Anons

Dünən, 20:46- Pediatr-nevroloq Müsənbər Səfərova: "O anda sadiq qalmağa çalışıram"

Dünən, 17:09- Azərbaycanda rus dilində 338 məktəb fəaliyyət göstərir

Dünən, 16:54- Diplomat “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb

Dünən, 16:45- Vertolyotların əsaslı təmiri və servisi mərkəzinin təməli qoyulub

Dünən, 16:33- Azərbaycanın ixrac missiyası Dubayda səfərdədir

Dünən, 16:21- Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib - SƏRƏNCAM

Dünən, 16:12- Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63 faiz artıb

Dünən, 15:59- Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir

Dünən, 15:47- Yeni peyvənd növü gəlir - Xərçəng, diabet və Alzaymerə qarşı

Dünən, 15:38- Vilayət Eyvazovdan yeni təyinat

Dünən, 15:26- Rusiya olimpiadalarda və dünya çempionatlarında iştirak hüququndan məhrum edilib

Dünən, 15:19- II Xəzər İqtisadi Forumunun keçiriləcəyi şəhər müəyyənləşib

Dünən, 14:44- Azərbaycan Rusiyaya 1,2 milyard dollar investisiya yatırıb

Dünən, 14:21- “Bakutel 2019” sərgisində rekord izləyici: 25 minə yaxın insan sərgini ziyarət etdi

Dünən, 14:12- Yağıntılı hava şəraiti sabah da davam edəcək

Dünən, 13:58- “Nargis” Fondunun təşkilatçılığı və dəstəyi ilə Fəvvarələr Meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçirilir

Dünən, 13:37- Bakıda yeni nəhəng Mall tikiləcək

Dünən, 13:25- “Birminhem” “Qarabağ”ın qapıçısı üçün “Bornmut”la danışığa başlayıb

Dünən, 13:13- DİN: Bakıda qadının ögey övladlarına işgəncə verməsi ilə bağlı materiallar prokurorluğa göndərilib

Dünən, 13:04- “20 Yanvar”ın 30 illiyi necə qeyd olunacaq?

Haqqımızda Əlaqə

Həkim psixiatr, biznes kouç, konsultant Həlimə Qəmərlinskaya:" Bunu vaxt itkisi hesab edirəm"

Tarix:17-04-2019, 10:35

Həkim psixiatr, biznes kouç, konsultant Həlimə Qəmərlinskaya:" Bunu vaxt itkisi hesab edirəm"
- Həlimə xanım, zaman adlı bir “at” sizi haradan götürdü, hara gətirdi?

- Zaman bəzən bizim gözlətilərimizin əksinə gedir. Mən 1993-cü ildə test üsulu ilə Dövlət Tibb Universitetinə yüksək balla daxil oldum. Oxuduğum altı il ərzində 47 imtahanın 46-dan beş aldım. 1999-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirdim. O zamanlar elə də məşhur olmayan psixiatiriya sahəsini seçdim. Seçimim evdə birmənalı qarşılanmadı. Valideynlərim məni tibbin başqa sahələrində görmək istəyirdilər. Universiteti bitirəndən sonra ruhi-əsəb xəstəxanasında bir il internatura keçdim. Sonra elə həmin xəstəxanda qalıb işlədim. 2006-cı ildə xəstəxanada yanğın baş verdi. Aradakı zaman boşluğundan istifadə edib Moskvaya getdim. Orada öz sahəmi daha da təkmilləşdirdim. Təkcə ruhi xəstələrə yox, sağlam insanların da psixoloji sərsiştələrinə dəstək olmaq üçün əlavə kurslar keçdim. Psixologiyanı da öyrəndim. 2008-ci ildə yanan xəstəxana bərpa olundu və mən öz işimə qayıtdım. O ərəfədə həm də güləş federasiyasında gülşəçi qızların idman psixoloqu da işləyirdim. Eyni zamanda biznes konsultant kimi fəaliyyət göstərirdim. İşim həddin artıq çox idi. İş və həyat balansım tamamilə pozulmuşdu. Bu baxımdan, 2011-ci ildə ruhi-əsəb xəstəxanasından uzaqlaşdım. Hal-hazırda özəl klinikada həkim kimi, eyni zamanda biznes konsultant kimi fəaliyyətimi davam etdirirəm. Müxtəlif layihələrin idarə edilməsində yaxından iştirak edirəm. Zaman məni 20 illik psixiatr fəaliyyətindən biznes-konsultantlığa qədər gətirib çıxartdı.

- Bu illərə nəyi sığışdıra bilmədiniz?

- Mən düşünürəm ki, niyə o vaxtlar idmanla, yoqa ilə məşğul olmamışam. Niyə ingilis dilini məhz 30 yaşımda öyrənməyə başladım? Düzdür. İndi də gec deyil. Amma hər halda, bunların fərqinə zamanında varmalı idim.

- Əslində necə birisiniz?

- Mən hərdən çox sərt və tələbkar oluram. Bu da insanlardan daha çox gözləntilər gözləməyimdən irəli gəlir. Mən ən çətin hədəflərə çatmağı qarşıma məqsəd qoyuram. Asan hədəfə çatmaq asandır. İstəyirəm ki, mənim ətrafımda olan insanlar, iş birliyim olan insanlar da mənim düşüncəmdə olsunlar. Lakin bəzən görürəm ki, hamı mənim görmək istədiyim kimi ola bilmir. Tələbkar olmağım iş baxımıdan yaxşıdır, amma eşidirəm ki, deyirlər, Həlimə xanım
insanları çox sıxır (gülür).  Amma məncə, belə olsa, yaxşıdır.

- Öz sahənizdə nəyi görmək istəyirsiniz, amma görə bilmirsiniz?

- Çox təəssüf ki, bizdə insanlar psixiatra müraciət etməkdən çəkinirlər.  Sanki qorxurlar. Mənim bəzi köhnə pasientlərimlə indi də dostluq münasibətlərim davam edir. Düzdür, indi bizdə tibb sahəsində inkişaf var. Amma bir azca yanaşma da dəyişsə, hər şey yaxşı olacaq. İnanıram kİ, zamanla bu da düzələcək.

- Nədən qorxursunuz?

- Yaddaşımı itirməkdən çox qorxuram .Çünki yaddaşım mənim bilik və bacarıqlarımın bazasıdır.

- Sizin üçün nə samanlıqda iynə axtarmaq kimi bir şeydir?

- Mən sosial şəbəkələrdə yazılan mövzulara yazılan şərhləri heç vaxt oxumuram və özüm də şərh yazmıram. Çünki bir-birinə zidd olan yüzlərlə fikir oxuyuram. Ona görə də orada yazılan hansısa bir fikirdə nəyin düzgün, nəyin yalnış olduğunu axtarmıram. Bunu vaxt itkisi hesab edirəm.

- Öz əlinizlə baltalanmısınızmı nə vaxtsa?

- Bəli, belə məqamlar olub. Lakin həyatımda iz buraxacaq elə də ciddi bir səhvlərim olmayıb.

- Özünüzü dərk edəndən bu yana qədər hələ də nəyi dərk edə bilmirsiniz?

- Öz emosiyalarımı artıq dərk edirəm. İnsanların davranışlarını emosional qarşılamıram, onların nədən qaynaqlandırlarına fokuslanıram.

- Oxuculara nə mənləhət görürsünüz?

- Məsləhət görürəm ki, inkişafdan heç vaxt çəkinməsinlər. Bu baxımdan, özlərinə qarşı sərt və tələbkar olsunlar. Onda həyat da onlara qarşı mülayim olacaq və gözləmədikləri təqdirə üzlərinə qapılar taybatay açılacaq. Bir də ki, həmişə, hər yaşda öz üzərlərində çalışsınlar. Mən özüm bunları öz təcrübəmdə sınaqdan keçirtmişəm.

- Mən Hippokrat andını içərkən ağlıma gəlməzdi ki,.. Bu fikir tamamlayın, zəhmət olmasa.

- Mən bircə bunu deyə bilərəm ki, həkimlərə dəyər verdikdə onlar daha da həvəslə işləyirlər. Sərf etdiyiniz zamanın, enerjinin qarşılığını artıqlaması ilə mütləq almalısınız.

Əlaqə: (077) 2011400

Həkim psixiatr, biznes kouç, konsultant Həlimə Qəmərlinskaya:" Bunu vaxt itkisi hesab edirəm"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...