Anons

Dünən, 16:21- Səhiyyə Nazirliyindən burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı AÇIQLAMA

Dünən, 16:14- Youth Inc. Sahibkarlıq Proqramının koordiantoru beynəlxalq layihədə iştirak edir

Dünən, 15:37- ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub

Dünən, 15:23- Vergilər Nazirliyi daha bir yeniliyə hazırlaşır

Dünən, 15:14- İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

Dünən, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

Dünən, 14:49- Komitə: İstənilən şəxs ölkəyə avtomobil gətirə bilər və heç bir məhdudiyyət yoxdur

Dünən, 14:34- ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİ SƏHİYYƏ XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNƏ GÖRƏ REGİONDA LİDERDİR.

Dünən, 14:22- Bakıda SOCAR-ın IV beynəlxalq forumu keçirilir

Dünən, 14:13- Üzünü it parçalayan uşağın atası: Şəhərin mərkəzi, Bulvar ərazisi küçə itləri ilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir

Dünən, 14:01- Azərbaycanda heyvan dişləmələrinin sayı artıb

Dünən, 13:49- Sabah intensiv yağış gözlənilir

Dünən, 13:27- Azərbaycanda bu qurumlar beş gün işləməyəcək

Dünən, 13:18- Binəqədidə "Qayğıkeş ana” adlı tədbir keçirilib

Dünən, 13:10- Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra öldü

Dünən, 12:59- TANAP vasitəsilə qaz nəqlinin həcmi açıqlanıb

Dünən, 12:51- Səhiyyə Nazirliyi: Üzünü it parçalayan 4 yaşlı uşaq palataya köçürülüb

21-04-2019, 17:36- Dermatoloq Könül Hüseynova:"İlk növbədə daxili faktorları araşdırırıq"

21-04-2019, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

20-04-2019, 19:41- ADU-da “Heydər Əliyev və müasir Azərbaycan təhsili” adlı Respublika tələbə-şagird elmi konfransı keçirilib

Haqqımızda Əlaqə

Mama-ginekoloq Samirə Hüseynova: "Heç kimlə sərt davrana bilmirəm"

Tarix:15-04-2019, 13:12 Baxış Sayı:202

Mama-ginekoloq Samirə Hüseynova: "Heç kimlə sərt davrana bilmirəm"
- Samirə xanım, necə oldu ki, həkim oldunuz?

- Mən 2000-ci ildə Dövlət Tibb Universitetinə yüksək balla (685 bal) daxil oldum. Topladığım bala görə öz qrupum üzrə birinci, respublika üzrə isə ikinci oldum. 2006-cı ildə universitetin müalicə-proflaktika fakültəsini fərqlənmə diploma ilə bitirdim. Daha sonra Sankt-Peterburqda mama ginekologiya üzrə klinik ordinatura keçdim. Ondan sonra bir neçə ölkədə təkmilləşmə kurslarında iştirak etdim. Nəticə etibarilə, indi olduğum mövqeyə gəldim. 

- Bu peşəni öz istəyinizləmi seçdiniz?

- Bəli, öz istəyimlə seçmişəm. Mənim atam da həkim olub, bacım da həkimdir. Gözümü açıb evdə cərrah atamı görmüşəm. Düzdür, bəzən yuxusuz gecələrdən, yorğunluqdan sonra hərdən fikirləşmişəm ki, kaş müəllimə olardım (çünki anam müəllimədir). Amma  hər halda, mən atamın yolunu tutdum (gülür). İşimi çox sevirəm.

- Zaman sizə yetirmi?

- Biz həmişə vaxt məhdudluğundan şikayət etmişik. Deyirəm ki, həftə yeddi yox, səkkiz gündən ibarət olardı. Həyatımız qaçaqaçla keçir.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. Yoldaşım da həkimdir.

- Ailə həyatı ilə bu iş alınırmı?

- Çətin olsa da, alındırmağa çalışırıq. Hər şeyi balanslaşdırmağa çalışırıq.

- Nə vaxtsa əyninizdən birdəfəlik ağ xalatı çıxartmaq istəmisinizmi?

- Şükürlər ki, belə bir istəyim olmayıb. Düşünmürəm ki, bundan sonra da olsun.

- Deməli, işinizi sevirsiniz. Nədir bu sevginin arxasında yatan sir?

- Onu pasientlərdən soruşsanız, daha yaxşı olar. Bircə onu deyə bilərəm ki, mən öz pasientlərimə pasient kimi yox, öz doğmam, öz bacım kimi yanaşıram.

- Bir həkim olaraq sizi narahat edən məsələ nədir?

- Pasientlərin özlərinə laqeyd yanaşmaqları, həkim məsləhətinə qulaq asmamaqları məni çox narahat edir.

- Görmək istədiyiniz, amma görə bilmədiyiniz nədir?

- Mən hər zaman öz üzərimdə işləməyi sevən biriyəm. İstərdim ki, daha çox mütaliə edim, daha çox konfranslarda iştirak edim və özümü daha da təkmilləşdirim. Təəssüf ki, alınmır.

- Hərdən əllərinizə diqqətlə baxanda nə fikirləşirsiniz?

- Düşünürəm ki, mən insanlara yetərincə, bacardığım qədər kömək edə bilmişəm. Hər dəfə pasientlərin üzündə sevinc hissini görəndə özümlə və işimlə qürur duyuram.

- Son zamanlarda daha çox hansı xəstəliklərlə rastlaşırsınız?

- Düzdür, elm inkişaf edir. Amma xəstəliklər də artır və cavanlaşır. Sonsuzluq son zamanlarda artıb. Bunun da bir ucu sosial problemlərə gedib çıxır.

- Ümumiyyətlə, bu sahədə xanımların maariflənmə səviyyəsi size qane edirmi?

- Təəssüflə deyə bilərəm ki, maariflənmə çox aşağı səviyyədədir. Bunun da günahı analardadır. Onlar öz qızları ilə pərdə saxlayıb, müəyyən məsələləri ona aşılamırlar. Mən çox istərdim ki, məktəblərdə heç olmasa ayda bir dəfə tibbi yöndə dərslər, təlimlər keçilsin.

- Son zamanlarda xanımlarda infeksiyalar da artıb. Bunu nə ilə əlaqələndirmək olar?

- Sizinlə razıyam. Bunun da kökündə maarifsizlik dayanır. Bu növ infeksiyalar cinsi yolla keçir. Bəylərimiz qoruyucu vasitələrdən istifadə etmədən cinsi həyat yaşayırlar və infeksiyaları öz xanımlarına yoluxdururlar. Bu da hamiləlikdə, doğulan uşaqda sonradan fəsadlar yaradır. İnfeksiyalar hətta sonsuzluğa qədər gətirib çıxarda bilir.

- İşdənkənar necə birisiniz?

- İşdə necəyəmsə, işdənkənar da elə biriyəm. Çatışmayan bir cəhətim var. Çünki heç kimlə sərt davrana bilmirəm. Bundan da bəzən sui-istifadə etmək istəyənlər olur. Amma məni məhz gülərüz olduğum üçün sevirlər (gülür).

- Bu sənət sizə nə verdi, sizdən nə aldı?

- Çox fərqli insanları tanıdım. Fərqli talehlərlə rastlaşdım. O ki qaldı almağına, elə bir şeyin olduğunu düşünmürəm.

- Gözünüzün önündən getməyən bir əməliyyatınız olubmu?

- Mən xaricdə təhsil alarkən gürcü müəllimimiz deyirdi ki, ginekologiya çox çətin kişi sənətidir. Hər bir bir əməliyyat riskdir. Doğuşa qədər nəzarət, doğuş vaxtı həyəcan, stress və s. Tibbdə yüz faizlik nəticə yoxdur. Şükürlər olsun ki,  indiyə qədər mənim karyeramda neqativ bir hal olmayıb.

- Oxuculara nə məsləhət görürsünüz?

- Daha çox analara məsləhət görmək istəyirəm. Onlar həm özlərinə, həm də qızlarına biganə qalmasınlar. Həkimə vaxtında müraciət etsinlər. Sağlam olsunlar.

- Mən Hippokrar andını içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.

 - Hipppokrata görə tələbəlik ilinin son məzun günündə içdiyimiz bu and təsəvvür etməzdim ki, bu qədər şərəfli və məsuliyyətli olacaq. Həkim olmaq asan deyil. İstər tibb universitetinə daxil olmaq, 6 il tələbəlik və s. Başqa tələbələr tələbəliyin dadını çıxardarkən biz sümük zalında sümük, morqda meyitlə üzbəüz anatomiya öyrənirdik. Amma bu peşə çox şərəfli bir peşədir.

Həkimlə əlaqə (050) 5703335

Mama-ginekoloq Samirə Hüseynova: "Heç kimlə sərt davrana bilmirəm"
Mama-ginekoloq Samirə Hüseynova: "Heç kimlə sərt davrana bilmirəm"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...