Anons

Dünən, 21:42- Ağız və üz-çənə cərrahı Nərmin Qurbanova: "Ağ xalat mənə stimul verir"

Dünən, 16:51- Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib

Dünən, 11:59- Rüfət Aslanlının İstanbulda krallar kimi sarayı – Video

20-07-2019, 14:43- Permanent və mikroblading müəllimi Məryəm Rzazadə: "Həmişə təbiiliyə üstünlük verirəm"

20-07-2019, 14:05- Binəqədi rayonu kollektivi ekskursiya təşkil edib.

19-07-2019, 22:00- Permanent ustası Sevda Kərimxanova: "Mən işimə canımı qoyuram"

19-07-2019, 17:12- II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

19-07-2019, 16:57- ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdi

19-07-2019, 16:49- Azərbaycanda 47 nəfəri ilan sancıb

19-07-2019, 16:38- Xanım boksçumuz barəsində cinayət işi açıldı

19-07-2019, 16:25- Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib

19-07-2019, 16:16- ADU-da media nümayəndələri mükafatlandırılıb

19-07-2019, 16:03- Zoologiya İnstitutu bulvarda ilanların peyda olması ilə bağlı məlumatlara münasibət bildirib

19-07-2019, 15:54- ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

19-07-2019, 15:12- “Neftçi” və “Qəbələ”nin oyunları eyni saatda başlayacaq

19-07-2019, 15:05- Antalyada nə qədər azərbaycanlı yaşayır?

19-07-2019, 14:53- Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

19-07-2019, 14:41- " Rövşən Lənkəranski"nin qətli ilə bağlı ŞOK FAKTLAR - Məhkəmədə etiraflar

19-07-2019, 14:32- Türkiyədə DƏHŞƏTLİ FƏLAKƏT - Çox sayda insan itkin düşdü / VİDEO

19-07-2019, 14:11- Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi - Qərar

Haqqımızda Əlaqə

Defektoloq-loqoped Fəridə Tağıyeva: “Çətinliyi sevən bir insanam”

Tarix:9-04-2019, 16:19 Baxış Sayı:231

Defektoloq-loqoped Fəridə Tağıyeva: “Çətinliyi sevən bir insanam”

- Fəridə xanım, haradan hara gəldiniz?

- Mən 1999-cu ildə pedoqoji universitetin defektologiya fakültəsini bitirdim. 2000-ci ildən loqoped kimi fəaliyyət göstərirəm. Bizim işimiz həm həkimlik, həm də pedaqoqluğa yaxındır. İkisinin birləşməsidir desəm, daha doğru olar. Çünki uşaqlarda nitq qüsurlarını aradan qaldırıması üçün ilk öncə onların yaranma səbəblərini bilmək lazımdır. Bunun üçün də anatomiyanı bilmək əsas şərtdir.

- Artıq 19 ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz. Bu illər ərzində öz sahənizdə nə müşahidə etdiniz?

- Mən bu peşəyə gələndə bilməzdim ki, insanların dilində bu qədər qüsurlar ola bilər. Zaman keçdikcə gördüm ki, nevroloji fonda nitq qüsurları, stressdən yaranan kəkələmələr və s. həddindən artıq çoxalıb.

- Bu qusurların əmələ gəlməsinə başqa hansl faktorlar təsir edir?

- Müxtəlif faktorları misal gətirə bilərik. Məsələn, doğuş zamanı və ya doğuşdan sonra yaranan potoloji hallar, ətraf mühitin təsiri və s. amillər nitqin inkişafına təsir edir. Çünki uşaqda anadangəlmə nitq olmur. Ətrafındakı insanlar necə danışırsa, o da onları yamsılamaq yolu ilə öz nitqini formalaşdırır.

- İş prinispiniz necədir?

- Fizioloji qüsurlu uşaqlar olduqda biz nervpotoloqlarla, psixoloqlarla birgə işləyirik. Digər hallarda isə uşaqlarla birbaşa özümüz təmasda oluruq və yaxud da ona zondla müdaxilə edirik.

- Bir uşağın nitqində olan qüsurun aradan qaldırılması təxminən nə qədər zaman alır?

- Bu, hər uşaqda individualdır. Uşaq var ki, tez qavrayır, uşaq var ki, qavramaq qabiliyyəti zəif olur.

- Bəs hansı yaşdan sonra qüsurların aradan qaldırılması artıq çətinləşir?

- Hər bir yaşın özünəməxsus xüsusiyyətləri var. Təbii ki, yaş artdıqca, dildə olan qüsurun korreksiyası da çətinləşir.

- Beynəlxalq konfranslarda iştirak edirsinizmi?

- Bəli, konfranslarda və kurslarda oluram. Hətta 2015-ci ildə Təhsil Nazirliyinin xətti ilə Almaniyada kurs da keçmişəm.

- İşdənkənar necə biridir Fəridə xanım?

- Çox pozetiv biriyəm. Enerjim tükənmir. Musiqini çox sevirəm. Musiqi təhsilim var. Fortepianoda ifa etməyi bacarıram. Xüsusi təhsil məktəbində həm musiqidən, həm də loqopediyadan dərs deyirəm.

- Hansı uşaqlarla işləmək daha çətin olur?

- Şəxsən mənim üçün daun sindromundan əziyyət çəkən uşaqlarla işləmək digər xəstəliklərdən əziyyət çəkənlərə nisbətən asandır. Çünki daun sindromlu uşaqlar deyə bilməsələr də, ən azında cəhd edirlər. Digərləri isə deyə bilirlər, lakin demək istəmirlər.

- Kəkələmə problemi uşaqlara irsi keçə bilərmi?

- Əgər valideynlərdən hansındasa sinir sistemi pozğunluğu varsa, bəli, uşaqda kəkələmə ola bilər. Amma kəkələmə əsasən uşağın danışmağı formalaşdığı bir dövrdə (3-4 yaşlarında) əmələ gələ bilər. Bu baxımdan, həmin yaşda uşaqların sinir sistemlərini qorumaq əsas şərtlərdən biridir.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, uşaqların gündəlik rejiminə diqqət yetirsinlər. Onların hansı cizgi filmlərini və kinoları izlədiklərinə fikir versinlər.

- Ağ xalatı əynimə geyinərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu iş bu qədər çətin olacaq. Amma mən çətinliyi sevən bir insanam. Hər bir işə sıfırdan başlayıram və heç vaxt yarımçıq qoymuram. Bu günə qədər əldə etdiyim bütün uğurlarımı bu xarakterimə görə əldə etmişəm.

Əlaqə (055) 7127094

Defektoloq-loqoped Fəridə Tağıyeva: “Çətinliyi sevən bir insanam”
Defektoloq-loqoped Fəridə Tağıyeva: “Çətinliyi sevən bir insanam”
Defektoloq-loqoped Fəridə Tağıyeva: “Çətinliyi sevən bir insanam”
Defektoloq-loqoped Fəridə Tağıyeva: “Çətinliyi sevən bir insanam”
Defektoloq-loqoped Fəridə Tağıyeva: “Çətinliyi sevən bir insanam”
Defektoloq-loqoped Fəridə Tağıyeva: “Çətinliyi sevən bir insanam”
Defektoloq-loqoped Fəridə Tağıyeva: “Çətinliyi sevən bir insanam”
Defektoloq-loqoped Fəridə Tağıyeva: “Çətinliyi sevən bir insanam”
Defektoloq-loqoped Fəridə Tağıyeva: “Çətinliyi sevən bir insanam”
Defektoloq-loqoped Fəridə Tağıyeva: “Çətinliyi sevən bir insanam”
Defektoloq-loqoped Fəridə Tağıyeva: “Çətinliyi sevən bir insanam”
Defektoloq-loqoped Fəridə Tağıyeva: “Çətinliyi sevən bir insanam”
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...