Anons

Dünən, 17:09- "Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA

Dünən, 16:56- Azərbaycanda şəkərli diabetin bu növü daha geniş yayılıb

Dünən, 16:47- “Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

Dünən, 16:34- Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub

Dünən, 16:25- Azərbaycan və Gürcüstan dəmir yolları sahəsində əməkdaşlıqla bağlı protokol imzalayıb

Dünən, 16:11- Ağ Şəhərdə növbəti yaşıllıq zonası yaradılır

Dünən, 15:43- Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib

Dünən, 15:31- Əliyar Ağayev Avro-2020 oyununa təyinat aldı

Dünən, 15:22- Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib

Dünən, 15:10- Azərbaycanda avtomobillərə pərdə qadağası götürülür - Sürücülərə ŞAD XƏBƏR

Dünən, 14:57- Azərbaycanda yeni reyestr yaradılacaq

Dünən, 14:44- Almaniya Azərbaycanlıları Alyansının BƏYANATI qanunsuz mühacirlərlə bağlı qaranlıq məqamları açıqladı

Dünən, 14:35- Belarusda Azərbaycanın turizm imkanları təqdim olunub

Dünən, 14:26- BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Dünən, 13:19- 65 nəfər əlilliyi olan şəxsə reabilitasiya vasitələri yaşadıqları rayonda təqdim edildi

Dünən, 13:08- Bakıya yağış, rayonlara qar yağacaq

Dünən, 12:56- Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

Dünən, 12:47- Elmar Məmmədyarov BƏƏ-də Sir Bani Yas Forumunda iştirak edəcək

Dünən, 12:35- "Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Dünən, 12:23- Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “DevOpsDays” konfransı keçiriləcək

Haqqımızda Əlaqə

Psixoloq Almaz Əskərova: "Hadisələrə sağlam düşüncə ilə yanaşılmalıdır"

Tarix:17-04-2019, 14:35

Psixoloq Almaz Əskərova: "Hadisələrə sağlam düşüncə ilə yanaşılmalıdır" - Almaz xanım, biz sizi həkim kimi tanıyırıq... Hətta, sizin müəyyən postlarda da fəaliyyətiniz haqda məlumatımız var. Bəs necə oldu ki, psixologiya sahəsinə gəldiniz? Buna sizi nə vadar etdi?

- Bəli, düzdür, mən Tİbb Universitetini bitirmişəm. 25 ildir ki, həkim işləyirəm. Həkimlik mənim uşaqlıqdan arzum olub. Ona görə də, məktəbi qurtaran kimi, heç fikirləşmədən sənədlərimi Tibb Üniversitetinə verdim və qəbul oldum. Universiteti bitirəndən sonra, həkimlik karyerama ilk əvvəl yeniyetmə həkimi kimi başlamışam. O zamanlar, indiki kimi, yeniyetmələr uşaq poliklinikasında qeydiyyatda olmurdular. 14 yaşı tamam olan kimi artıq uşaq poliklinikasından qeydiyyatdan çıxarılıb, yetkin insanlar üçün nəzərdə tutlmuş poliklinakalarda xüsusi şöbəyə - yeniyetmə şöbəsinə qeydiyyata salınırdılar. Mən də ilk əvvəl yeniyetmələrlə işləməyə başlamışam. Onların bu keçid dövründə, hormonal dəyişkənlik fonunda psixoloji durumunun nə qədər qeyri müəyyən olub, tez-tez dəyişdiyinin və hansı etaplarla inkişaf etdiyinin şahidi olmuşam. Elə yəqin ki, o vaxtdan psixologiya elminə marağım daha da dərinləşib. Əslində, bilirsiniz də, həkimlərdə müəyyən dərəcədə “psixoloqluq”olmalıdır. Və bu fənnlər həm psixologiya, həm psixiatriya Tibb Universitetində ciddi şəkildə tədris olunur. Həkimin yanına gələn xəstə, artıq həkimin qəbulunda olanda, özünü güvənli hiss edib, ağrılarının azaldığını, məhz bu həkimin müalicəsindən sonra sağalacığını düşünməlidir. Biz bilirik ki, inam olan yerdə “boş kapsul” 40% sağalma effekti verir. Əks halda, yəni həkimlə pasiyent arasında impatiya yaranmazsa, müalicənin effekti də tam nəticə verməyə bilər... Bir müddət sonra fəaliyyətimi ailə - sahə həkimi kimi davam etdirdim. Bilirsiz də, bu vaxt birbaşa ailələrinn içərisinə daxil olursan və... problemlər,... xəstəliklər,... psixoloji durumlar,... anlaşılmazlıqlar,... və s.i... Və o zaman qərara aldım ki, mən və vaxtsa, psixoloji sahə üzrə təkmilləşəcəm, öz pasiyentlərimə tam – həm tibbi, həm də psixoloji yardım göstərəcəm. Və bu arzumu da həyata keçirtdim. Düzdür, bu sahədə ixtisaslaşmağım bir az zaman aldı... Amma sonda istəyimə çatdım.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Həkim kimi 25 ildir. Amma onun son 4 ilini paralel, yəni həm də psixoloq kimi fəaliyyət göstərirəm.

- Bu illərə nəyi sığışdıra bilmədiniz?

- İnsan arzusu tükənməzdir. Amma məncə, əsas istəklərimə nail olmuşam.

- Xaraktercə necə birisiniz?

- Deyərdim ki, dəqiq,..

- Son zamanlarda ən çox qarşılaşdığınız problemlər nələrdir?

- Hər yaş qupunun özünə uyğun problemləri var. Ailə daxili münaqişələr, depressiyalar, intihara cəhd halları, boşanmalar və s. Ən pisi də budur ki, bunların sayı dayanmadan artır. Bütün bunların kökündə də anlaşılmazlıqlar, ünsiyyət kasadlığı, düzgün istiqamətləndirilməmiş tərbiyə və mənəvi dəyərlər, bəzən mental yanaşmalar, bəzən də sosial şəbəkələr... və s. durur. Əlbəttə, burda şəxsiyyət tiplərinin rolunu da inkar etmək olmaz.. Çünki bilirik ki, hər insanın xarakteri onun malik olduğu şəxsiyyət tiplərinə bağlıdır ki, bu da 18 yaşında formalaşıb, sona çatır.

- Bəs siz özünüz nəyə birmənalı “yox!” deyirsiniz?

- Həyatda hər şey nisbi xarakter daşıyır. Nəyəsə 100%-lik hə, və ya yox deyə bilmərik... Real həyatda reallığı qəbul etmək ən düz seçim olardı. Ona görə, müxtəlif zamanlarda, müxtəlif məkanlarda yanaşma fərqli olduğu üçün yanaşmamız da fərqli ola bilər. Düz olanı, sadəcə, hadisələrə müxtəlif bucaqlardan baxıb, düzgün analiz edərək, uyğun nəticə çıxarıb, ədalətli qərar verməkdir.

- Cəmiyyətdə qadın və kişi münasibəti sizi qane edirmi?

- Hal-hazırki dövrdə cəmiyyətimizin ən aktual problemi... Ümumiyyətlə, mübahisə, münaqişə və münasibət olmaq üçün mütləq iki tərəf mövcud olmalıdır. Bir tərəfli bunların heç biri mümkün olan deyil. Madam ki , iki tərəf var, deməli, hər iki tərəf bu “problem”də iştirak edib. Və deməli, hər iki tərəf müəyyən xəta işlədib, və ya yanaşma tərzini düzgün seçməyib. Günah heç vaxt 100% bir tərəfdə olmur. Ən “günahsız” sayılan hallarda belə, bir az dərin araşdırsaq, təxmini 80:20 nisbətin olduğunu görəcəyik. Qadını araşdıracaqsan gedib kişiyə dayanacaq, kişini araşdıracaqsan gedib qadına çıxacaq. Ümumilikdə isə, bu münasibətlərdə yaranan anlaşılmazlıqlar, cütlüklər arasında yaşanan ünsiyyət çatmamzlığına bağlıdır. Kişi işdən yorğun gəlir, rahatlıq, sakitlik istəyir... Bütün günü “heç bir iş görməyən” - evi yığışdıran, yemək bişirən, uşaqlarla “hər tərəfli” məşğul olan, “xırda” qayğılarla məşğul olan, “çabalayan” qadın isə kişidən qayğı və sevgi gözləyir... Amma maraqlısı budur ki, heç biri istəyini mülayim və səmimi dilə gətirmir. Onu aqressiv ifadələrlə ifadə edir. Və hər biri özlüyündə özünü haqlı sayaraq, küsür, inciyir. Və bu incikliyi müzakirə edib, araşdırmaq, ona aydınlıq gətirmək sanki heç birinin ağlına gəlmir və ya lazım bilmirlər... Nəticədə, bu ünsiyyətsizlik anlaşılmazlıqları günü gündən artırıb, dərinləşdirir, mübahisələr vüsət alır, davalar,... qınamalar,... təhqirlər,... və s.i.

- Oxuculara nə məsləhət görürsünüz?

- Səmimiyyət... İlk növbədə səmimiyyət, səbr, anlayışlı olmaq. Hadisələrə sağlam düşüncə ilə yanaşsınlar. Qərar verərkən tələsməsinlər. Hadisələrə müxtəlif prizmalardan baxıb, düzgün rəy çıxartmağa çalışsınlar. Əgər qərar verməkdə çətinlik çəkirlərsə, onları narahat edən, heç kimlə bölüşə bilmədikləri hər hansı bir “çətinlikləri” varsa, mütəxəssislərə - psixoloqlara müraciət etməkdən çəkinməsinlər. Ən əsası isə vaxtında müraciət etsinlər...

- Almaz xanım, sizin rəsmi instagram səhifəniz də kifayət qədər aktivdir və çoxsaylı izləyiciləriniz var. Siz öz səhifənizdə hər gün bir mövzu paylaşırsınız və izləyicilərinizlə öz dəyərli fikirlərinizi bölüşürsünüz...

- Bəli, elədir. Məm öz səhifəmdə kütləyə lazım olan informasiyaları paylaşıram. İstəyirəm ki, maariflənmə səviyyəsi daha da artsın. Bunu bir psixoloq olaraq özümə borc bilirəm.

Əlaqə: (055) 3550343

Instagram: psixoloq.almaz.askerova

Psixoloq Almaz Əskərova: "Hadisələrə sağlam düşüncə ilə yanaşılmalıdır"
Psixoloq Almaz Əskərova: "Hadisələrə sağlam düşüncə ilə yanaşılmalıdır"
Psixoloq Almaz Əskərova: "Hadisələrə sağlam düşüncə ilə yanaşılmalıdır"
Psixoloq Almaz Əskərova: "Hadisələrə sağlam düşüncə ilə yanaşılmalıdır"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...