Anons

Bu gün, 11:14- İlk dərs və məşğələlər Xocalı soyqırımına həsr edilib

Bu gün, 11:06- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak ediblər

Bu gün, 10:55- Qoruyucu maskalardan düzgün istifadə qaydaları açıqlandı

Bu gün, 10:43- İsgəndər Həmidov dünyasını dəyişdi

Bu gün, 10:02- Xocalı soyqırımından 28 il ötür

Dünən, 19:59- "Polis tarixə qanla yazılmış günləri heç vaxt unutmur" - DYP rəisi Rəşid Piriyev

Dünən, 16:12- Maskalar 1 manata satılır, Nazirlik isə araşdırma aparıldığını deyir

Dünən, 15:59- Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi Özbəkistanda da qeyd olunacaq

Dünən, 15:48- Hüsnü Mübarək vəfat etdi

Dünən, 15:36- Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub

Dünən, 15:27- Keçən il ölkədə 192 min yeni iş yeri açılıb

Dünən, 15:14- Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində mobil səyyar hospital xidmətə başlayıb

Dünən, 15:05- Fevralın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 188,9 min nəfər olub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, onların 4 milyon 937,3 min nəfərini məşğul əhali təşkil edib.

Dünən, 14:53- VI beynəlxalq müsabiqəsinə ərizə qəbulu başlayıb

Dünən, 14:41- Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA

Dünən, 14:32- Kliniki Tibbi Mərkəzə daha 4 nəfər yerləşdirilib - RƏSMİ

Dünən, 14:19- Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Dünən, 14:08- XİN: Azərbaycan əsgərinin qətlə yetirilməsinin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir

Dünən, 13:56- Azərbaycanda turizm bələdçiləri üçün sertifikatın alınması məcburi olacaq

Dünən, 13:47- Sabahın hava proqnozu açıqlandı

Haqqımızda Əlaqə

Dermatoloq Könül Hüseynova:"İlk növbədə daxili faktorları araşdırırıq"

Tarix:21-04-2019, 17:36

Dermatoloq Könül Hüseynova:"İlk növbədə daxili faktorları araşdırırıq"
- Könül xanım, saç tökülməsi necə baş verir?

- Saç tökülməsi dedikdə, pasientdə yaş həddi amilini və saçın hansı formada tökülməyini nəzərə almaq lazımdır. Saçlar ocaq, diffuz və androgenetik formada tökülə bilər. Saçın tökülməsi daxili və xarici faktorlarla əlaqləli olur. Xarici faktor dedikdə gigyenik qaydalara düzgün riayət etməmək (məsələn, şampunun, sabunun saç tipinə uyğun seçilməməsi və s.) nəzərdə tutulur. Biz əsasən, daxili faktorları araşdırırıq. Buraya da hormon dəyişiklikləri, mədə bağırsaqda olan qurd xəstəlikləri, qəbzlik və s. aiddir. Bu məsələdə əsəb və stress faktoru da rol oynayır.

- Saç tökülmələri daha çox hansı yaş qrupuna aid insanlarda özünü göstərir?

- 25-35 yaş qrupuna aid olan pasientlərdə daha çox hormonoloji pozuntular müşahidə olunur. 35 yaşdan sonra isə mədə-bağırsaqda olan problemlərə daha tez-tez rast gəlirik. Bu baxımdan, ən birinci hormonları düzgün müalicə etmək lazımdır. Müalicə paralel aparmalıdır. Daxildəki problemləri aradan qaldırmasaq, bərpa etdiyimiz saçlar müəyyən müddətdən sonra yenə də töküləcək. Ona görə də, düzgün həkim seçilməli və düzgün müalicə aparılmalıdır.

- Saç tökülməsində irsi faktor nə dərəcədə rol oynayır?

- Bəli, androgenetik saç tökülməsi var. Bu saç tökülməsi əsasən 35 yaşdan sonra özünü biruzə verir. Əgər pasient vaxtında müraciət edirsə, onun tökülmüş saçlarını bərpa edirik və gələcəkdə də tökülməsinin qarşısını alırıq, Yox, əgər gecikmiş formada müraciət edilirsə, biz yalnız gələcəkdə tökülmənin qarşısını alırıq. Amma saçında kəskin seyrəkləşmə olan pasientlər narahat olmasınlar. Biz bu problemi saç əkimi ilə aradan qaldırırıq.

- Sonda saç tökülməsinin  müalicəsindən danışaq...

- Biz ilk növbədə daxili faktorlara baxırıq. Əgər pasientin hər hansı bir şikayəti varsa, qarşın boşluğunda yerləşən orqanları yoxlatdırıb analiz toplayırıq. Daxili orqanlarda potologiya varsa, ilk növbədər onun müalicəsinə başlayırıq. Ola bilər ki, saç tökülməsi androgenetik olsun. Bu zaman, pasientin əsəb sistemini yoxlayırıq. Yeri gəldikdə, onu psixoloqa yönləndiririk. Bunlardan başqa, biz saçın dibini, dərini də analiz edirik. Hər hansı bir dermotoloji xəstəlik olarsa, onu aradan qaldırırıq. Bir nahiyyədə saç tökülürsə, deməli, orada qan dövranı və maddələr mübadiləsi pozulub. Biz onu da bərpa etməliyik. Bütün bu problemlər aradan qaldırıldıqdan sonra təxminən bir aydan sonra pasientlər müalicənin effektini görürlər. Əgər saç tökülməsi var idisə, daha tökülmür, seyrəkləşmə var idisə, yeni saçlar əmələ gəlir. Nəticələrimiz çox gözəl olur. Bunu pasientlərimiz özləri də təsdiq edə bilərlər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...