Anons

Bu gün, 17:07- BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcə

Bu gün, 16:54- Azərbaycanda çörəyin istehsalı və satışı daha 1 il ƏDV-dən azad oluna bilər

Bu gün, 16:45- “Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur"

Bu gün, 16:32- Martın 21-dən temperatur yüksələcək

Bu gün, 16:23- Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"

Bu gün, 16:10- Vatsapın qurucusundan istifadəçilərə ŞOK XƏBƏRDARLIQ

Bu gün, 15:56- NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR

Bu gün, 15:35- Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək

Bu gün, 15:27- FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bu gün, 15:12- AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib

Bu gün, 14:49- Azərbaycanda yeni 10 manatlıq dövriyyəyə buraxılır- — FOTOLAR

Bu gün, 13:38- Sabahın hava proqnozu: güclü külək, yağış, qar

Bu gün, 13:26- Agentlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Bu gün, 13:14- Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

Bu gün, 13:05- Ombudsman “Soyqırımı bəyanatı” verdi

Bu gün, 12:53- Sənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaq

Bu gün, 12:41- Bu şəxslərə avtomobil veriləcək - Prezident sərəncam imzaladı

Bu gün, 12:30- Azərbaycanda nazir müavini işdən çıxarıldı

Bu gün, 12:19- Türk Standartları İnstitutunun Baş katibinin müşaviri: “Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”

Bu gün, 12:10- KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib

Haqqımızda Əlaqə

Kosmetoloq dr. Nigar Səfərova: " Hər pasientə öz doğmam kimi baxıram"

Tarix:13-03-2019, 17:44 Baxış Sayı:59

Kosmetoloq dr. Nigar Səfərova: " Hər pasientə öz doğmam kimi baxıram" - Nigar xanım, necə oldu ki, kosmetoloq oldunuz?

- Dərimdə yaranan problem  məni bu sahəyə gətirdi. Çox həkimlərə müraciət etsəm də, çarəsini tapmadılar. Bu zamam məndə kosmetologiyaya maraq yarandı və  bu sahəni öyrənib öz dərimi özüm müalicə etdim.

- Kimdən öyrəndiniz bu sənəti?

- Mən Türkiyədə ixtisas kursu keçdim. Bundan başqa, xarici ölkələrdən gələn kosmetoloqların seminarlarında iştirak etdim.  Öz üzərimdə işlədim və artıq beş ildir ki, bu sahədəyəm.

- Bu beş il ərzində nə müşahidə etdiniz?

- Özüm əvvəllər dərim ilə bağlı problem yaşadığım üçün hər bir pasienti yaxşı başa düşürəm. Bacardığım qədər onlara mənəvi və fiziki olaraq köməklik göstərməyə çalışıram. Düşünürəm ki, insanların rəğbətini qazana bilmişəm.

- İcra edə bilmədiyiniz bir prosedur varmı?

- Xeyr, kosmetologiyaya aid bütün prosedurları həyata keçirdirəm.

- İş prinsipiniz necədir?

- Hər bir pasientimə öz doğmam kimi baxıram. Onları pul kisəsi kimi görmürəm. Hətta elə vaxtlar olub ki, pasientlərdən pul götürməmişəm.

- Xanımlar ilk öncə hansı prosedurdan yararlanmalıdırlar?

- İlk öncə dərinin təmizlənməsi lazımdır ki, bu da on səkkiz yaşdan sonra olmalıdır. Digər prosedurlar isə yaş həddinə baxmır.

- Özünüz hansısa prosedurlardan faydalanmısınızmı?

- Bəli, ehtiyac olduqda özüm də edirəm.

- Bəzən xanımlar yerli-yersiz müəyyən prosedurlar etdirmək istəyirlər. Onlara münasibətiniz necədir?

- Bəli, razıyam. Hər şey əndazəsində olanda gözəl olur. Biz pasientlərə bu yönümdə məsləhətlərimizi veririk. Təbiiliyi qorumağın tərəfdarıyam.

- Bir kosmetoloq olaraq sizi narahat edən məsələ nədir?

- Süni və ucuz dolğulardan istifadə edilməsi məni narahat edir. Çox zaman biz o dolğuların fəsadlarını aradan qaldırmaq məcburiyyətində qalırıq.

- Ümumiyyətlə, dolğular neçə müddətdən bir yenilənməlidir?

- Təbii olduğuna görə, ən azından yeddi aydan bir yenilənmə aparılmalıdır.

- Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz nədir?

- Elə ciddi bir şey yoxdur. Çünki tibbdə olan yeniliklər gec də olsa, bizə gəlib çatır.

- Hansı aparatlarla çalşırsınız?

- Ən son model aparatlarla çalışıram. Bütün kosmetoloji prosedurları yerən yetirmək üçün avadanlıqlarımız var.

- Yalnız xanımlarla çalışırsınız, yoxsa?

- Bəli, yalnız xanımlara xidmət göstərirəm

- İşdənkənar necə biridir Nigar xanım?

- İşdə necəyəmsə, evdə də eləyəm (gülür).

- Ailəlisinizmi?

- Bəli, ailəlim.

- Kosmetoloq olmaq üçün ilk növbədə nə lazımdır?

- İlk növbədə tibbi bilik və fantaziya lazımdır. Tibbi savadı olmayanlar bu səhədə axıra qədər gedə bilmir.

- Xanımlara nə məsləhət görürsünüz?

- Hər yaşda gözəlliklərinin qeydinə qalsınlar. Özlərinə diqqət və qulluq etsinlər.

Həkimlə əlaqə: (055) 5216171

Kosmetoloq dr. Nigar Səfərova: " Hər pasientə öz doğmam kimi baxıram"
Kosmetoloq dr. Nigar Səfərova: " Hər pasientə öz doğmam kimi baxıram"
Kosmetoloq dr. Nigar Səfərova: " Hər pasientə öz doğmam kimi baxıram"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...