Anons

Bu gün, 20:45- Liseyin idman zalı sürücülük kursuna çevrilib

Dünən, 22:27- “Alkart” uğur gətirir. İmicinizi “Alkarta” etibar edin!!!

Dünən, 16:39- Azərbaycanın məşğulluq xəritəsi hazırlanır

Dünən, 14:01- Daha bir ölkə BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya edib

7-08-2020, 23:11- Çimnaz onun məzarında göz yaşlarına boğuldu - VİDEO

7-08-2020, 13:15- İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 946 mənzil veriləcək

7-08-2020, 11:37- Azərbaycanın bölgələri üzrə COVID-19-a yoluxma faizi açıqlanıb

5-08-2020, 12:18- Rayona getmək istəyənlər bu formada icazə alacaqlar - QAYDA

5-08-2020, 11:50- Bakıda çimərlik mövsümünün açılışı olub

4-08-2020, 19:14- “Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

4-08-2020, 16:18- “Bacarıqlı gənclər” festivalı keçiriləcək

3-08-2020, 19:45- Çimərliyə gedərkən hansı qaydalara əməl etmək lazımdır?

3-08-2020, 18:22- Koronavirusdan sağalmış xəstələrin donor kimi qan verməsi könüllü prosesdir

3-08-2020, 16:57- Operativ Qərargah karantin rejiminin yumşaldılması ilə bağlı QƏRAR verdi

3-08-2020, 12:29- Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək - RƏSMİ

3-08-2020, 11:33- "Microsoft" "TikTok"u satın almaq niyyətindədir

2-08-2020, 18:13- АРМЯНСКАЯ ПРОВОКАЦИЯ ДЛИННОЮ В БЕСКОНЕЧНОСТЬ: ВОЗМОЖНЫЕ ГЕОПОЛИТИЧЕСКИЕ И ГЕОЭКОНОМИЧЕСКИЕ ПОСЛЕДСТВИЯ В РЕГИОНЕ

1-08-2020, 12:55- 1 Avqust - Azərbaycan Əlifbası Günüdür

1-08-2020, 11:31- "Apple" şirkətinin səhmlərinin qiyməti ilk dəfə 400 dolları keçib

1-08-2020, 10:45- Bu gündən avqustun 3-dək 14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

Haqqımızda Əlaqə

Stomatoloq dr. Gülnarə Nəcəfova:"Bu iki peşə həmişə üstün tutulmalıdır".

Tarix:18-04-2019, 12:05

Stomatoloq dr. Gülnarə Nəcəfova:"Bu iki peşə həmişə üstün tutulmalıdır".
- Gülnarə xanım, necə oldu ki, həkim oldunuz?

- Əslində mən Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyirdim. Çünki həmin fənləri çox sevirdim. Lakin anamın istəyi ilə mən də, bacım da həkim olduq. Sözün düzü, Tibb Universitetinin stomatologiya fakültəsinə daxil olduqda bir az tərəddüd etdim. Bu işin məndə nə dərəcədə alınıb-alımayacağını düşündüm. Lakin ikinci kursdan etibarən gec saatlara qədər praktikalarda olurdum. Bu işi tədricən sevməyə başladım və qarşıma məqsəd qoydum ki, mən ən yaxşı  stomatoloqlardan olacağam. Düşünürəm ki, bunu bacardım. Ümumiyyətlə, peşəsindən asılı olmayaraq hər bir insan özünə və peşəsinə vicdanla yanaşmalıdır. Həkimlik və müəllimlik şərəfli və məsuliyyətli peşələrdir. Hesab edirəm ki, bu iki peşə həmişə üstün tutulmalıdır.

- Artıq neçə ildir fəaliyyət göstərirsiniz?

- Mən artıq doqquz ilə yaxındır ki, sərbəst olaraq fəaliyyət göstərirəm.

- Bu işdə nə itirdiniz, nə qazandınız?

- Bu yerə gəlib çıxana qədər yuxusuz gecələrim çox oldu. Amma əziyyətimə dəydi. Bu gün pasientlərimin inamını qazana bilmişəmsə, nə xoş mənə.

- İşin çətin tərəfi nədir?

- İşin çətin tərəfi yoxdur. Əsas ağılla və səbrlə davranmaqdır. İşdən öncə, pasientlərlə davranış qaydalarını, onlarla ünsiyyət formalarını bilmək lazımdır.

- Ağ xalatsız necə birisiniz?

- Qayğıkeş anayam. İki qız övladım var. Mən ağ xalatı çıxartsam da, yenə həkiməm. Bizdə həkimlər 24 saat işləyirlər (gülür).

- Ailə həyatı ilə bu iş alınırmı?

- Çətinliklər olsa da, alındırmağa çalışırıq.

- Bir həkim olaraq sizi narahat edən məsələ nədir?

- Elə bir narahat olduğum məqam yoxdur. Əvvəlki illərə nisbətən pasientlərdə maariflənmə səviyyəsi nisbətən yaxşıdır. İnsanlar artıq yaxşını pisdən seçməyi bacarırlar. Məsələn, pasientlərin sterilzasiyaya fikir verməyi, valideynlərin uşaqları vaxtında müayinəyə gətirmələri və s. kimi hallar məni çox sevindirir.

- Son zamanlarda ən çox müşahidə etdiyiniz diş xəstəlikləri hansılardır?

- Daha çox peredantit (diş köklərinin iltihablaşması) və sınmış köklərlə bağlı müraciətlər olur. Peredantitli dişləri bir çox həkimlər çəkirlər. Lakin mən maksimum dərəcədə o dişləri saxlamağa və müalicə etməyə çalışıram. Bu növ dişlərin müalicəsi səbr və zaman tələb edir. Düzdür, kök partlamış olduqda, yaxud da kökün uzuluğu kifayət qədər olmadıqda və s. hallarda biz onu çəkmək məcburiyyətində qalırıq. Əks təqdirdə isə, müalicəsinə üstünlük veririk.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, uşaqları uzağı dörd yaşından sonra proflaktik müayinələrə gətirsinlər. Böyüklərin isə ildə iki dəfə müayinədən keçməsi məsləhət görülür. Bir də ki, həkim seçərkən düzgün həkim seçməklərini məsləhət görürəm.

- Mən Hippokrat andını içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu işə bu qədər vicdanla yanaşacağam və işimi bu qədər çox sevəcəyəm.

Həkimlə əlaqə: (055) 5141517

 İnstagram: dr.necefova_gulnare

Stomatoloq dr. Gülnarə Nəcəfova:"Bu iki peşə həmişə üstün tutulmalıdır".
Stomatoloq dr. Gülnarə Nəcəfova:"Bu iki peşə həmişə üstün tutulmalıdır".
Stomatoloq dr. Gülnarə Nəcəfova:"Bu iki peşə həmişə üstün tutulmalıdır".
Stomatoloq dr. Gülnarə Nəcəfova:"Bu iki peşə həmişə üstün tutulmalıdır".
Stomatoloq dr. Gülnarə Nəcəfova:"Bu iki peşə həmişə üstün tutulmalıdır".
Stomatoloq dr. Gülnarə Nəcəfova:"Bu iki peşə həmişə üstün tutulmalıdır".
Stomatoloq dr. Gülnarə Nəcəfova:"Bu iki peşə həmişə üstün tutulmalıdır".
Stomatoloq dr. Gülnarə Nəcəfova:"Bu iki peşə həmişə üstün tutulmalıdır".
Stomatoloq dr. Gülnarə Nəcəfova:"Bu iki peşə həmişə üstün tutulmalıdır".
Stomatoloq dr. Gülnarə Nəcəfova:"Bu iki peşə həmişə üstün tutulmalıdır".
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...