Anons

Dünən, 16:21- Səhiyyə Nazirliyindən burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı AÇIQLAMA

Dünən, 16:14- Youth Inc. Sahibkarlıq Proqramının koordiantoru beynəlxalq layihədə iştirak edir

Dünən, 15:37- ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub

Dünən, 15:23- Vergilər Nazirliyi daha bir yeniliyə hazırlaşır

Dünən, 15:14- İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

Dünən, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

Dünən, 14:49- Komitə: İstənilən şəxs ölkəyə avtomobil gətirə bilər və heç bir məhdudiyyət yoxdur

Dünən, 14:34- ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİ SƏHİYYƏ XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNƏ GÖRƏ REGİONDA LİDERDİR.

Dünən, 14:22- Bakıda SOCAR-ın IV beynəlxalq forumu keçirilir

Dünən, 14:13- Üzünü it parçalayan uşağın atası: Şəhərin mərkəzi, Bulvar ərazisi küçə itləri ilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir

Dünən, 14:01- Azərbaycanda heyvan dişləmələrinin sayı artıb

Dünən, 13:49- Sabah intensiv yağış gözlənilir

Dünən, 13:27- Azərbaycanda bu qurumlar beş gün işləməyəcək

Dünən, 13:18- Binəqədidə "Qayğıkeş ana” adlı tədbir keçirilib

Dünən, 13:10- Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra öldü

Dünən, 12:59- TANAP vasitəsilə qaz nəqlinin həcmi açıqlanıb

Dünən, 12:51- Səhiyyə Nazirliyi: Üzünü it parçalayan 4 yaşlı uşaq palataya köçürülüb

21-04-2019, 17:36- Dermatoloq Könül Hüseynova:"İlk növbədə daxili faktorları araşdırırıq"

21-04-2019, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

20-04-2019, 19:41- ADU-da “Heydər Əliyev və müasir Azərbaycan təhsili” adlı Respublika tələbə-şagird elmi konfransı keçirilib

Haqqımızda Əlaqə

Bakının məşhur gecə klubu yenidən açıldı - “Haqqımı verib, açdım” - VİDEO

Tarix:9-04-2019, 20:34 Baxış Sayı:59

Bakının məşhur gecə klubu yenidən açıldı - “Haqqımı verib, açdım” - VİDEO Ötən ilin sonlarında bağlanan Bakının ən məşhur və ən qalmaqallı gecə klublarından olan “İnfiniti” fəaliyyətini yenidən bərpa edib.

Məlumata görə, hazırda gecə klubunu İrandan olan bir iş adamı işlədir. Ancaq klubunu sahibinin və himayəçilərinin yerli vəzifəli şəxslər olduğu bildirilir.

“İranlı iş adamının, fəaliyyəti ciddi ictimai narazılıq doğuran klubu yenidən işə salması elə də çətin olmayıb. Dediyinə görə, “haqqını” verərək, icazə alıb. İndi orada və ətrafında əvvəlkindən də biabırçı vəziyyət hökm sürür. Ərazidə “İnfiniti”dən əlavə “Ellepis” və başqa bir adda gecə klubu açıldığından, həmçinin çoxlu sayda otel fəaliyyət göstərdiyindən, pozgun həyat tərzi keçirən insanların, əxlaqsız qadınların əsas məkanına çevrilib”, – ətrafda yaşayan Bakı sakini bildirib.

Qeyd edək ki, Bakının mərkəzində yüngül əxlaqlı qadınların ən çox toplaşdığı və bu üzdən də ərəblərin sevimli məkanına çevrilmiş gecə klubunun ötən ilin sentyabr ayının sonlarında bağlandığı elan olunmuşdu. Konkret səbəbi açıqlanmasa da, bunu klubda baş verənlərin geniş ictimai narazılıq doğurması ilə izah edirdilər. Ərəblərin Bakının gecə klublarında, hətta şəhərin mərkəzində pozğun qadınlarla min cür hoqqadan çıxması ölkə ictimaiyyətinin narazılığına səbəb olmuşdu. Hətta bəzi ziyalılar bununla bağlı müafiq tədbirin görülməsi üçün ölkə rəhbərliyinə müraciət də etmişdilər. Klubda əxlaqsızlığın əndazəni aşması, orada baş verənlərin səsinin hətta ölkə hüdudlarından kənara belə yayılması ilə bağlı belə bir qərarın verildiyi iddia olunurdu.

Bakının məşhur gecə klubu yenidən açıldı - “Haqqımı verib, açdım” - VİDEO


Düzdür, klub bağlandığı elan edildikdən sonra da müəyyən müddət fəaliyyətini davam etdirdi. Belə ki, bir müddət əvvəlcədən aylıq pul ödəyib kluba üzv olan “elit müştərilərə” və varlı turistlərə xdmət göstərdi. Ancaq bu da çox çəkmədi.

Ötən ilin dekabrında dövlət orqanlarının (konkret qurumun adı çəkilmir-müəl.) tələbi ilə klubun fəaliyyəti tam dayandırıldı, hətta içi belə boşaldıldı. Bundan sonra klub bir müddət işləmədi. Ancaq çox keçmədi ki, hansısa “sehirli əl” klubun fəaliyyətinə “yaşıl işıq” yandırdı və “İnfiniti”nin ətrafında “can bazarı” bərpa edildi. Yəni, hər şey qaldığı yerdən davam etdirilir.

Gözləyək, görək, indi hansı xarici ölkə vətəndaşı gəlib buradan reportaj hazırlayacaq…

Xatırladaq ki, ötən ilin əvvəlində İraqdan olan blogerin “İnfiniti” gecə klubundan hazırladığı reportaj həm yerli, həm də xarici mətbuatda geniş şəkildə yayımlanmışdı. Ərəblərin Azərbaycandaki gecə həyatından bəhs edən reportajda “İnfiniti” klubun qarşısında qadın alverinin getdiyini, klubun əxlaqsız qadınların məskəninə çevrildiyini nümayiş etdirən görüntülər əks olunmuşdu. Məhz həmin qalmaqallı reportajdan qısa müddət sonra gecə klubunun bağlandığı elan olunmuşdu./azpolitika.info/

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...