Anons

Bu gün, 11:41- Elnar Əsədov: MHM PayPort startapına dəstək olacaq

Dünən, 18:54- Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Gömrük Akademiyasında olublar

Dünən, 18:11- "Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək

Dünən, 17:48- Bal yarmarkasında arıçılar təltif olunacaq

Dünən, 16:37- Prezident İlham Əliyev bir qrup energetiki təltif edib - SİYAHI

Dünən, 16:28- Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Dünən, 16:14- Silikon Vadisinin məşhur startap proqramı Azərbaycanda

Dünən, 16:05- Azərbaycanda narkotik vasitələrdən istifadə leqallaşdırılacaq - RƏSMİ

Dünən, 15:52- Bakıda VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilir

Dünən, 15:39- Azərbaycanda yeni medal təsis olunur

Dünən, 15:30- Azərbaycanda yaşı 25-dən aşağı olan şəxslər övladlığa uşaq götürə bilməyəcək

Dünən, 15:18- Rusiya Azərbaycanda spirtli içkilər zavodu açacaq

Dünən, 14:46- Bu il daha 50 modul tipli məktəb istifadəyə veriləcək

Dünən, 14:37- Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI

Dünən, 14:24- ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu

Dünən, 14:11- Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub

Dünən, 14:02- YARAT-da "Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgisi açıldı

Dünən, 13:50- Şənbə günü Bakıda yağış gözlənilir

Dünən, 12:48- Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib

Dünən, 12:37- ABŞ səfirliyi Azərbaycan xalqını təbrik edib

Haqqımızda Əlaqə

Lazeroloq Səkinə Hüseynova: "Zaman məni qəddarlaşdırdı"

Tarix:16-04-2019, 12:06

Lazeroloq Səkinə Hüseynova: "Zaman məni qəddarlaşdırdı"
-Səkinə xanım, zaman sizi haradan hara gətirdi?

- Zaman məni Tibb Universitetindən götürüb bu yerə qədər gətirdi. İxtisasca terapevtəm. Lakin sonradan ixtisasımı dəyişib lazeroloq oldum. Fəaliyyətimi bu sahədə davam etdirirəm.

- Öz istəyinizləmi həkim oldunuz?

- Xeyr, mən uşaqlıqda hüquqşünas olmaq istəyirdim. Lakin atamın istəyi ilə həkim oldum.

- Hər bir həkimin öz iş prinsipi var. Sizdə necədir?

- Mənim iş prinsipim tükləri birdəfəlik kökündən təmizləməkdir.

- Amma elə bədən nayihələri var ki, o nayihələrdə tüklər müəyyən zamandan sonra yenidən çıxır. Hansı nayihlərə xüsusi diqqət yetirmək lazımdır?

- Çənə, kürək, qolun üst hissəsi və s. nayihələrdə hormonlar aktiv olduğuna görə, tüklər daha tez çıxır. Bu baxımdan, o nayihələri xüsusi incəliklə işləmək lazımdır. Şükür ki, bunun da öhdəsindən gəlirik.

- İşdənkənar necə birisiniz?

- Çox qəddar biriyəm. Zaman məni qəddarlaşdırdı.

- Bəylərlə də çalışırsınız?

- Bəli, bizim işdə cinsiyyət fərqi yoxdur.

- Daha çox hansı nayihələrin təmizlənməsi ilə bağlı müraciətlər olunur sizə?

- Demək olar ki, bütün bədən və bir də üzlə bağlı müraciətlər daha çox olur. Üz düzgün vurulmur. Bunun da nəticəsində, 15-16 yaşlı gənclər həddindən artıq tüklənmədən əziyyət çəkirlər.

- Bir həkim olaraq sizi narahat edən məsələ nədir?

- Bizim əhalidə maariflənmə çox aşağıdır. Bu, məni çox narahat edir. Məsələn, yetkinlik yaşına çatmamış qız uşaqlarını gətirirlər ki, lazer etdirsinlər. Mən qətiyyən qəbul etmirəm. İzah edə bilmirəm ki, yetkinlik yaşına çatmamış qızlara lazer olmaz. Düşünmürlər ki, uşaqlarının gələcəyini indidən təhlükə altına atırlar.

- Ümumiyyətlə, lazerin insan orqanizminə bir ziyanı varmı?

- Tam əminliklə deyə bilərəm ki, heç bir ziyanı yoxdur. Nəsə olsa, birinci mənə olardı. Gün ərzində lazerin içindəyəm (gülür).

- Hansı xəstəliklərdən əziyyət çəkən insnalara lazer qadağandır?

- Bir çox xəstəlikləri misal çəkə bilərik. Məsələn, bir insanda zob xəstəliyi varsa, ona lazer tətbiq etmək olmaz. Çünki biz o şüa vasitəsi ilə zobu daha da qıcıqlandıra bilərik.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, bizə müraciət edəndə az da olsa, bilgili formada müraciət etsinlər. Ən azından, tükün potogen və anogen dövründən məlumatlı olsunlar.

Həkimlə əlaqə: (055) 2019798

Lazeroloq Səkinə Hüseynova: "Zaman məni qəddarlaşdırdı"
Lazeroloq Səkinə Hüseynova: "Zaman məni qəddarlaşdırdı"
Lazeroloq Səkinə Hüseynova: "Zaman məni qəddarlaşdırdı"
Lazeroloq Səkinə Hüseynova: "Zaman məni qəddarlaşdırdı"
Lazeroloq Səkinə Hüseynova: "Zaman məni qəddarlaşdırdı"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...