Anons

Bu gün, 16:39- Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!”

Bu gün, 16:27- Zeynəb Əlizadə: “Nüfuzuna və beynəlxalq əlaqələrinə görə ADU-nu seçdim”

Bu gün, 16:19- Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX

Bu gün, 15:45- Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI

Bu gün, 15:33- Maykl Ceksonun gizli vəsiyyəti üzə çıxıb

Bu gün, 15:21- Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

Bu gün, 15:12- Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir

Bu gün, 14:59- Mərdəkanda avtomobil körpüdən aşdı: yaralılar var, biri uşaqdır

Bu gün, 14:45- Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Bu gün, 13:38- Fransanın Azərbaycanda yeni səfiri təyin olunub

Bu gün, 13:27- Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

Bu gün, 13:06- “Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib

Bu gün, 12:53- Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA

Bu gün, 12:45- Sabah 40 dərəcə isti olacaq

Bu gün, 12:32- “İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmi açıqlanıb

Bu gün, 12:19- Bağçalarda bərbad durum: ali təhsilsiz müdirlər, yaşlı tərbiyəçilər, qanunsuz ödənişlər... - Deputat və təhsil ekspertindən ETİRAZ

Bu gün, 12:08- Bu il Bakıda 1500-dən artıq yol nişanı yenilənib

Bu gün, 11:47- Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

Bu gün, 11:21- Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Bu gün, 11:12- "Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb

Haqqımızda Əlaqə

Daha bir məktəbdə "Elina dəhşəti": Məktəbli qız dərman içib özünü öldürmək istədi - ŞOK

Tarix:10-05-2019, 10:41 Baxış Sayı:102

Daha bir məktəbdə "Elina dəhşəti": Məktəbli qız dərman içib özünü öldürmək istədi - ŞOK Məktəbdə mənəvi və fiziki təzyiqlərə məruz qaldığı üçün aprel ayında intihar etmiş 14 yaşlı məktəbli Elina Hacıyevanın ölümü Azərbaycanda şok effekti yaratdı.

Cəmiyyətdə böyük narazılıq doğuran həm də bu oldu ki, məktəbin direktoru intihar cəhdindən sonra hələ sağ olan Elinanı sorğu-sual etmiş, təcili yardım xidmətinə hadisədən iki saat sonra zəng vurmuş, xəstəxanada qızın valideynlərini onun yanına buraxmamışdılar.

Elinanın faciəsi Azərbaycanda heç müzakirə olunmayan problemlərə diqqət çəkdi. Həmin gün məktəbdə baş verənlərin video-görüntüləri sosial şəbəkələrdə ildırım sürətilə yayılmışdı.

Növbəti “Elina dəhşəti”

Növbəti “Elina dəhşəti” Nizami rayonu 109 nömrəli orta məktəbdə baş verib. Məktəbin 5-ci sinif şagirdi Əliyeva Fatimə Şamxal qızı intihara əl atıb. Beləki, Fatiməyə uzun müddətdir məktəbin Nigar və Bahar adlı müəllimələrindən təzyiqlər varmış. Buna səbəb isə Fatimənin əvvəlcə həmin müəllimlərindən yanına hazırlığa getməsi, daha sonra başqa müəllim tapıb onlardan ayrılması olub. Ardınca məktəbdə Nigar müəllimə tərəfindən 50 manatdan pul yığılıb. Fatimənin ailəsinin imkanı çatmadığı üçün 20 manat verməli olublar. Üst-üstə baş verən hər iki hadisədən sonra müəllimələr uşağa savaş açıblar.

“Oğlanla görüşürsən”

Hansı dərsə girsə Fatiməni lövhəyə çıxardıb yersiz tənqid və şər yaxmağa başlayıblar. İntihara səbəb də elə bu olub, İnformatika müəllimi olan Nigar yenə Fatiməni lövhəyə çıxardıb, uşaqların içində geyindiyi corabını, saçına taxdığı aksesuarı lağa qoymağa başlayıb, hamı yaranmış vəziyyətə gülüb. Ürəyi soyumayan Nigar müəllimə ardınca eyni ilə Elina kimi onu hansısa oğlanla danışmaqda və görüşməkdə suçlayıb. Bundan sarsılan Fatimə məktəbdən qayıtdıqdan sonra Whatsapp-la nənəsinə səs ataraq müəlləmiələrinin onu canından bezdirdiyini, ona əxlaqsız damğası vurduqlarını, uşaqların içində dayanmadan alçaldıb təhqir etdiklərini, artıq yaşamaq istəmədiyini deyib.

“Qələt edir şagird də, onun valideyni də”

Sonra telefonu bağlayıb, xəstə atasının qəbul etdiyi bütün dərmanları içib və intihar edib. Otağında onu huşsuz vəziyyətdə tapa valdeynlər onu təcili olaraq Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıblar. Uşaq 17 saat komada qalıb. Hazırda Nizami rayonu 24-cü polis idarəsində Fatimə Əliyevanın intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi başladılıb tərəfindən araşdırma aparılır. Fatimə Əliyevanın intiharı ilə bağlı məktəbin direktoru Fizuli Xudiyevə zəng etdik. Cəmiyyət İnformasiya Agentliyindən olduğumuzu və ailənin şikayət etdiyini söyləyən kimi Fizuli Xudiyev səsini başına atdı: "Əşşi, nə mətbuat, nə agentlik e... Məsələni prokrorluq araşdırır, qələt edir şikayət edən valideyn də, şagird də" deyib, telefonu üzümüzə bağladı.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...