Anons

Bu gün, 17:07- BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcə

Bu gün, 16:54- Azərbaycanda çörəyin istehsalı və satışı daha 1 il ƏDV-dən azad oluna bilər

Bu gün, 16:45- “Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur"

Bu gün, 16:32- Martın 21-dən temperatur yüksələcək

Bu gün, 16:23- Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"

Bu gün, 16:10- Vatsapın qurucusundan istifadəçilərə ŞOK XƏBƏRDARLIQ

Bu gün, 15:56- NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR

Bu gün, 15:35- Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək

Bu gün, 15:27- FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bu gün, 15:12- AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib

Bu gün, 14:49- Azərbaycanda yeni 10 manatlıq dövriyyəyə buraxılır- — FOTOLAR

Bu gün, 13:38- Sabahın hava proqnozu: güclü külək, yağış, qar

Bu gün, 13:26- Agentlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Bu gün, 13:14- Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

Bu gün, 13:05- Ombudsman “Soyqırımı bəyanatı” verdi

Bu gün, 12:53- Sənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaq

Bu gün, 12:41- Bu şəxslərə avtomobil veriləcək - Prezident sərəncam imzaladı

Bu gün, 12:30- Azərbaycanda nazir müavini işdən çıxarıldı

Bu gün, 12:19- Türk Standartları İnstitutunun Baş katibinin müşaviri: “Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”

Bu gün, 12:10- KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib

Haqqımızda Əlaqə

Stilist Nisə Əzizova:" Bunu özümə heç vaxt bağışlamayacağam"

Tarix:13-03-2019, 12:29 Baxış Sayı:34

Stilist Nisə Əzizova:" Bunu özümə heç vaxt bağışlamayacağam" - Nisə xanım, zaman adlı bir "at" sizi haradan götürüb hara gətirdi?

- Zaman hər şeyin həlli deməkdir. Səbr etmək və hər şeyi zamanın axarına buraxmaq lazımdır. Mən ailəyə nisbətən işimdə daha səbrliyəm. Bir vaxtlar nələrinsə arzusunda olan bir qızcığaz idim, indi isə iş xanımıyam.

- O qızcığazın oyuncağını əlindən aldılarmı?

- Aldılar, amma geri qaytardım.

- Artıq on beş ildir ki, fəaliyyət göstərirsiniz. Bu illərə nəyi səğışdıra bilmədiniz?

- İnsanların saxtakarlığını. Bəlkə də onlar olmasa idi biz irəli gedə bilməzdik. Mən həmişə dönüb arxama baxıram. Keçmişdə yaşananlar mənə irəli getmək üçün bir təkan verir.

- Bu yerə gəlib çıxacağınızı təsəvvür edirdinizmi?

- Bəli, xəyalımda canlandırırdım. Ümumiyyətlə, mən nə arzu etmişəmsə, hamısı reallaşıb.

- Nə olmamalı idi, amma oldu?

- Çox səhvlərim olub. İnsanları özümə çox yaxın buraxmışam. Olmamalı idi. Bunu özümə heç vaxt bağışlamayacağam.

- İndi olduğunuz mövqedən razısınızmı?

- Mən yerimdə saymağı xoşlamıram. Arzum bundan da yüksəklərə qalxmaqdır. Atelyemi də yaratmışam. Nisə Əzizova bir brend olmalıdır.

- "Pərdə"nin arxasındakı Nisə Əzizova necə biridir?

- İnanın ki, məndə pərdə arxası yoxdur. Necəyəmsə, eləyəm.

- Bu gün əlçatmaz birisinizmi?

- Bu sözü sevməmişəm heç vaxt.

- Sevirsinizmi?

- Həyatımda biri var.

- Hal-hazırda həyatınızdakı insanla ailə quracaqsınızmı?

- Bu məsələni qismətə bağlayıram.

- Dəyişən nə oldu?

- Mən dəyişmək istədim, amma alınmadı. Bəlkə bundan sonra düzələrəm, amma ona da inanmıram. Bunun üçün səmimiliyimi aradan qaldırmalıyam.

- Öz əlinizlə baltalanmısınızmı?

- Bəli, baltalanmışam. Bu da səmimiliyimə görə olub.

- Göz ilə qaş arasında nə baş verdi?

- Mən deyərdim ki, həyatıma girən insan göz ilə qaş arasında oldu.

- Yandırırsınızmı?

- Çoxlarını yandırıram (gülür).

- Ola bilərmi ki, bu sənəti birdəfəlik tərk edəsiniz?

- Ola bilər. Amma Nisə Əzizovanın salonu heç vaxt bağlanmayacaq. Ola bilər ki, nə vaxtsa usta kimi yox, rəhbər kimi fəaliyyət göstərim.

- Nəyə bir addım qalmış geri çəkildiniz?

- Hələ elə bir şey olmayıb.

- Bəs nəyə tələsdiniz?

- İnsanları tanımadan qərar verməyə çox tələsdim.

- Əlinizdən nə çıxdı?

- İnsanların etibarı. Artıq heç kimə inanmıram.

- Yağışdan çıxıb yağmura düşmüsünüzmü?

- O qədər olub ki... İnsanlara dəyər verdiyim üçü çox peşmanam.

- Sizə nə veriblər, ala bilmirlər?

- Heç onu özüm də bilmirəm.

- Nəyi dərk edə bilmirsiniz?

- İnsanların hərəkətlərini dərk edə bilmirəm.

- Mən stilist olarkən bilə bilməzdim ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Bilə bilməzdim ki, insanları bu qədər yaxına buraxmaq olmaz.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...