Anons

Bu gün, 17:07- BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcə

Bu gün, 16:54- Azərbaycanda çörəyin istehsalı və satışı daha 1 il ƏDV-dən azad oluna bilər

Bu gün, 16:45- “Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur"

Bu gün, 16:32- Martın 21-dən temperatur yüksələcək

Bu gün, 16:23- Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"

Bu gün, 16:10- Vatsapın qurucusundan istifadəçilərə ŞOK XƏBƏRDARLIQ

Bu gün, 15:56- NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR

Bu gün, 15:35- Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək

Bu gün, 15:27- FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bu gün, 15:12- AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib

Bu gün, 14:49- Azərbaycanda yeni 10 manatlıq dövriyyəyə buraxılır- — FOTOLAR

Bu gün, 13:38- Sabahın hava proqnozu: güclü külək, yağış, qar

Bu gün, 13:26- Agentlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Bu gün, 13:14- Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

Bu gün, 13:05- Ombudsman “Soyqırımı bəyanatı” verdi

Bu gün, 12:53- Sənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaq

Bu gün, 12:41- Bu şəxslərə avtomobil veriləcək - Prezident sərəncam imzaladı

Bu gün, 12:30- Azərbaycanda nazir müavini işdən çıxarıldı

Bu gün, 12:19- Türk Standartları İnstitutunun Baş katibinin müşaviri: “Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”

Bu gün, 12:10- KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib

Haqqımızda Əlaqə

Kosmetoloq Günel Novruzova:" Hər kəslə dil tapmağa çalışıram".

Tarix:11-03-2019, 13:55 Baxış Sayı:78

Kosmetoloq Günel Novruzova:" Hər kəslə dil tapmağa çalışıram". - Günel xanım, zaman sizi haradan hara gətirdi?

- Zaman məni Tibb Universitetindən kosmetologiya sahəsinə gətirdi. Sözün düzü, kosmetoloq olmaq fikrində deyildim. Mən müalicə-proflaktika fakültəsini bitirmişəm. Amma elə oldu ki, bu sahəyə marağım yarandı.

- Niyə məhz bu sahəni seçdiniz?

- Xanımlarlar işləmək, onlara xidmət göstərmək mənə daha da maraqlı gəldi.

- Artıq neçə ildir ki, fəaliyyət göstərirsiniz?

- 10 ildən artıqdır ki, fəaliyyət göstərirəm. Kosmetologiyaya aid bütün prosedurları heyata keçirdirəm.

- 10 ilə nəyi sığışdıra bilmədiniz?

- Elə bir şey yoxdur. İtaliyada təhsil almışam. Bir neçə ölkədə konfranslarda və seminarlarda iştirak etmişəm.

- Son zamanlarda xanımlar, ən çox hansı prosedurlarla bağlı müraciət edirlər?

- Ən çox dolğular, üz dartımı, botoks və s. prosedurlarla bağlı müraciətlər edirlər.

- Ən bəyəndiyiniz prosedur hansıdır?

- Baxır hansı nahiyyədə. Gözaltı ətraf və alın nahiyyəsinə botoks, dodaq və burun nahiyyəsinə dolğular tətbiq edirəm. Üz sallanması varsa, onu ya dolğu, ya da sapla aradan qaldırırıq.

- Bəs özünüz hansısa prosedurlardan istifadə edirsinizmi?

- Mən təbiiliyi qorumaq və seçilməmək şərtilə az miqdarda müəyyən prosedurlardan istifadə edirəm.

- Bəzən xanımlar yerli-yersiz dolğulardan, botokslardan istifadə edirlər. Bunun nəticəsində standart simalar çoxalıb. Ümumiyyətlə, kosmetoloji prosedurlara neçə yaşdan etibarən başlanımalıdır?

- Konkret bir yaş həddi yoxdur. Hansı yaşda ehtiyac yaranmağa başlayırsa onda başlanılmalıdır. O ki, qaldı standart simalara. Bəli, mən də əleyhinəyəm. Mən çox vaxt özüm məsləhəhət verirəm ki, dodağınız yekədirsə, kiçiltdirin. Vaxtında süni dolğulardan çox istifadə olunub. Onu yalnız əməliyyat yolu ilə çıxartmaq mümkündür.

- Bir kosmetoloq olaraq siz narahat edən məsələ nədir?

- Bəzi kosmetoloqların bəzi prosedurları aşırı dərəcədə etməsi. Sözsüz ki, bu məsələdə pasientlərin də günahı var. Onlar tələb edirlər.

- Bir xanımın üzünə qulluq etməyi üçün ilk növbədə nə etməyi lazımdır?

- İlk növbdə ehtiyacları olan problem aradan qaldırılmalıdır. Sonra digər prosedurları yerinə yetirmək olar.

- Sizin iş prinsipiniz necədir?

- Mən hər kəslə dil tapmağa çalışıram. Hamıyla mehriban davranıram. Bir də ki, gələcəkdə yarana biləcək  problemlərlə bağlı pasientləri öncədən xəbərdar edirəm. Çünki əvvəlki illərə nisbətən pasientlər daha maariflənmiş pasientlərdir.

- İndi həkim olmayan "kosmetoloq"lar çoxalmaqdadır. Sizcə, bunun axırı hara gedir?

- Axırını çox pis görürəm. Əvvəllər də var idi. Amma son zamanlar daha da çoxalıb. Bunun qarşısını almaq üçün mütləq bir tədibir görülməldir.

- Bəzi xanımlar var ki, onların maddi imkanları çatmır kosmetoloqlar müraciət etmək üçün və özləri ev şəraitində müəyyən maskalardan istifadə etməklə özlərinə qulluq edirlər. Buna münasibətiniz necədir?

- Mənə bu barədə tez-tez müraciətlə olur. Amma mən heç kimə boyum durmuram. Öz pasientlərimə də bunu məsləhət görmürəm.

- Bəs xanımlara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, üzlərində yaranmış kiçik bir problemin də üstünə vaxtında düşsünlər. Son həddə gətirib çıxartmasınlar. Çünki problemi aradan qaldırmaq sonra çətin olur.

- Mən Hippokrat andını içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, mən bir gün kosmetoloq kimi fəaliyyət göstərəcəyəm (gülür).

Kosmetoloq Günel Novruzova:" Hər kəslə dil tapmağa çalışıram".
Kosmetoloq Günel Novruzova:" Hər kəslə dil tapmağa çalışıram".
Kosmetoloq Günel Novruzova:" Hər kəslə dil tapmağa çalışıram".
Kosmetoloq Günel Novruzova:" Hər kəslə dil tapmağa çalışıram".
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...