Anons

Dünən, 16:21- Səhiyyə Nazirliyindən burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı AÇIQLAMA

Dünən, 16:14- Youth Inc. Sahibkarlıq Proqramının koordiantoru beynəlxalq layihədə iştirak edir

Dünən, 15:37- ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub

Dünən, 15:23- Vergilər Nazirliyi daha bir yeniliyə hazırlaşır

Dünən, 15:14- İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

Dünən, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

Dünən, 14:49- Komitə: İstənilən şəxs ölkəyə avtomobil gətirə bilər və heç bir məhdudiyyət yoxdur

Dünən, 14:34- ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİ SƏHİYYƏ XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNƏ GÖRƏ REGİONDA LİDERDİR.

Dünən, 14:22- Bakıda SOCAR-ın IV beynəlxalq forumu keçirilir

Dünən, 14:13- Üzünü it parçalayan uşağın atası: Şəhərin mərkəzi, Bulvar ərazisi küçə itləri ilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir

Dünən, 14:01- Azərbaycanda heyvan dişləmələrinin sayı artıb

Dünən, 13:49- Sabah intensiv yağış gözlənilir

Dünən, 13:27- Azərbaycanda bu qurumlar beş gün işləməyəcək

Dünən, 13:18- Binəqədidə "Qayğıkeş ana” adlı tədbir keçirilib

Dünən, 13:10- Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra öldü

Dünən, 12:59- TANAP vasitəsilə qaz nəqlinin həcmi açıqlanıb

Dünən, 12:51- Səhiyyə Nazirliyi: Üzünü it parçalayan 4 yaşlı uşaq palataya köçürülüb

21-04-2019, 17:36- Dermatoloq Könül Hüseynova:"İlk növbədə daxili faktorları araşdırırıq"

21-04-2019, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

20-04-2019, 19:41- ADU-da “Heydər Əliyev və müasir Azərbaycan təhsili” adlı Respublika tələbə-şagird elmi konfransı keçirilib

Haqqımızda Əlaqə

Həkim-dermatoveneroloq Elnur Nəzərov: "Bu faktorlar dəri xəstəliklərinin yaranmasına səbəb olur"

Tarix:11-04-2019, 11:36 Baxış Sayı:199

Həkim-dermatoveneroloq Elnur Nəzərov: "Bu faktorlar dəri xəstəliklərinin yaranmasına səbəb olur"
-  Elnur həkim, allergik dəri xətəliklərinin yaranma səbəbləri əsasən hansılardır?

- Bu xəstəliyin bir çox yaranma səbəbi var. Yediyimiz qidaların ekoloji cəhətdən təmiz olmaması, qəbul etdiyimiz dərman preparatlarının keyfiyyətsiz olması və s. allergik dəri xəstəliyini əmələ gətirən amillərdəndir. Dəri xəstəliklərinin növlərindən biri olan ekzema daha çox qadınlarda əmələ gəlir. Bu baxımdan, onların hər hansı bir yuyucu vasitələrdən istifadə edərkən əlcəklərdən istifadə etməkləri məsləhət görülür. Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. İndi hamı paltaryuyandan istifadə edir. Lakin diqqətli olmaq lazımdır. Biz paltaryuyanın bir gözünə yuyucu vasitə əlavə edirik. O, öz işini görəndən sonra həmin gözlüyün altındakı hissədə yuyucu toz yığılıb qalır. Qurulama mərhələsində təmiz su həmin görünməyən tozun üzərinə axır və paltarlara hopur. Biz də həmin paltarları geyindiyimiz zaman həmim yuyucu tozlar bədənə təmas edir və nəticə etibarilə, dəri xəstəlikləri meydana çıxır.

- Bəs qida rasionunun düzgün seçilməməsi bu növ xəstəlikllərin yaranmasına nə dərəcədə təsir göstərir?

- Bu da önəmli faktordur. Ana uşağa hamilə olarkən müxtəlif dərman preparatları qəbul edir. Uşaq dünyaya gəlir, ana südi ilə bərabər müxtəlif qidalara qidalanır. Bəlli bir yaşa çatdıqdan sonra isə böyüklərin qəbul etdiyi qidalardan qəbul edir. Məsələ burasındadır ki, o qidalar nə dərəcədə təmiz və standartlara uyğundur? Tərkibi nədən ibarətdir? Bunlara fikir vermədikdə müxtəlif dəri xəstəliklərinə yoluxma ehtimalı böyükdür.

- Allergik dəri xəstəliklərinin ilk simptomları nələrdir?

- Bu xəstəlik ilk olaraq özünü qızartı və qaşıntı şəklində biruzə verir. Belə olduqda, dərhal həkimə müaraciət etmək lazımdır. Qohumdan-qonşudan məsləhət almaqla dərmən preparatları qəbuı etmək olmaz. Çünki hər bir orqanizm individualdır. Dərmanın əks göstərişi ola bilər və müxtəlif fəsadlar meydana gələ bilər. Həkimə müraciət olunmalıdır ki, həkim o xəstəliyin mənbəyini tapsın və ona uyğun da müalicə tətbiq etsin.

- Bu barədə oxuculara hansı məsləhətləri verərdiniz?

- Məsləhət görürəm ki, yedikləri qidaların istehsal tarixinə, tərkibinə baxsınlar. Özləri özlərinin həkimləri olsunlar. Saxlamlıqları ilə bağlı ən kiçib bir problemə görə də mütəxəssisə vaxtında müraciət etsinlər. Düzdür, əvvəlki illərə nisbətən pasientlər müəyyən qədər maarifləniblər. Ümid edirəm ki, bundan sonra daha da yaxşı olacaq.

Həkimlə əlaqə: (050) 6762967

Həkim-dermatoveneroloq Elnur Nəzərov: "Bu faktorlar dəri xəstəliklərinin yaranmasına səbəb olur"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...