Anons

Dünən, 21:42- Ağız və üz-çənə cərrahı Nərmin Qurbanova: "Ağ xalat mənə stimul verir"

Dünən, 16:51- Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib

Dünən, 11:59- Rüfət Aslanlının İstanbulda krallar kimi sarayı – Video

20-07-2019, 14:43- Permanent və mikroblading müəllimi Məryəm Rzazadə: "Həmişə təbiiliyə üstünlük verirəm"

20-07-2019, 14:05- Binəqədi rayonu kollektivi ekskursiya təşkil edib.

19-07-2019, 22:00- Permanent ustası Sevda Kərimxanova: "Mən işimə canımı qoyuram"

19-07-2019, 17:12- II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

19-07-2019, 16:57- ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdi

19-07-2019, 16:49- Azərbaycanda 47 nəfəri ilan sancıb

19-07-2019, 16:38- Xanım boksçumuz barəsində cinayət işi açıldı

19-07-2019, 16:25- Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib

19-07-2019, 16:16- ADU-da media nümayəndələri mükafatlandırılıb

19-07-2019, 16:03- Zoologiya İnstitutu bulvarda ilanların peyda olması ilə bağlı məlumatlara münasibət bildirib

19-07-2019, 15:54- ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

19-07-2019, 15:12- “Neftçi” və “Qəbələ”nin oyunları eyni saatda başlayacaq

19-07-2019, 15:05- Antalyada nə qədər azərbaycanlı yaşayır?

19-07-2019, 14:53- Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

19-07-2019, 14:41- " Rövşən Lənkəranski"nin qətli ilə bağlı ŞOK FAKTLAR - Məhkəmədə etiraflar

19-07-2019, 14:32- Türkiyədə DƏHŞƏTLİ FƏLAKƏT - Çox sayda insan itkin düşdü / VİDEO

19-07-2019, 14:11- Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi - Qərar

Haqqımızda Əlaqə

Həkim-kosmetoloq Gülnar Məmmədli: “Dərinin təmizliyi çox önəmlidir”.

Tarix:9-04-2019, 21:10 Baxış Sayı:108

Həkim-kosmetoloq Gülnar Məmmədli: “Dərinin təmizliyi çox önəmlidir”.
- Gülnar xanım, haradan başladınız, hara gəldiniz?

- Məktəbi bitirdikdən sonra Dövlət Tibb Universitetinə qəbul oldum. Üçüncü kursda oxuyarkən qərarə gəldim ki, mən həkim-kosmetoloq olacağam. Müxtəlif kurslar və seminarlar keçdim. Nəyahət ki, məqsədimə çatdım və 2012-ci ildən rəsmi olaraq həkim-kosmetoloq kimi fəaliyyət göstərməyə başladım.

- Bu səkiz ildə nə gördünüz, nə görmədiniz?

- Bu illər ərzində fərqli insanlar gördüm. Məni narahat edən əsas məsələ budur ki, bəzi pasientlər həkimin dediklərinə yox, kənardan eşitdikləri məsləhətlərə qulaq asırlar. Bəzən də elə suallar verirlər ki, adam özü çaşıb qalır. Bu baxımdan, həkimə inanmaq və etibar etmək lazımdır.

- Amma gəlin, razılşaq ki, son zamanlarda həkim olmayan “kosmetoloq”lar da az deyil...

- Razıyam. Ona görə də, əsl kosmetolq həkim olmalıdır. Anatomiyanı bilmək mütləqdir. Tibbi savadı olmayanlara kosmetoloq demək olmaz.

- İşdənkənar necə birisiniz?

- Mən iş həyatımda da, gündəlik həyatımda da eyniyəm.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm.

- Ailə həyatı ilə bu iş alınırmı?

- Bəli, alınır. Mən ailə qurarkən elə həyat yoldaşı seçdim ki, o, mənim işiə əngəl törətməsin. Bizdə çox kişilər deyirlər ki, qadın evdə oturmalıdır, işləməməlidir. Fikrimcə, bu, yalnış düşüncədir. Qadın sosiallaşmalıdır. Xüsusən də ciddi bir peşənin sahibidirsə, onun diplomu və savadı niyə evdə “yatmalıdır”?

- Bəzən xanımlar yerli-yersiz dodaq dolğularından istifadə edirlər. Buna münasibətiniz necədir?

- Baxmayaraq ki, özüm bu sahədə işləyirəm, amma bunun əleyhinəyəm. Məsələn, son zamanlarda sərt çənə ovalı dəbdədir. Lakin bu o demək deyil ki, hamı ondan istifadə etməlidir. Hər üzün oz standartları var. Bunların hamısını eyni qəlibə salmaq mümkün deyil. Mən bu baxımdan pasientlərimə həmişə öz məsləhətlərimi verirəm. Hər halda, sonda pasientin öz istəyi, öz arzusunu nəzərə almaq məcburiyyətindəyik.

- Sizcə, bir insanı daha da gözəl göstərən hansı üzvüdür?

- Hər üzvün özünəməxsus bir özəlliyi və gözəlliyi var. Hamısı bir-birini tamamlayanda daha da gözəl olur. Lakin hamısı standart olanda adamı yorur. Hər bir kəsdə individuallıq olmaldır. Mən şəxsən insanda ilk növbədə gözlərə fikir verirəm.

- Özünüz hansısa prosedurlardan istifadə etmisinizmi?

- Bəli, mən botoksdan həmişə istifadə edirəm. Əzələlərimi aktiv hərəkət etdirdiyimə görə, gələcəkdə qırışların yaranmaması üçün indidən qarşısın alıram. Bundan başqa, üst dodağıma dolğu etmişəm və müəyyən mezolardan da yararlanmışam.

- Kosmetoloji prosedurlara hansı yaşdan etibarən başalamq məsləhətdir?

- Bəzi prosedurlara konkret bir yaş həddindən başlamaq lazımdır. Hətta üzdə bəzi problemlər yaranmağa başlayıbsa, elə o dövrdən də müəyyən prosedurları icra etmək olar.

- Bir kosmetoloq olaraq sizi naraha edən əsas məsələ nədir?

- Mənim xarici pasientlərim də olur. Çox maraqlıdır ki, onlar seçdikləri həkimin məsləhətlərini dinləyib onlara əməl edirlər. Bizdə isə bəzi pasientlər öz həkimlərinə şübhə ilə yanaşırlar. Bu, məni çox narahat edir. Çox istərtdim ki, həkimə inanıb gəlsinlər və həkimin müalicə üsuluna da şübhə ilə yanaşmasınlar. Çünki bizim işimiz bizim adımızdır. Bilərəkdən yalnış nəsə etsək, bizim işimizi “ləkələyə” bilər. Ümumiyyətlə, işini bilən, əsl həkim olanlar öz pasientlərinə həmişə vicdanla yanaşarlar.

- İş prinsipiniz necədir?

- Mən hər bir pasientdə ilk öncə dərinin təmizliyinə və gözəlliyinə fikir verirəm. Ondan sonra digər üzvlərin gözəllşdirilməsinin tərəfdadrıyam.

- Bədən dolğuları edirsinizmi?

- Bədən dolğuların xoşlamıram. Çünki o dolğuların tərkibi elə məhsullardan ibarətdir ki, ona etibarım yoxdur. Özümə rəva bilmədiyim prosedurları pasientlərimə də rəva bilmirəm.

- Sonda oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, işinin peşəkarına müraciət etsinlər. Tibbi savadı olmayan “kosmetoloq”ların qurbanlarına çevrilməmək üçün gedəcəkləri kosmetoloqları yaxşı-yaxşı araşdırsınlar.

Həkimlə əlaqə: (055) 4632999

Həkim-kosmetoloq Gülnar Məmmədli: “Dərinin təmizliyi çox önəmlidir”.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...