Anons

Bu gün, 16:13- Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

Bu gün, 15:43- “Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib (FOTO)

Bu gün, 15:31- Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub

Bu gün, 15:19- Kənd Təsərrüfatı Nazirliyi: İsmayıllıdakı hadisə günvurna ilə bağlıdır (ÖZƏL)

Bu gün, 15:10- Qaxda III Bal bayramı keçirilir

Bu gün, 14:58- Yasamal rayon MKS-inin 3 saylı filialının əməkdaşları Gülhüseyn Hüseynoğlunun “Mücrü“ kitabının təqdimatında

Bu gün, 14:46- Hüseyn Abdullayevə 8 il cəza istənildi - Məhkəmə zalından çıxarıldı

Bu gün, 14:23- Azərbaycanda İLK DƏFƏ toxum sərgi-satış yarmarkaları keçiriləcək

Bu gün, 14:14- Səhiyyə Nazirliyi İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı: Yardım göstərilir

Bu gün, 13:32- Sabah 34 dərəcə isti olacaq

Bu gün, 13:19- ADU kollektivi Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub

Bu gün, 13:07- Azərbaycanda ətin üzərinə nişan qoyulmasına görə 5 manatadək rüsum tutulacaq

Bu gün, 12:54- Azərbaycan millisi FİFA reytinqində 109-cu pillədə qalıb

Bu gün, 12:45- MTRŞ-nın Aparat rəhbəri vəzifəsi üzrə müsahibə elan edilib

Bu gün, 12:33- Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib

Bu gün, 12:21- Sosial şəbəkələrin forması dəyişiləcək

Bu gün, 12:10- Ana 10 aylıq körpə qızını boğub öldürdü - Azərbaycandakı dəhşətli qətlin təfərrüatı

Bu gün, 11:52- Bakıda İpək Yolu ölkələri məhsullarının sərgisi işə başlayıb

Bu gün, 11:38- “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 70-ə çatdırılıb

Bu gün, 11:29- Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır

Haqqımızda Əlaqə

Kosmetoloq dr. Gülnar Məmmədli: "Botoksdan qorxmaq lazım deyil"

Tarix:20-04-2019, 06:53 Baxış Sayı:194

Kosmetoloq dr. Gülnar Məmmədli: "Botoksdan qorxmaq lazım deyil"
- Gülnar xanım, botoks nədir?

- Botoks müalicə üsulu deyil. Proflaktik bir prosedurdur. Botoksun tətbiqi üçün konkret bir yaş həddi yoxdur. Əgər orqanizm tam formalaşıbsa və üzdə hər hansı bir qırış meydana gəlibsə, botoksu tətbiq etmək olar. Bəzən xanımlar elə düşünürlər ki, botoks üçün məhz 40 yaşı gözləmək lazımdır. Bu, yalnış düşüncədir. Botoks proflaktik məqsəd daşıdığına görə, ilkin qırışların yeri göründüyü andan etibarən tətbiq edilə bilər.

- Botoksun qalıcılıq müddəti nə qədərdir?

- Qalıcılıq müddəti dörd aydan altı aya qədər davam edir. Dörd aydan sonra effekti yavaş-yavaş azalmağa başlayır. Altı ayın tamamında isə tamamilə itir. İki botoks proseduru arasındakı məsafə 6 aydan az olmamalıdır. Çox ara verdikdə qırışların yaranma riski də artır ( xüsusən də əzələlərini aktiv işlədən adamlarda).

- Botoks vurulduqdan sonra gələcəkdə hansısa bir fəsadı ola bilərmi?

- Botoks dəriyə düzgün vurulmadıqda və keyfiyyətsiz məhsullardan ibarət olduqda, bəli, ortaya bir fəsad çıxa bilər.

- Daha çox hansı nahiyələrin botoksu ilə bağlı müraciətlər olunur?

- Alın, gözətrafı, qaşarası və s. nahiyələrlə bağlı daha çox müraciətlər olur. Elə insanlar var ki, onlarda qaşların ucu anadangəlmə aşağı doğru olur. Biz botoks vasitəsilə həmin qaşların uclarını yuxarıya doğru qaldırırıq. Bir sözlə, botoksla təkcə qırışların qarşısını almırıq, həm də qaşın formasını dəyişirik. Bu zaman xanımlar daha gənc görünürlər.

- Botoks üzün ancaq aşağı hissəsinə tətbiq edilir?

- Xeyr, yuxarı üçdə birinə tətbiq olunduğu kimi, aşağı üçdə birinə də tətbiq edilir. Kimdə çənə əzələləri gərgin və enlidirsə, onu yığırıq. Həmin əzələlərə botoks vurub əzələləri dondururuq və qırışların əmələ gəlməsinin qarşısını alırıq.

- Son olaraq xanımlara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, botoksdan sonra ilk iki həftə ərzində antibotiklərdən, isti prosedurlardan və spirtli içkilərdən istifadə etməsinlər. Çünki ilk iki həftə botoksun tutma dövrüdür. Əgər bunlardan hər hansı biri qəbul edilərsə, biz istədiyimiz effekti ala bilməyəcəyik. Botoks yeganə prosedurdur ki, bir dəfəyə effekt verir və vizual olaraq üzü çox dəyişir. Məsləhət görürəm ki, botoksdan əsla qorxmasınlar. Bəzən elə düşünürlər ki, botoksu edəndən sonra əzələlərdə bir düşmə olacaq. Bu, tamamilə yalnış düşüncədir. Botoksun təsiri gedəndən sonra üz əvvəl necə idisə, həminki vəziyyətə qayıdır. Hətta əgər bir xanımda botoks proseduruna bir qırış olduğu halda başlanılırsa, o da qalacaq, yeniləri  əmələ gəlməyəcək.

Əlaqə nömrəsi: (055) 4632999

Kosmetoloq dr. Gülnar Məmmədli: "Botoksdan qorxmaq lazım deyil"
Kosmetoloq dr. Gülnar Məmmədli: "Botoksdan qorxmaq lazım deyil"
Kosmetoloq dr. Gülnar Məmmədli: "Botoksdan qorxmaq lazım deyil"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...