Anons

Dünən, 16:21- Səhiyyə Nazirliyindən burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı AÇIQLAMA

Dünən, 16:14- Youth Inc. Sahibkarlıq Proqramının koordiantoru beynəlxalq layihədə iştirak edir

Dünən, 15:37- ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub

Dünən, 15:23- Vergilər Nazirliyi daha bir yeniliyə hazırlaşır

Dünən, 15:14- İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

Dünən, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

Dünən, 14:49- Komitə: İstənilən şəxs ölkəyə avtomobil gətirə bilər və heç bir məhdudiyyət yoxdur

Dünən, 14:34- ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİ SƏHİYYƏ XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNƏ GÖRƏ REGİONDA LİDERDİR.

Dünən, 14:22- Bakıda SOCAR-ın IV beynəlxalq forumu keçirilir

Dünən, 14:13- Üzünü it parçalayan uşağın atası: Şəhərin mərkəzi, Bulvar ərazisi küçə itləri ilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir

Dünən, 14:01- Azərbaycanda heyvan dişləmələrinin sayı artıb

Dünən, 13:49- Sabah intensiv yağış gözlənilir

Dünən, 13:27- Azərbaycanda bu qurumlar beş gün işləməyəcək

Dünən, 13:18- Binəqədidə "Qayğıkeş ana” adlı tədbir keçirilib

Dünən, 13:10- Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra öldü

Dünən, 12:59- TANAP vasitəsilə qaz nəqlinin həcmi açıqlanıb

Dünən, 12:51- Səhiyyə Nazirliyi: Üzünü it parçalayan 4 yaşlı uşaq palataya köçürülüb

21-04-2019, 17:36- Dermatoloq Könül Hüseynova:"İlk növbədə daxili faktorları araşdırırıq"

21-04-2019, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

20-04-2019, 19:41- ADU-da “Heydər Əliyev və müasir Azərbaycan təhsili” adlı Respublika tələbə-şagird elmi konfransı keçirilib

Haqqımızda Əlaqə

Bir şirkətin adına 170 milyonluq kredit ayrılıb- CAHANGİR HACIYEVİN MƏHKƏMƏSİNDƏ YENİ FAKTLAR ÜZƏ ÇIXIR

Tarix:15-04-2019, 15:53 Baxış Sayı:31

Bir şirkətin adına 170 milyonluq kredit ayrılıb- CAHANGİR HACIYEVİN MƏHKƏMƏSİNDƏ YENİ FAKTLAR ÜZƏ ÇIXIR Sabir bankir Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb.

Gununsesi.org xəbər verir ku, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rövşən İsmayılov ifadə verib.

Şahid 1997-ci ildən “Azərbaycan Beynəlxalq Bank”ında çalışdığını deyib. Bildirib ki, 2002-2012-ci illərdə bankın İdarə Heyətinin sədr müavini vəzifəsində işləyib.

Bankdan ayrılan kreditlərlə bağlı danışan şahid deyib ki, işi bankda maliyyə məsələlərinə nəzər edib, rəhbərliyə məlumat vermək olub: “Əməliyyatlara xəzinədarlıq departamenti nəzarət edirdi. Lahiyələrlə bağlı məsələlər Cahangir Hacıyevə məruzə edilirdi”.

Prosesin davamında hakim elan edib ki, hazırda ev dustaqlığında olan təqsirləndirilən Erxan Cavadın “Buta kithcin” əməliyyatı zamanı Beynəlxalq Bankdan götürdüyü kredit sənədlərinin birində imzası yoxdur. Təqsirləndirilən E.Cavad bunu təsdiqləyib. Məlum olub ki, E.Cavad ifadəsində həmin kreditlərin brilliant mağazasına yönəldildiyini deyib.

Buna aydınlıq gətirən E.Cavad qeyd edib ki, həmin brilliant mağazası Piriyevlə ailəsinə məxsus olub: “Şirkətin 50 faizi Nəsib Piriyevin, 50 faizi isə onun anasının idi. İttihamda qeyd edilən məbləğ Nəsib Piriyevin Əfqanıstanda olan şirkətinə “ofşor” yolla köçürülüb”.

Nəsib Piriyev oliqarx Nizami Piriyevin oğludur. Nəsib Piriyev PNN Group şirkətinin rəhbəridir. “Beynəlxalq Bank əməliyyatı” zamanı həbs edilən iş adamlarından biri də Nizami Piriyev idi. Onun oğlu Nəsib Piriyev isə beynəlxalq axtarışa verilmişdi.

Məlumatda bildirilirdi ki, Nəsib Piriyevin “Azerbaijan Consulting Company” şirkətinin adına Beynəlxalq Bankdan 170 milyon dollar kredit götürüb və geri qaytarmayıb.

Hüquq-mühafizə orqanları isə rəsmi açıqlama ilə çıxış edərək bildirdilər ki, Nəsib Piriyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi ilə əlaqədar axtarışa verilib. O, dəfələrlə istintaqa çağırılsa da gəlməyib. Bu işlə bağlı Nəsib Piriyevin atası Nizami Piriyev həbs edilmiş, daha sonra borcunun bir qismini ödəyərək azadlığa çıxmışdı.

Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...