Anons

Bu gün, 17:11- Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"

Bu gün, 16:55- "Bakı Metropoliteni" bu il 150 milyondan çox sərnişin daşıyıb

Bu gün, 16:41- 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib - Yarmarkaya saylı günlər qaldı

Bu gün, 16:32- Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

Bu gün, 16:20- “Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

Bu gün, 16:08- Mərkəzi Kitabxana “Yurdda sülh, cahanda sülh” adlı tədbir keçirdi

Bu gün, 15:59- “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

Bu gün, 15:47- “Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

Bu gün, 15:26- Macarıstanın Baş naziri Bakıya gəlir

Bu gün, 15:05- Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin birgə keçirdiyi müsabiqə qaliblərinin adları açıqlanıb

Bu gün, 14:52- Azərbaycan dünya bazarlarına ixrac potensialını artıracaq

Bu gün, 14:31- Birləşmiş Ərəb Əmirliklərində keçirilən “SMART SME MENA 2019” sərgisi başa çatıb

Bu gün, 14:17- “Hərbiyyə - Xəzər” düşərgəsi başa çatıb

Bu gün, 14:08- Konfutsi İnstitutu Çin sərgisində iştirak edib

Bu gün, 13:58- Çin Azərbaycanda şin zavodu tikəcək

Bu gün, 13:45- Hava şəraiti dəyişir, güclü külək əsəcək, yağış yağacaq

Bu gün, 12:36- Azərbaycanda daha iki Data mərkəzi tikilir

Bu gün, 12:24- Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir

Bu gün, 12:13- İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və 1 şərab evi açılacaq

Bu gün, 11:58- 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

Haqqımızda Əlaqə

Həkim-dietoloq Arzu Həsənova: "Sevilən qadın pəhrizi daha uğurla saxlayır"

Tarix:10-05-2019, 23:46 Baxış Sayı:515

Həkim-dietoloq Arzu Həsənova: "Sevilən qadın pəhrizi daha uğurla saxlayır" - Arzu xanım, zaman sizi haradan götürüb hara gətirdi?

- Mən 2012-ci ildə Tibb Universitenin müalicə-proflaktika fakültəsini bitirdim. 2017-ci ildə isə İstanbulda yerləşən Yeni Yüzyıl Universitesi Sağlık Bilimleri fakültəsindən Beslenme ve Diyetetik məzun oldum. Elə həmin ilin iyun ayından etibarən “Medera Hospital” da fəaliyyət göstərirəm. Şükürlər olsun ki, bu müddət ərzində bir çox insana arıqlamaq üçün faydamız dəyib.

- Siz insanları hansı üsulla arıqladırsınız? İş prinsipiniz necədir?

- Biz insanları yalnız sağlam yolla arıqladırıq. İlk öncə pasienti qəbul edirik və ondan anamnez toplayırıq. Onun hazırkı çəkiyə hansı vaxtdan çatdığını araşdırırıq. Pasienti müasir standartlara cavab verən tərəziyə alırıq. Onun orqanizmində piylənmə dərəcəsini, əzələ kütləsini, yağlanma və su balansı ilə tanış olduqdan sonra, onunla şifahi söhbət edirik. Daha sonra isə ondan qan testləri götürürük. Qan  testlərində bizə vacib olanı şəkərdir. Çünki çəki çox vaxt qan şəkəri hesabına artır. İnsulin dirəncinə və tiroid hormonlarına baxırıq. Bunların nəticəsində bir pəhriz planı qururuq. Plan aylıq yox, həftəlik qurulur. Çünki həftəlik müayinə etməyəndə pasientlər dietaya tabe olmurlar. Əgər pasient insulin dirənci və zobdan əziyyət çəkmirsə, ay ərzində 4-5 kiloqram itirir. Əgər pasientin çəkisi 80-90 kiloqramdan artıqdırsa, bu rəqəm arta bilir.

- Son zamanlarda artıq çəkidən əziyyət çəkən insanların sayı sürətlə artmaqdadır. Səbəb nədir?

- İndi insanların daha çox oturaq şəraitdə işləməsi, fast-foodlarla qidalanması, hamiləlik dövründə xanımlarımızın düzgün qidalanmaması, stressin artması və s. kimi hallar artıq çəkinin əmələ gəlməsinə zəmin yaradan amillərdəndir.

- Pasientlər sizi çox istəyirlər. Nədir bu sevginin arxasında yatan sirr?

- Ümumiyyətlə, həkimin ilk vəzifəsi pasienti dinləmək, ona qayğı və diqqət göstərmək, onda bir inam yaratmaqdır. Mən hər bir pasientimə öz doğmam kimi yanaşıram. Dediyiniz sevgi bəlkə də elə bundan irəli gəlir.

- Ağ xalatsız necə biridir Arzu xanım?

- Özümü tərifləməyi sevmirəm. Amma, hər halda mənim də mənfi tərəflərim var. Səbrsiz və tələskən xarakterliyəm. Səbrim daşanda da ürəyim tez yumşalır. Kin saxlamağı bacarmıram. İş həyatımdakı uğurlarımda isə tələskənliyimin də payı var. İstəyirəm arıqladım, kiloqorumanı da təyin edim və yola salım. Qarşıma hədəf qoyan biri deyiləm, lakin çalışqanam. Öz kariyerasında uğur qazanmaq istəyənlər hər hansı bir hədəf qoymasınlar. Sadacə olaraq, çalışsınlar. O uğur özləri gəlib onları tapacaq.

- Ailəlisinizmi?

- Bəli və bir övladım var.

- Ailə həyatı ilə kariyera alınırmı?

- Hər halda, həm ailə həyatını, həm də işi eyni anda aparmağa çalşırıq.

- Qadın sizin üçün nə deməkdir?

- Qadın sevgidir. Mən müşahidələrimə əsasən deyə bilərəm ki, pəhrizi düzgün tutan qadının arxa fonunda bir kişi sevgisi dayanır. Sevilən və dəyər verilən qadın pəhrizi daha uğurla saxlayır. Qadın sevilmirsə, əzilirsə bizim təyin etdiyimiz pəhriz proqramını da axıra qədər saxlaya bilmir. Qadın anadır, həyat yoldaşıdır. Qadını yalnız sevmək lazımdır.

- Bəzi insanlar var ki, onların maddi imkanları çatmır ki, dietoloqlara müraciət etsinlər. Məsələn, rəfiqəm arıqlamaq üçün bu pəhriz proqramından istifadə edir, mən də edim, deyirlər. Bu, nə dərəcədə düzgündür?

- Rəfiqəsinin çəkisi ilə onun çəkisi eyni olmaya bilər. Yaxud da onun orqanizmində gedən proseslər rəfiqəsinin orqanizmdə gedən proseslərlə fərqlidir. Hətta bir olsa da, rəfiqəyə təsir edən qidalar ona təsir etməyə bilər. Bəzən pasientlər deyirlər ki, filankəsə qan qrupuna görə pəhriz proqramı yazmışdılar. Mən də onunla eyni qan qrupunda olduğuma görə, eyni pəhrizi saxladım. Ümumiyyətlə, qan qrupuna görə pəhriz təyin etmək tamamilə yalnışdır. O ki qaldı ev şəraitində arıqlamaq istəyənlərə, onlar ilk növbədə sağlam qidalansınlar. Şəkərdən, şirniyyatdan, fast-foodlardan uzaq dursunlar. Yürüşlər etsinlər. Yürüşə çıxa bilmirlərsə, evdə fiziki aktivliyi artırsınlar.
 
- Oxuculara nə məsləhət görürsünüz?

- Sağlam qidalansınlar. Sağlam bədəndə sağlam ruh olar. Ömrün yarısını yaşayıb, digər yarısını isə artıq çəki ilə başa vurmasınlar. Öz çəkilərinə həmişə nəzarət etsinlər.

- Mən Hippokrat andını içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, vətənimə və xalqıma bu qədər faydalı xidmət göstərə biləcəyəm.

Həkimlə əlaqə: (055) 9117311скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...