Anons

Bu gün, 17:11- Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"

Bu gün, 16:55- "Bakı Metropoliteni" bu il 150 milyondan çox sərnişin daşıyıb

Bu gün, 16:41- 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib - Yarmarkaya saylı günlər qaldı

Bu gün, 16:32- Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

Bu gün, 16:20- “Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

Bu gün, 16:08- Mərkəzi Kitabxana “Yurdda sülh, cahanda sülh” adlı tədbir keçirdi

Bu gün, 15:59- “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

Bu gün, 15:47- “Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

Bu gün, 15:26- Macarıstanın Baş naziri Bakıya gəlir

Bu gün, 15:05- Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin birgə keçirdiyi müsabiqə qaliblərinin adları açıqlanıb

Bu gün, 14:52- Azərbaycan dünya bazarlarına ixrac potensialını artıracaq

Bu gün, 14:31- Birləşmiş Ərəb Əmirliklərində keçirilən “SMART SME MENA 2019” sərgisi başa çatıb

Bu gün, 14:17- “Hərbiyyə - Xəzər” düşərgəsi başa çatıb

Bu gün, 14:08- Konfutsi İnstitutu Çin sərgisində iştirak edib

Bu gün, 13:58- Çin Azərbaycanda şin zavodu tikəcək

Bu gün, 13:45- Hava şəraiti dəyişir, güclü külək əsəcək, yağış yağacaq

Bu gün, 12:36- Azərbaycanda daha iki Data mərkəzi tikilir

Bu gün, 12:24- Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir

Bu gün, 12:13- İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və 1 şərab evi açılacaq

Bu gün, 11:58- 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

Haqqımızda Əlaqə

Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"

Tarix:18-03-2019, 16:23 Baxış Sayı:160

Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"
- Nuranə xanım, haradan hara gəldiniz?

- Mənim uşaqlıqdan incəsənətə marağım olub. Oxumaqla aram yox idi. Ona görə də, səkkizinci sinifdən çıxdım. İki il rəssamlıq dərnəyinə getdim. Amma səbrim çatmadı. Çünki enerjili bir insanam. Bir yerdə otura bilmirəm. Oradan uzaqlaşdıqdan sonra evdə dedim ki, məni ya dizaynerliyə, ya da stilistliyə qoysunlar. Atam əvvəlcə razı olmadı. Xasiyyəti tünddür. Anama dedim ki, sinif yoldaşımın anası stilistdir. Onun yanında bu işi öyrənmək istəyirəm. Atamı birtəhər razı saldıq (gülür). Onun yanında bu işin incəliklərini altı ay öyrəndim. Lakin sonra atam məni işləməyə qoymadı. Bir müddət evdə işlədim. On yeddi yaşımda ailə həyatı qurdum. Amma alınmadı, ayrıldım. Ondan sonra artıq atam da gördü ki, işləməyə məcburam. İşləməyə başladım. Artıq on altı ildir ki, bu sahədəyəm.

- Bu on altı il ərzində sizi qane etməyən nə oldu?

- Mən bu sahəni sevərək gəlmişəm. Həvəslə işləmişəm, indi də işləyirəm. Bu sahə mənə ayaq üstündə durmağı, pul qazanmağı öyrətdi. Atam deyir ki, sən mənə bir oğul oldun. Deyir ki, nə yaxşı bu işi öyrəndin. İndi valideynlərimə də, oğluma da, qardaşıma da mən baxıram. Bununla qürur duyuram. O ki, qaldı qane etməyən məsələyə, belə bir şey yoxdur. Mən bacardıqca müştərilərimin nazını çəkməyə, onlara qayğı göstərməyə və hər birini razı salmağa çalışıram.

- Nədir işinizə olan sevginin arxasında yatan "sirr"?

- İşimi çox sevirəm. Hər dəfə müştərilərimin işimdən məmnunluğunu görəndə özümlə qürur duyuram. Buna görə, çox xoşbəxtəm.

- İş prinsipiniz necədir?

- Mən yerimdə saymağı xoşlamıram. Həmişə qabağa getmək barədə düşünmüşəm. Düşünürəm ki, mən bu gün beş-altı stilistdən biriyəm. Bundan sonra daha da böyük uğurlara imza atmağı düşünürəm.

- Yorğunluğunuzu nəcə çıxardırsınız?

- Yorğunluğumu ailəmlə, uşağımla, yaxınlarıma vaxt keçirtməklə çıxardıram.

- Əlinizdən başqa hansı işlər gəlir? 

- Çox işlər gəlir. Məsələn, yaxşı rəsm çəkməyim və yemək bişirmək qabiliyyətim var (gülür).

- Nəyə qətiyyətlə yox deyirsiniz?

- Ailə qurmağa yox deyirəm. Həyat yoldaşımdan ayrılanda demişdim ki, ailə qurmayacağam.

- Tələbələriniz varmı?

- Bəli, var. Mən hər ay beş-altı tələbə götürürəm. Bildiyim hər şeyi tələbələrimə öyrədirəm. İstəyirəm ki, onlar mənim yaxşı davamçılarım olsunlar.

- Qorxduğunuz nə idi ki, o da başınıza gəldi?

- Uşaq vaxtı həmişə istəmişəm ki, yaxşı ailəm olsun. Həmişə ailəmin dağılmağından qorxurdum, o da başıma gəldi.

- Sizi qısqananalar varmı?

- Bəlkə də var. Amma mən onların heç birinə əhəmiyyət vermirəm.

Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"
Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"
Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"
Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"
Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"
Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"
Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"
Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...