Anons

Dünən, 12:02- Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video

31-05-2020, 18:07- Şamaxı ağsaqqalları Prezidentə MÜRACİƏT ETDİ

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

Haqqımızda Əlaqə

Endokrinolog-dietolog Nəzrin Hüseynova: "Hər bir pasientimə öz doğmam kimi yanaşıram".

Tarix:15-04-2019, 16:06

Endokrinolog-dietolog Nəzrin Hüseynova: "Hər bir pasientimə öz doğmam kimi yanaşıram". - Nəzrin xanım, zaman sizi haradan hara gətirdi?

- Mən 1999-cu ildə Tibb Universitetinə daxil oldum. 2005-ci ildə oranın müalicə proflaktika fakültəsini bitirdim. Artıq on beş ildir ki, endokrinoloq olaraq çalışıram. Üç ilə yaxındır ki, dietoloq kimi də fəaliyyət göstərirəm. Çünki ən yaxşı dietloq endokrinoloqlardan çıxır.

- Öz istəyinizləmi həkim oldunuz?

- Sözün düzü, mənə və bacıma heç bir seçim buraxmadılar. Biz gözümüzü açandan valideynlərimiz beynimizə yeritdilər ki, biz məhz həkim olacağıq. Mən onsuz da bu sənəti qadına çox yaraşdırırdım. Özümü həmişə ağ xalatda təsəvvür edirdim. Elə də oldu. İşimi çox sevirəm.

- Nədir bu sevginin arxasında dayanan sirr?

- İnsanların şəfa tapmasında vasitəçi olmağımdır, yəqin. Hər dəfə pasientlərimin məmnunluq hissini gördükcə, peşəmlə daha da qürur duyuram.

- Medalyonun o biri üzündəki Nəzrin xanım necə biridir?

- Mən həmişə olduğum kimi görünürəm. Həmişə çalışıram ki, insanlara bir köməyim, bir faydam dəysin. Məni xoşbəxt edən belə məqamlardır.

- Deyirlər ki, həkimlər bəzən özlərinə kömək edə bilmirlər. Sizdə də belə hallar olurmu?

- Bəli, bir dəfə əlim dərin kəsilmişdi. Mən bilə-bilə ki, onu bərk sıxmaq lazımdır, heç nə etmədim. Yerimdə donub qalmışdım. Xəstəxanaya çatdırılana qədər çox qan itirmişdim. Bunu da uşaq olmağıma bağlayıram.

- Nəyə bir addım qalmış geri çəkildiniz?

- Düzdür, elə məqamlar olub ki, onlara bir addım qalmış geri çəkilsə idim, həyatım bəlkə də başqa cür olardı. Amma mən atdığım heç bir addımıma görə peşman deyiləm. Şükürlər olsun ki, nə istəmişəmsə, hamısına nail olmuşam. Özümü Allahın xoşbəxt bəndələrindən hesab edirəm.

- Bəs nə üçün tələsdiniz?

- Düşünürəm ki, hər şeyi zamanında etmişəm.

- Nə vaxtsa öz əlinizlə baltalanmısınızmı?

- Bəli, belə hallar olub. Ancaq yenə də deyirəm ki, mən heç bir addımımdan peşman olmamışam. Hətta baltalansam da, indi fikirləşirəm ki, nə yaxşı ki, o da olub.

- Qadın sizin üçün nə deməkdir?

- Qadın müdrik, vəfalı, mehriban və ən əsası gözəl olmalıdır. Qadının müdrikliyi onun hərəkətlərinin, sözlərinin təmizliyidir. Ağılının itiliyidir. Müdrik qadın problemləri hər nöqteyi-nəzərdən həll etməyi bacarandır. Vəfalı qadın öz kişisini hamıdan artıq sevən, hamıdan artıq görəndir. Mehriban qadın kinsiz və açıq ürəyə sahib olan qadındır. Qadın üzr istəməyi də, bağışlamağı da bacarmalıdır. Bir də ki, qadının zahiri kimi daxili də gözəl olmalıdır. Qadının daxili gözəl olduqda ətrafında olan bir şeyi gözəl görür. Bununla da bir çox problemlərin qarşısını alır. Qadının zahiri gözəl olduqda isə ətrafa xoş təsir bağışlayır. Bir qadın mətbəxdə də müəkəmməl olmalıdır. O,  bişirdiyi xörəkləri də sevgi ilə bişirməlidir. Çünki sevgi ilə bişirilən xörəklər dadlı olur. Elçin Səfərlinin bir sözü var:
"Qadın var ki, ev kimidir. Onu qucaqlayanda evdə tapdığın rahatlığı tapırsan".

- Bir həkim olaraq sizi narahat edən nədir?

- Mən çox istərdim ki, səhiyyəmiz daha da irəli getsin. Səhiyyəmizin bu günki vəziyyəti məni çox narahat etdir. İnsanlarımızın müayinə və müalicə üçün xarici ölkələrə üz tutmaqları heç də ürəkaçan deyil.

- İş prinsipiniz necədir?

- Mən ilk növbədə hər bir pasientimə öz doğmam kimi yanaşıram. Hər biri ilə xoş ünsiyyət yaradıram. Heç biri ilə aqressiv davranmıram. Xüsusən də, yemək barədə sərt qadağalar qoymuram. Çalışıram ki, pasientlərim və ətrafımda olan insanlar məni çox istəsinslər. Şükürlər olsun ki, buna nail olmuşam.

- Son zamanlarda insanların çox artıq çəkidən əziyyət çəkir. Buna səbəb olan hansı amilləridir?

- Bu məsələdə ən birinci stress və qida faktoru dayanır. Son zamanlarda insanlarda stress çox artıb. Yediyimiz qidaların tərkibi ekoloji cəhətdən təmiz deyil. Buna görə də, piylənmə, şəkərli diabet, onkoloji xəstəliklər gündən-günə çoxalmaqdadır. Ümumiyyətlə, bütün xəstəliklər cavanlaşıb.

- Bəzi xanımların imkanları olmur ki, dietoloqa müraciət etsinlər. Onların ev şəraitində arıqlaması üçün hansı məsləhətləri verərdiniz?

- İnandırım sizi, mən hər gün bu barədə çoxsaylı mesajlar alıram. Heç kimin mesajını cavabsız qoymuram. Bacardığım qədər hər bir insana öz məsləhətimi verirəm. Mənim arıqlatma üsulum bir az fərqlidir. Mən heç kimi sərt diataya otuzdurmuram. Bilirəm ki, bu, hər insanda axıra qədər alınmaya bilər. Sadəcə olaraq, hər bir insana ona uyğun düzgün rejim və düzgün qida tətbiq edirəm. Ümumilikdə isə hər kəsə uyğun olan bəzi məsləhətlərim var. Bol su içsinlər. Bacardıqca ağ çörəkdən, un məmulatlarından, şəkərdən istifadə etməsinlər.

Həkimlə əlaqə (050) 2712626

Endokrinolog-dietolog Nəzrin Hüseynova: "Hər bir pasientimə öz doğmam kimi yanaşıram".
Endokrinolog-dietolog Nəzrin Hüseynova: "Hər bir pasientimə öz doğmam kimi yanaşıram".
Endokrinolog-dietolog Nəzrin Hüseynova: "Hər bir pasientimə öz doğmam kimi yanaşıram".
Endokrinolog-dietolog Nəzrin Hüseynova: "Hər bir pasientimə öz doğmam kimi yanaşıram".
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...