Anons

Dünən, 16:21- Səhiyyə Nazirliyindən burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı AÇIQLAMA

Dünən, 16:14- Youth Inc. Sahibkarlıq Proqramının koordiantoru beynəlxalq layihədə iştirak edir

Dünən, 15:37- ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub

Dünən, 15:23- Vergilər Nazirliyi daha bir yeniliyə hazırlaşır

Dünən, 15:14- İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

Dünən, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

Dünən, 14:49- Komitə: İstənilən şəxs ölkəyə avtomobil gətirə bilər və heç bir məhdudiyyət yoxdur

Dünən, 14:34- ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİ SƏHİYYƏ XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNƏ GÖRƏ REGİONDA LİDERDİR.

Dünən, 14:22- Bakıda SOCAR-ın IV beynəlxalq forumu keçirilir

Dünən, 14:13- Üzünü it parçalayan uşağın atası: Şəhərin mərkəzi, Bulvar ərazisi küçə itləri ilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir

Dünən, 14:01- Azərbaycanda heyvan dişləmələrinin sayı artıb

Dünən, 13:49- Sabah intensiv yağış gözlənilir

Dünən, 13:27- Azərbaycanda bu qurumlar beş gün işləməyəcək

Dünən, 13:18- Binəqədidə "Qayğıkeş ana” adlı tədbir keçirilib

Dünən, 13:10- Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra öldü

Dünən, 12:59- TANAP vasitəsilə qaz nəqlinin həcmi açıqlanıb

Dünən, 12:51- Səhiyyə Nazirliyi: Üzünü it parçalayan 4 yaşlı uşaq palataya köçürülüb

21-04-2019, 17:36- Dermatoloq Könül Hüseynova:"İlk növbədə daxili faktorları araşdırırıq"

21-04-2019, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

20-04-2019, 19:41- ADU-da “Heydər Əliyev və müasir Azərbaycan təhsili” adlı Respublika tələbə-şagird elmi konfransı keçirilib

Haqqımızda Əlaqə

Cərrah fleboloq Afaq Zahidova:"Belə "sürpriz"lərin olmasını istəmirəm"

Tarix:15-04-2019, 11:13 Baxış Sayı:83

Cərrah fleboloq Afaq Zahidova:"Belə "sürpriz"lərin olmasını istəmirəm" - Afaq xanım, haradan başladınız, hara gəldiniz?

- Dövlət Tibb Universitetindən başladım. 1997-ci ildən 2003-cü ilə qədər orada təhsil aldım. 2003-2004-cü ildə ümumi cərrahiyyə üzrə Təcili Tibbi Yardım Xəstəxanasında internatura keçdim. O zamanlar Azərbaycanda damar cərrahiyyəsi bir o qədər də inkişaf etməmişdi. Sonra Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında və poliklinkada işlədim. Daha sonra isə damar cərrahlığı üzrə fəaliyyət başladım. O zamanlarda bu sahə üzrə qadın mütəxəssislər az idi.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Beş ildən çoxdur ki, flebologiya sahəsində fəaliyyət göstərirəm.

- Bu beş ilə nəyi sığışdıra bilmədiniz?

- Heç bir həkim beş ilə heç nəyi sığışdıra bilməz. Tibb həmişə inkişafdadır. Hər il yeni texnologiyalar, yeni müalicə üsulları yaranır. Biz də çalışırıq ki, həmin yenilikləri təqib və tətbiq edək.

- İşdənkənar necə birisiniz?

- İşimdə necəyəmsə, işdənkənar da da eləyəm. Həkimlik məsuliyyət tələb edən bir işdir. Bəzən ailə həyatı ilə bu iş alınmır. Amma hər halda, balanslaşdırmağa çalışırıq.

- Son zamanlarda ən çox müşahidə etdiyiniz xəstəliklər hansılardır?

- Son zamanlarda dərin venoz trombozlarla tez-tez rastlaşırıq. İstərdim ki, bu yöndə maariflənmə olsun. Məsələn, əvvəllər dopler müayinısi yox idi. İndi şükürlər olsun ki, hər bir şəraitimiz var. Sadəcə olaraq, istəyimiz budur ki, həkimə vaxtında müraciət olunsun. Çünki ağırlaşmış vəziyyətdə olunan müarciətlərin sonrakı fəsadlarını aradan qaldırmaq nisbətən çətin olur.

- İş prinsipiniz necədir?

- Mən ən çox dəqiqliyə fikir verirəm. Çünki doplerlə işləyirik və əməliyyatlarımızı aparat vasitəsilə icra edirik. Bir də ki, mənim qoyduğum qaydalara pasient tam riayət etmirsə, etdiyim müalicənin də effekti o qədər yaxşı olmur. Bu, mənim üçün də mənfi cəhətdir. Pasientin özündən çox şey asılıdır.

- Afaq xanım, niyə məhz damar cərrahlığını seçdiniz?

- Mən ümumi cərraham. Başqa sahədə də əməliyatlar icra etmişəm. Misal olaraq, açıq varikoz əməliyyatlarını deyə bilərəm.  Amma bu sahədə biz əməliyyatları daha müasir texnologiya ilə yerinə yetiririk və pasientin əməliyyatdan sonra ööz əmək qabiliyyətini bərpa etməsi çox qısa zaman alır.

- İcra etdiyiniz ilk əməliyyat yadınızdadırmı?

- Bəli, yadımdadır. Çox həyəcanlı idim. Amma əməliyyatın gedişatında həyacan itir.

- Nədən qorxursunuz?

- Hər bir insan individualdır və istəmədən olsa belə bəzən xəstələrdə ağırlaşma baş verə bilər. Bundan heç kim sığortalanmayıb. Belə "sürpriz"lərin olmasını istəmirəm.

- Bəzən insanlar həkimin yox, dost-tanışın məsləhəti ilə müəyyən dərman preparatlarından istifadə edirlər. Buna münasibətiniz necədir?

- Həkim məsləhəti olmadan hər hansı bir dərmanı qəbul etmək yolverilməzdir. Adi bir antibiotik də orqanizmə əks təsir göstərə bilər. Mən hətta eşitmişəm ki, ineksiya şəklində antibiotikdən istifadə edib şoka düşən və dünyasını dəyişən insanlar olub.

- Siz beynəlxalq konfranslarda çox iştirak edirsiniz. Bizim tibblə onların tibb sahəsi arasındakı fərqi nədə görürsünüz?

- Mən deyərdim ki, istifadə olunan texnologiyalar eynidir. Bizim çox savadlı mütəxəssislərimiz də var. Xarici konfranslarda bizə çox dəyər verirlər, hətta bizi məruzə etməyə dəvət edirlər. Fərq yalnız pasientlərdədir. Biz daha çox ağırlaşmış xəstələr görürük. Bir də ki, bizdə həkimlərə qarşı bir az inamsızlıq var. İnanıram ki, zamanla bu da düzələcək.

- Sonda oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, hər zaman sağlam olsunlar. Heç bir şikayətləri olmasa belə proflaktik məqsədlə müayinələrdən keçsinlər. Çünki vaxtında olunan hər hansı bir müdaxilə gələcək fəsadların və ağırlaşmaların qarşısını almaq deməkdir. Əgər valideynlərdən hər hansı birində varikoz varsa, övladları da risk qrupuna daxildirlər. Əgər onlar ayaqlarında aşkar damar görməsələr də, hər bir şişkinlik və narahatçılıq hiss etsələr, ən azından dopler müayinəsi olunsunlar.

Həkimlə əlaqə: (070) 2229911

Cərrah fleboloq Afaq Zahidova:"Belə "sürpriz"lərin olmasını istəmirəm"
Cərrah fleboloq Afaq Zahidova:"Belə "sürpriz"lərin olmasını istəmirəm"
Cərrah fleboloq Afaq Zahidova:"Belə "sürpriz"lərin olmasını istəmirəm"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...