Anons

Dünən, 21:42- Ağız və üz-çənə cərrahı Nərmin Qurbanova: "Ağ xalat mənə stimul verir"

Dünən, 16:51- Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib

Dünən, 11:59- Rüfət Aslanlının İstanbulda krallar kimi sarayı – Video

20-07-2019, 14:43- Permanent və mikroblading müəllimi Məryəm Rzazadə: "Həmişə təbiiliyə üstünlük verirəm"

20-07-2019, 14:05- Binəqədi rayonu kollektivi ekskursiya təşkil edib.

19-07-2019, 22:00- Permanent ustası Sevda Kərimxanova: "Mən işimə canımı qoyuram"

19-07-2019, 17:12- II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

19-07-2019, 16:57- ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdi

19-07-2019, 16:49- Azərbaycanda 47 nəfəri ilan sancıb

19-07-2019, 16:38- Xanım boksçumuz barəsində cinayət işi açıldı

19-07-2019, 16:25- Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib

19-07-2019, 16:16- ADU-da media nümayəndələri mükafatlandırılıb

19-07-2019, 16:03- Zoologiya İnstitutu bulvarda ilanların peyda olması ilə bağlı məlumatlara münasibət bildirib

19-07-2019, 15:54- ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

19-07-2019, 15:12- “Neftçi” və “Qəbələ”nin oyunları eyni saatda başlayacaq

19-07-2019, 15:05- Antalyada nə qədər azərbaycanlı yaşayır?

19-07-2019, 14:53- Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

19-07-2019, 14:41- " Rövşən Lənkəranski"nin qətli ilə bağlı ŞOK FAKTLAR - Məhkəmədə etiraflar

19-07-2019, 14:32- Türkiyədə DƏHŞƏTLİ FƏLAKƏT - Çox sayda insan itkin düşdü / VİDEO

19-07-2019, 14:11- Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi - Qərar

Haqqımızda Əlaqə

Bakıda "roliklə" ölümə gedən gənclərin videosu yayıldı: DYP-dən xəbərdarlıq - VİDEO

Tarix:12-04-2019, 22:17 Baxış Sayı:77

Bakıda "roliklə" ölümə gedən gənclərin videosu yayıldı: DYP-dən xəbərdarlıq - VİDEO
Vaqif Əsədov: "Yol polisi əməkdaşları nəzarəti daha da gücləndirəcək"

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov paytaxtın mərkəzi və ümumi istifadədə olan küçələrində skeyt, rolik və bu kimi təkərləri olan xüsusi ləvazimatlardan istifadə edən gənclərə müraciət edib. Avtosfer.az-a özəl olaraq açıqlamasında şöbə rəisi bildirib ki, bu hallar həm gənclərin özünə, həm də digər hərəkət iştirakçılarına konkret təhlükə yaradır. "Təbii ki, bu hadisələr təhlükəsiz şəhər kameralarınâ düşür və operatorlar vasitəsilə qeydə alınır. Cari ilin 4 ayı ərazidə xidmət aparan YPX əməkdaşları tərəfindən bu hallarla bağlı 10-a yaxın protokol tərtib olunub.
Vaqif Əsədov bildirib ki, son günlər bu faktların çoxalması, xüsusilə mərkəzi yollarda olması ciddi narahatçılıq doğurur. "Ona görə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi adından, öz adımdan bu şəxslərə, onların valideynlərinə müraciət edirəm. Bu sahədə diqqətli olsunlar. Övladlarının bu hərəkətlərinin qarşısının alınmasında, həmçinin qapalı şəraitdə, stadionunlarda, xüsusi yerlərdə müxtəlif "trukların" edilməsinə nəzarət etsinlər."
Vaqif Əsədov gənclərə müraciət edərək bildirib ki, mərkəzi küçələrində skeyt, rolik və bu kimi vasitələrdən istifadə etməsinlər. "Bu həm inzibati xəta tərkibi yaradır, həm də çox təhlükəlidir."
Vaqif Əsədov bildirib ki, burada inzibati protokol yazmaqdan çox təbliğat işi gücləndiririk. "Siz bununla həm özünüzə, həm də digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradırsınız. Azacıq diqqətsizlik ölümə səbəb ola bilər."
Şöbə rəisi havaların istiləşməsi ilə əlaqədar bu halların daha da çoxalacağını qeyd edərək bildirib ki, YPX əməkdaşları buna ciddi nəzarət edəcəklər. "Ümumi istifadədə olan yollarda bu hərəkətlər istifadə etməsinlər. Əgər kimsə bunu etmək istəyirsə xüsusi yerlərdə həyata keçirsin. Bunun üçün Milli Park var. Orada geniş şərait var. Həmçinin Olimpiya Stodionu, Velotrek ərazisində bunun üçün yerlər var. Gənclər rahat şəkildə burada öz məharətlərini nümayiş etdirə bilərlər."
Qeyd edək ki, şəhərin mərkəzi küçələrində təhlükəli şəkildə hərəkət edən gənclərin görüntüləri Avtosfer.az tərəfindən yayılmışdı.

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...