Anons

Dünən, 16:21- Səhiyyə Nazirliyindən burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı AÇIQLAMA

Dünən, 16:14- Youth Inc. Sahibkarlıq Proqramının koordiantoru beynəlxalq layihədə iştirak edir

Dünən, 15:37- ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub

Dünən, 15:23- Vergilər Nazirliyi daha bir yeniliyə hazırlaşır

Dünən, 15:14- İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

Dünən, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

Dünən, 14:49- Komitə: İstənilən şəxs ölkəyə avtomobil gətirə bilər və heç bir məhdudiyyət yoxdur

Dünən, 14:34- ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİ SƏHİYYƏ XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNƏ GÖRƏ REGİONDA LİDERDİR.

Dünən, 14:22- Bakıda SOCAR-ın IV beynəlxalq forumu keçirilir

Dünən, 14:13- Üzünü it parçalayan uşağın atası: Şəhərin mərkəzi, Bulvar ərazisi küçə itləri ilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir

Dünən, 14:01- Azərbaycanda heyvan dişləmələrinin sayı artıb

Dünən, 13:49- Sabah intensiv yağış gözlənilir

Dünən, 13:27- Azərbaycanda bu qurumlar beş gün işləməyəcək

Dünən, 13:18- Binəqədidə "Qayğıkeş ana” adlı tədbir keçirilib

Dünən, 13:10- Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra öldü

Dünən, 12:59- TANAP vasitəsilə qaz nəqlinin həcmi açıqlanıb

Dünən, 12:51- Səhiyyə Nazirliyi: Üzünü it parçalayan 4 yaşlı uşaq palataya köçürülüb

21-04-2019, 17:36- Dermatoloq Könül Hüseynova:"İlk növbədə daxili faktorları araşdırırıq"

21-04-2019, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

20-04-2019, 19:41- ADU-da “Heydər Əliyev və müasir Azərbaycan təhsili” adlı Respublika tələbə-şagird elmi konfransı keçirilib

Haqqımızda Əlaqə

Psixoloq Gülnar Ramazanova: “Mən olsam, bağışlamaram!”

Tarix:9-04-2019, 23:14 Baxış Sayı:206

Psixoloq Gülnar Ramazanova: “Mən olsam, bağışlamaram!” - Gülnar xanım, necə oldu ki, psixoloq oldunuz?

- Mən düşünürəm ki, psixoloq doğulmaq lazımdır. Düzdür, mən bu yolda çox oxudum, çox çalışdım. Amma bir həvəs yoxdursa, nə qədər oxusan da, alınmayacaq. Mən Xarici Dillər Universitetini ingilis dili üzrə bitirmişəm. Lakin düşündüm ki, mən o sahədə özümü tapmayacağam. Ailəmin istəyi ilə o ixtisası oxumuşdum. Həvəssiz idim. 2014-cü ildə ixtisasımı artırmaq qərarına gəldim və psixologiyanı bitirdim. Bakıda və İstanbulda müəyyən kurslarda, təlimlərdə iştirak etdim. Artıq iki ildir ki, psixoloq olaraq fəlaiyyət göstərirəm və öz üzərimdə dayanmadan çalışıram. Hal-hazırda “Xədicə” uşaq mərkəzinin baş psixoloquyam. Bundan da böyük uğurlara imza atacağımı düşünürəm .

- Niyə məhz bu sahəni seçdiniz?

- Özümə bu sahədə çox inanıram. İnsanlarla ünsiyyət qurmaq mənə xoşdur.  İnsanları sevirəm. Bəzi insanlar psixoloqu doğru anlamırlar. Psixoloq ruh həkimidir. İndiki zamanda hər bir insanın bir psixoloqa ehtiyacı olduğunu düşünürəm. Çünki hər insanla asanlıqla dərd bölüşmək olmur.

- Prədənin o biri tərəfindəki Gülnar xanım necə biridir?

- Mən çox güclü bir xarakterəm. Həssasam. İnsanlardan çox gözləntilər gözləmirəm, çünki hər gözlənti bir üzüntü deməkdir. Çox incə düşünən biriyəm. İnsanlardan da bunu gözəyirdim, amma təəssüf ki, hər kəsin həyata baxışı və düşüncəsi eyni deyilmiş.

- Özünüzü dərk edəndən bu yana qədər hələ də nəyi dərk edə bilmirsiniz?

- Mən insalarla işləyirəm. Onların düşüncələrinə hörmət etməyə borcluyam. Lakin bəzən elə olur ki, onların düşüncələrini dərk etməkdə çox çətinlik çəkirəm. Məndə sual yaranır ki, axı niyə?!

- Qadın sizin üçün necə bir varlıqdır?

- Qadın zəif görsənsə də, çox güclü bir məxluqdur. Qadınsız bu cəmiyyət yoxdur. Qadın anadır, qadın sevgilidir, qadın bacıdır və s. Mən deyərdim ki, kişiləri idarə edən qadınlardır. Çünki qadınlar çox incə düşünən varlıqlardır. Rəssam olsa idim, onları tamam fərqli çəkərdim (gülür).

- Öz əlinizlə baltalandığınız məqam olubmu?

- Bəli, belə məqamlar çox olub. Amma mən özümü kiməsə sübut etmək istəyi olan biri deyiləm.

- Son zamanlarda cəmiyyətdə xəyanət halları ilə tez-tez rastlaşırıqı. Kişi xəyanətini bağışlayardınızmı?

- Bu, insana görə dəyişir. Bağışlayacaq qadına görə dəyişir.  Mən olsam, bağışlamaram. Amma bağışlayanlar da var. Amma bağışladıqları təqdirdə hər dəfə eyni şey təkar olunur. Mən xanımlara məsləhət görərdim ki, əgər bağışlayacaqsınızsa, heç vaxt xəyanəti açıb-ağartmayın. Aradan pərdəni götürməyin. Bağışlamaycaqsınızsa, hər şeyi açıb-tökün. Ümumiyyətlə, xanımlar gücsüz olmamalıdır. Hər bir xanım özünə inanmalı və güvənməlidir. Hər bir insanın daxilində bir güc var. Sadəcə olaraq, onu tapmaq lazımdır.

- Bir psixoloq olaraq sizi narahat edən məslə nədir?

- Mən qadınların zəiflikləri ilə çox rastlaşıram. Bununla barışmıram. Onlar yaradılışdan zəif deyillər axı.

- Deyirlər ki, psixoloqlar bəzən özləri özlərinə kömək edə bilmirlər. Bu, doğrudurmu?

- Nəticə etibarilə, biz də insanıq. Mənim də haçansa kiminləsə danışıb rahatlaşmağa ehtiyacım var. Belə məqamlarda mənə bu sahədə özümü tapmağa kömək olan, həmkarım və dostum olan bir insanla dərdləşirəm. Hər bir psixoloqun də öz psixoloqu olur. 

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, bu qədər fədakar olmayın. Birinci növbədə özünüzü sevin və özünüzə hömət edin. Əks təqdirdə, heç kim sizi sevməyəcək. Biz öz həyatımızı necə qursaq, necə getsək, arxamızdakı “ordu” da bizim ardımızca elə gələcək.

- Mən psixoloq olarkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, insanları tanıdıqca, onlara olan sevgim bu qədər artacaq.

Əlaqə (051) 3161916

Psixoloq Gülnar Ramazanova: “Mən olsam, bağışlamaram!”
Psixoloq Gülnar Ramazanova: “Mən olsam, bağışlamaram!”
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...