Anons

Dünən, 21:42- Ağız və üz-çənə cərrahı Nərmin Qurbanova: "Ağ xalat mənə stimul verir"

Dünən, 16:51- Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib

Dünən, 11:59- Rüfət Aslanlının İstanbulda krallar kimi sarayı – Video

20-07-2019, 14:43- Permanent və mikroblading müəllimi Məryəm Rzazadə: "Həmişə təbiiliyə üstünlük verirəm"

20-07-2019, 14:05- Binəqədi rayonu kollektivi ekskursiya təşkil edib.

19-07-2019, 22:00- Permanent ustası Sevda Kərimxanova: "Mən işimə canımı qoyuram"

19-07-2019, 17:12- II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

19-07-2019, 16:57- ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdi

19-07-2019, 16:49- Azərbaycanda 47 nəfəri ilan sancıb

19-07-2019, 16:38- Xanım boksçumuz barəsində cinayət işi açıldı

19-07-2019, 16:25- Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib

19-07-2019, 16:16- ADU-da media nümayəndələri mükafatlandırılıb

19-07-2019, 16:03- Zoologiya İnstitutu bulvarda ilanların peyda olması ilə bağlı məlumatlara münasibət bildirib

19-07-2019, 15:54- ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

19-07-2019, 15:12- “Neftçi” və “Qəbələ”nin oyunları eyni saatda başlayacaq

19-07-2019, 15:05- Antalyada nə qədər azərbaycanlı yaşayır?

19-07-2019, 14:53- Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

19-07-2019, 14:41- " Rövşən Lənkəranski"nin qətli ilə bağlı ŞOK FAKTLAR - Məhkəmədə etiraflar

19-07-2019, 14:32- Türkiyədə DƏHŞƏTLİ FƏLAKƏT - Çox sayda insan itkin düşdü / VİDEO

19-07-2019, 14:11- Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi - Qərar

Haqqımızda Əlaqə

Tanınmış psixoloq Lamiyə Tahirova: “Psixoloqdan qorxmaq lazım deyil”

Tarix:9-04-2019, 13:55 Baxış Sayı:242

Tanınmış psixoloq Lamiyə Tahirova: “Psixoloqdan qorxmaq lazım deyil”
- Lamiyə xanım, haradan hara gəldiniz?

- Mən artıq on ildir ki, psixoloq olaraq fəaliyyət göstərirəm. Əvvəllər valideyn himayəsindən məhrum olan uşaqlarla işləmişəm. Daha sonra isə müxtəlif müəssisələrdə çalışmışam. Hal-hazırda fəaliyyətimi “Nərgiz” klinikasında davam etdirirəm.

- Psixoloq olmaq həvəsi sizdə nə vaxtdan yarandı?

- Ümumiyyətlə, psixoloq olmaq insanın içindən gəlməlidir. O həvəs yoxdursa, nə qədər oxusa da, alınmayacaq. Mənim anam da psixologiyanı bitirib. Bəlkə elə ona görədir ki, məndə də bu sahəyə uşaqlıadan həvəs yaranıb.

- Bu on ilə nəyi sığışdıra biləmdiniz?

- Mən insanlarla işləyirəm. Hər bir insana yardım göstərməyə çalışmışam. Nitq pozğunluğu olan uşaqlarda bu problemləri aradan qaldırmışam. Bunları həyata keçirdə bilmişəmsə, bu, mənim uğurum deməkdir. Qəbulumda olan insanların sevincini və məmnunluq hissini gördükcə, öz işimlə qrur duyuram.

- Əslində necə birisiniz?

- Göründüyüm kimiyəm. Düzdür, deyirlər kİ, psixoloqlar əsəbləşmir. Amma bəzən nəyəsə qarşı aqressiv ola bilərəm. Hər halda, bunun pasientlərə heç bir aidiyyatı yoxdur. Çünki mən hər bir pasientimi səbrə, təmkinlə dinləyirəm və onlara yol göstərirəm. Ümumilikdə isə sevgi dolu və pozetiv bir insanam. Heç vaxt özümə qapanmıram. Bütün problemlərimi bir kənara qoyub, həyatımı əvvəlki kimi öz axarı ilə davam etdirirəm.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. İki övladım var. Mənim işim övladlarımın da tərbiyəsinə və formalaşmağıma öz müsbət təsirini göstərir.

- Bir psixoloq olaraq, size narahat edən əsas məsələ nədir?

- Bu gün televiziya kanallarında və sosial şəbəkələrdə yayımlanan, mentalitetimizə uyğun olmayan seriallar, video materiallar övladlarımızın psixologiyasına çox mənfi təsir edir. Bu, məni narahat edən əsas məsələdir.

- Hər bir həkimin işləmə mexanizmi var. Bəs sizinn iş prinsipiniz necədir?

- Mənim əsas iş prinsipim insanları düzgün istiqamətləndirmək, onları pis fikirlərdən yayındırmaqdır.

- Bəzən deyirlər ki, həkimlər özlərinə kömək edə bilmirlər. Bəs sizdə necədir?

- Mən heç nəyi özümə dərd etmirəm. Pozetivliyimi həmişə qoruyub saxlayıram. Çox güclü bir qadınam.

- Ümumiyyətlə, qadın sizin üçün nə deməkdir?

- Qadın çox güclü bir varlıqdır. Qadın bir anadır. Mən hər bir xanıma məsləhət görürəm ki, həmişə mübariz və güclü olsunlar.

- Bir psixoloq olaraq, qətiyyətlə nəyə “yox” deyirsiniz?

- Mən daha çox uşaqlara məşğul oluram. Valideynlərə demək istəyirəm ki, uşağa hər bir şeyi izah etmək lazımdır. Qışqırmaqla, döyməklə uşaq tərbiyə etmək olmaz. Belə təzyiqlərə mərzu qalan uşaqlar travmalara məruz qalırlar və bu hal gələcəkdə onların həyatında ciddi problemlərə yol açır. Mən uşaqların döyülməsinə qətiyyətlə “yox” deyirəm.

- Sonda oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, psixoloqdan qorxmaq lazım deyil. İnsanlar bəzən ailə üzvlərinə də deyə bilmədikləri sözləri psixoloqa deyə bilirlər. Psixoloqlar sizin fikirlərinizin formalaşmasında sizə yardımçı olurlar. İnsan hansısa bir dərdi içinə atıb danışmadıqda, kiminləsə bölüşmədikdə depressiyaya düşür. Həmin depressiya da bir çox xəstəliklərin yaranmasına səbəb olur və zaman keçdikcə, daha xroniki hal alır. Bu baxımdan, psixoloqa vaxtında müraciət etmək lazımdır.

- Mən əynimə ağ xalatı geyinərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən əynimə ağ xalatı geyinərkən ağlıma gəlməzdi ki, insanların sevgisini qazanıb, onların düşüncələrini də əynimdəki xalat kimi təmiz və bəyaz edib sağlamlamlıqlarına qovuşduracağam.

Əlaqə (050) 5360121

Tanınmış psixoloq Lamiyə Tahirova: “Psixoloqdan qorxmaq lazım deyil”
Tanınmış psixoloq Lamiyə Tahirova: “Psixoloqdan qorxmaq lazım deyil”
Tanınmış psixoloq Lamiyə Tahirova: “Psixoloqdan qorxmaq lazım deyil”
Tanınmış psixoloq Lamiyə Tahirova: “Psixoloqdan qorxmaq lazım deyil”
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...