Anons

Bu gün, 15:44- Həkim-kosmetoloq Aynur Qəniyeva: "Dəriyə düzgün qulluq etmək lazımdır".

Bu gün, 12:05- Bakıda “Siyasi repressiya qurbanları muzeyi” açılıb

Bu gün, 10:47- Paytaxtın mərkəzindəki hotellər Avroliqanın oyunu ilə bağlı 100 faiz bron edilib - Assosiasiya

Dünən, 17:05- İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ

Dünən, 16:52- DGK-nın sədri karqo terminallarında yüklərin gecikməsi məsələsinə aydınlıq gətirib

Dünən, 16:41- Dövlət Miqrasiya Xidməti işə qəbulla əlaqədar müsahibə elan edir

Dünən, 16:33- “Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib

Dünən, 16:19- Azərbaycanlı vəkillər şad xəbər

Dünən, 16:08- Təhsil Nazirliyi müəllimin döyülməsi faktı ilə bağlı Baş Prokurorluğa müraciət edib

Dünən, 15:55- Dostu Fuad Poladov barədə: “Ölümün gözünə kişi kimi baxdı”

Dünən, 15:47- Türkiyədə qadınların hərbi xidmət keçməsi təklif olunub

Dünən, 15:16- Bakıda zəlzələ oldu? RƏSMİ AÇIQLAMA

Dünən, 15:07- Sürücülük etibarnaməsi ilə bağlı vacib - YENİLİK

Dünən, 14:54- Ana oğlunu “Vosmoy bazarı”nda atıb qaçdı - FOTO

Dünən, 14:43- Tereza Mey istefasını elan etdi

Dünən, 14:35- Kitabxanaçılar Ç.Abdullayevin “Torjestvo xama” kitabının təqdimatında iştirak etdilər

Dünən, 14:22- BMU-da 28 May-Respublika gününə həsr olunmuş “Mənim Azərbaycanım” adlı bilik və yaradıcılıq sərgisi keçirilib

Dünən, 14:09- 56 şəhər və rayonda işəgötürənlərə “Məşğulluq” alt sistemi barədə təqdimatlar edilib

Dünən, 14:01- Şənbə gününün havası

Dünən, 13:50- Azərbaycanda daha çox aşkarlanan yaxından görmə, uzaqdan görmə, astiqmatizmin SƏBƏBLƏRİ?

Haqqımızda Əlaqə

Oftalmoloq Yaqut Əşrəfova:"Heç kim gözünün nurunu itirməsin"

Tarix:9-05-2019, 19:37 Baxış Sayı:57

Oftalmoloq Yaqut Əşrəfova:"Heç kim gözünün nurunu itirməsin"

- Yaqut xanım, necə oldu ki, həkim oldunuz?

- Həkim olmaq uşaqlıq arzum olub.  Əmim deyərdi ki, sən həkim olacaqsan. Oftalmoloq olmağımda rektor müavinimizin də rolu oldu. O, mənə dedi ki, bir qadın üçün həkimliyin ən gözəl sahəsi məhz bu sahədir. Nə yaxşı ki, həkim oldum. Başqa bir işdə özümü görmürəm.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- On beş ildir ki, fəaliyyət göstərirəm.

- Bu illər ərzində nəyi dərk etdiniz?

- Dərk etdim ki, bu iş təsəvvür etdiyim qədər asan deyil. Amma mən bu peşəni çox sevirəm.

- İşin çətin tərəfi nədir?

- Pasientlərlə işləmək işin ən çətin tərəfidir.

- Bəzən pasientlər əsassız yerə həkimləri hansısa bir məsələdə qınayırlar. Bu barədə nə demək istərdiniz?

- O insanlar elə bilirlər ki, həkim səhv edə bilməz. Tibbdə yüz faizlik nəticə yoxdur. Bizə deyiblər ki, xəstəliyi yox, xəstəni müalicə edin. Hər bir kəsə individual yanaşmaq lazımdır.

- Son zamanlarda daha çox hansı yaş qrupunda olan insanlarda göz xəstəliklərini müşahidə edirsiniz?

- İndi daha çox uşaqlarda göz xəstəliklərinə rast gəlirik. Bunun da fonunda uşaqların daha çox kompyuter və telefonla oynamaqları dayanır. Valideynlər uşaqları sakitləşdirmək üçün onlara telefon və komyuter verirlər. Qəti surətdə olmaz! Valideynlərə uşaqları kompyuterdən, telefondan uzaq tutmaqlarını məsləhət görürəm.

- Göz xəstəliklərinin qarşısını öncədən almaq üçün hansı tədbirləri görürsünüz?

- Öncədən yox, sadəcə olaraq, yaranmış hansısa bir xəstəliyə qarşı preparatlardan istifadə edirik.  Çalışırıq ki, xəstəlikləri fəsadlaşmamış aradan qaldıraq.

- Hansı yaşdan sonra insanlarda göz problemləri daha ciddi ola bilər?

- Qırx yaşdan sonra gözdaxili təzyiq mütləq yoxlanılmalıdır. Gözdibi müayinə edilməldir ki, dəqiq diaqnoz qoyulsun və ona uyğun müalicə tətbiq edilsin. Qırx yaşdan sonra qlakomanın (qara su) əmələ gəlmə ehtimalı çoxalır.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, öz gözlərini qorusunlar və ən azı ildə bir dəfə gözlərini müayinə etdirsinlər.

- Pasientlərinizin gözü ilə nə görmək istərdiniz?

- Yalnız xoşbətlik görmək istərdim. Heç kimin gözünün nurunu itirməsini istəmirəm.

- Həkim andını içərkən ağlınıza nə gəlməzdi?

- Ağlıma gəlməzdi ki, bu peşə bu qədər çətin və məsuliyyətli bir peşədir.

Oftalmoloq Yaqut Əşrəfova:"Heç kim gözünün nurunu itirməsin"

Həkimlə əlaqə: (055) 3494478скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...