni bu vəzifəni öz üzərinə götürməli, ciddi vəziyyətlərdə isə uşağın digər valideynini xəbardar edərək, onunla birlikdə tədbir görməlidir. Və bu zaman tənbehin uşağın tərbiyəsi üçün edildiyini ona hiss etdirməli, etdiyi hər hansı səhvə baxmayaraq, hər iki valideynin onu arxasında duracağına, onu qoruyacağına, öz məsləhətləri və həyat təcrübələri ilə ona dayaq olacaqlarına əmin etməlidirlər ki, uşaqda güvənsizlik formalaşmasın, özünə "qapanmasın". Biz bilirik ki, belə ailələrdə böyüyən uşaq digər uşaqlara nisbətən daha həssas, daha kövrək və çox hallarda ya “zəif” xarakterli, ya da çox aqressiv olurlar. Əksər hallarda isə bunun səbəbi, ailədə özünü “artıq hiss etməkdən” qaynaqlanır. Uşaq hər edilən hərəkəti, hər deyilən sözü özünə qarşı yönəlmiş kimi qarşılayırlar. Belə halların baş verməməsi üçün bioloji valideyn, əgər əsaslı səbəb yoxdursa, heç bir halda övladını digər ailə üzvləri yanında danlamamalı, xüsusən də təhqiredici, şəxsiyyəti aşağılayan sözlərdən istifadə etməməlidir. Düzdür, uşağın “başını sığallayıb”, onu bivec və ya xudbin də böyütmək olmaz, amma ona qarşı laqeyd olub, diqqətsizlik də göstərmək olmaz... Bu, ikinci evliliyin uğurlu olduğu hallarda...

- Bəs, əgər ikinci evlilik də uğursuz olmuşsa?! Ailədə daim münaqişə, söz-söhbət hökm sürürsə?!.. Onda nə etməli?!...

- Belə hallar baş verərsə, bioloji valideyn daha diqqətli olmalıdır. Mümkün olarsa, uşağı ailədəki problemlərin həlli yollarını tapana kimi diğər valideynin himayəsinə göndərmək lazımdır. Amma bunu elə etmək lazımdır ki, uşaq özünü "lazımsız", "atılmış" kimi hiss etməsin. Əgər digər valideynin yanına göndərmək mümkün deyilsə və ya hər iki valideyn həyatda yoxdursa, yəni uşaq hər bir halda bu ailədə qalmalıdırsa, ailədəki stabilliyi bərpa etməyə çalışmaqla yanaşı, uşağın diqqətdən kənar qalmamasına, onun psixoloji durumuna tam nəzarət etmək lazımdır. Olanlarda, yaşananlarda uşağın özünü günahkar hiss etməsinə şərait yaratmaq olmaz! Uşağın ailədə özünü "ikincili" və ya artıq hiss etməməsinə xüsusi diqqət yetirmək lazımdır! Uşağın halında, hərəkətlərində baş verən hər xırda dəyişiklik valideyn tərəfindən analiz olunmalı, hətta ehtiyac olarsa, mütəxəssislə məsləhət olunmalıdır, xüsusən də yeniyetməlik dövründə. Bunda başqa, valideynlər uşaqların yaşından asılı olaraq, tərbiyəçi, bağça və ya məktəb müəllimləri, sinif rəhbəri ilə sıx əlaqəli təmasda olmalıdırlar... Biz bilirik ki, ətraf mühitin insanın formalaşmasında böyük rolu var. Uşaq günün yarisini evdə olursa, digər yarısını təhsil aldığı məktəbdə və ya uşaq bağçasında olur. Və tərbiyə və təhsil ocaqlarında olan münasibət, ünsiyyət, yanaşma tərzi uşaqların həm əxlaqına, həm də psixoloji durumuna kifayət qədər ciddi təsir göstərir. Və uşaqların tərbiyəsi ailədən qaynaqlansa da, bu, tərbiyə və təhsil ocaqlarında formalaşıb, bütövlükdə möhkəmlənir... Yəni, uşağın yetkin fərdə çevrilib, formalaşmasında, onun cəmiyyətə yararlı bir insan, bir şəxsiyyət kimi yetişməsində tərbiyə və təhsil ocaqlarının təsiri danılmazdır.

- Bu mövzuda oxuculara hansı məsləhətləri görürsünüz?

- Övladlarınıza qayğı ilə yanaşın! Onları diqqətinizdən kənar qoymayın... Onların hər addımına, nəzarət edin! Əlbəttə, yaxşı olar ki, bütün bunları onlara çox hiss etdirmədən edəsiniz... Çünki, uşaqları tam nəzarət altına alıb, “kölə” vəziyyətinə salmaq da olmaz. Belə ki, adətən, belə uşaqlar özünü daim təzyiq altında hiss edərək, gələcəkdə özünə güvənsiz biri olaraq yetişə bilir... Amma onları tam nəzarətsiz qoymaq, laqeyd yanaşmaq da olmaz. Bu, onların etdikləri səhvin və ya yaşadıqları psixoloji durumun nəzərədən qaçmasına və ağır nətcələrə gətirib çıxarmasına səbəb ola bilər. Bunun üçün isə valideynlər və müəllimlər tam sıx şəkildə əməkdaşlıq etməlidirlər. Müraciətim valideynlərə, eyni zamanda müəllimlərədir:
Hörmətli valideynlər! Əziz müəllimlər! Uşaqları qoruyun! Onlardan diqqətinizi, nəvazişinizi əsirgəməyin! Öz problemlərinizə, həyatınıza gömülüb, uşaqları nəzarətsiz qoymayın! Unutmayın ki, hansı yaşda olmalarından asılı olmayaraq, onların həmişə sizə, sizin qayğınıza ehtiyacı var... Qayğınızı onlara çox görməyin! İşiniz var deyə, uşaqları arxa plana atmayın! Övladlarınıza vaxt ayırın! Sevin onları! Qoruyun! Axı, onlar bizim GƏLƏCƏYİMİZDİR!!!
Əlaqə: (055) 3550343

Instagram: psixoloq.almaz.askerovaскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...