Anons

Dünən, 21:42- Ağız və üz-çənə cərrahı Nərmin Qurbanova: "Ağ xalat mənə stimul verir"

Dünən, 16:51- Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib

Dünən, 11:59- Rüfət Aslanlının İstanbulda krallar kimi sarayı – Video

20-07-2019, 14:43- Permanent və mikroblading müəllimi Məryəm Rzazadə: "Həmişə təbiiliyə üstünlük verirəm"

20-07-2019, 14:05- Binəqədi rayonu kollektivi ekskursiya təşkil edib.

19-07-2019, 22:00- Permanent ustası Sevda Kərimxanova: "Mən işimə canımı qoyuram"

19-07-2019, 17:12- II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

19-07-2019, 16:57- ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdi

19-07-2019, 16:49- Azərbaycanda 47 nəfəri ilan sancıb

19-07-2019, 16:38- Xanım boksçumuz barəsində cinayət işi açıldı

19-07-2019, 16:25- Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib

19-07-2019, 16:16- ADU-da media nümayəndələri mükafatlandırılıb

19-07-2019, 16:03- Zoologiya İnstitutu bulvarda ilanların peyda olması ilə bağlı məlumatlara münasibət bildirib

19-07-2019, 15:54- ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

19-07-2019, 15:12- “Neftçi” və “Qəbələ”nin oyunları eyni saatda başlayacaq

19-07-2019, 15:05- Antalyada nə qədər azərbaycanlı yaşayır?

19-07-2019, 14:53- Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

19-07-2019, 14:41- " Rövşən Lənkəranski"nin qətli ilə bağlı ŞOK FAKTLAR - Məhkəmədə etiraflar

19-07-2019, 14:32- Türkiyədə DƏHŞƏTLİ FƏLAKƏT - Çox sayda insan itkin düşdü / VİDEO

19-07-2019, 14:11- Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi - Qərar

Haqqımızda Əlaqə

Elinanın anası: "Görüntülərdəki mənim qızım deyil"

Tarix:11-04-2019, 12:52 Baxış Sayı:106

Elinanın anası: "Görüntülərdəki mənim qızım deyil" İntihar edən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın görüntüləri olduğu iddia edilən xoşagəlməz videogörüntü və fotolar yerli mətbuatda öz əksini tapmaqdadır.

Bununla bağlı mərhum yeniyetmənin anası Sevil Hacıyeva News24.az-a eksklüziv müsahibə verib.

- Sevil xanım, sosial şəbəkə və yerli mətbuatda qızınızın olduğu deyilən videogörüntülər və fotolar haqda nə deyə bilərsiz?
- Videolarda və fotolarda olan qız mənim Elinam deyil. Mənim qızım çox tərbiyəli olub. O, heç vaxt siqaret çəkməyib, hətta yaxınına da buraxmayıb. Qızım çölə çıxmaq, rəfiqələri ilə harasa getmək istəyəndə məndən, nənəsindən, hətta atasından da həmişə icazə alıb.

- Bəs görüntülərdə Elina olduğu iddia edilən qız əslində kimdir?
- O qızlar Ramilə və Dianadır. Qızım olduğu deyilən məhz Ramilədir, yəni siqaret çəkən qız. Diana isə mənim qohumumdur. Şəkillərə diqqətlə baxıb, qızımın görüntüləri ilə tutuşdursalar, görəcəklər ki, fərqli-fərqli qızlardır. O görüntülərin qızımla heç bir əlaqəsi yoxdur!

-Sizcə bu görüntülər niyə yayılıb?
-Başa düşmürəm ki, bunu niyə ediblər. Məqsədləri nədir? Mənim qızım haqq dünyasındadır. Ölmüş bir qız uşağını bu şəkildə ləkələmək nə qədər insanlıqdandır? Bu, onu edənlər üçün böyük rəzalətdir! Ayıb olsun! Allaha həvalə etmişəm!

- Sağlığında qızınızın xəbəri vardımı o görüntülərdən?
- Bəli, Elina mənə demişdi ki, Diana yaxşı olmayan hərəkətlər edir. Hətta Elina özü dəfələrlə o cür hərəkətlərinə görə Dianaya irad tutmuşdu.

- Sözügedən görüntülərin kimin yaydığı haqda hər hansı fikriniz varmı? Sizcə kim ya da kimlər tərəfindən yayılıb?
- Düşünürəm ki, bunu ancaq məktəbin direktoru edə bilər. Onun məqsədi odur ki, qızımı ləkələyib, özünü təmizə çıxartsın. O, yaxşı bilirdi ki, mənim qızım sakit, ağıllı, mədəni uşaq idi. Düzgün həyat tərzi sürürdü. Buna baxmayaraq, direktor özünü haqlamaq üçün bu cür iyrənc əməllərə əl atır.

- Qızınızın yıxıldıqdan sonra çəkilən görüntüləri haqda nə deyə bilərsiz?
- Təsəvvür edin, qızım özünü atıb, məktəbdə hər kəsin bundan xəbəri olub. Lakin bizə 2 saatdan sonra məlumat veriblər. Hətta təcili yardıma da gec zəng ediblər. Rəsmən qızımın həyatı ilə oynayıblar! Bu, vicdansızlıqdır! Cənab Prezidentimizə və Birinci Xanımımıza dərin təşəkkür edirəm ki, bu məsələni diqqətə götürüblər! Mən ümid edirəm ki, onların sayəsində tezliklə haqq-ədalət öz yerini tapacaq! Qızımın ölümündə günahı olan hər kəs lazımi cəzalarını alacaqlar! Mən balamı itirdim! Digər valideyinlərin övladlarını bu şəkildə itirməmələri naminə Prezidentimiz və Vitse-Prezidentimizin verdikləri qərar öz müsbət nəticəsini göstərər inşallah!скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...