Anons

Bu gün, 17:07- BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcə

Bu gün, 16:54- Azərbaycanda çörəyin istehsalı və satışı daha 1 il ƏDV-dən azad oluna bilər

Bu gün, 16:45- “Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur"

Bu gün, 16:32- Martın 21-dən temperatur yüksələcək

Bu gün, 16:23- Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"

Bu gün, 16:10- Vatsapın qurucusundan istifadəçilərə ŞOK XƏBƏRDARLIQ

Bu gün, 15:56- NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR

Bu gün, 15:35- Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək

Bu gün, 15:27- FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bu gün, 15:12- AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib

Bu gün, 14:49- Azərbaycanda yeni 10 manatlıq dövriyyəyə buraxılır- — FOTOLAR

Bu gün, 13:38- Sabahın hava proqnozu: güclü külək, yağış, qar

Bu gün, 13:26- Agentlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Bu gün, 13:14- Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

Bu gün, 13:05- Ombudsman “Soyqırımı bəyanatı” verdi

Bu gün, 12:53- Sənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaq

Bu gün, 12:41- Bu şəxslərə avtomobil veriləcək - Prezident sərəncam imzaladı

Bu gün, 12:30- Azərbaycanda nazir müavini işdən çıxarıldı

Bu gün, 12:19- Türk Standartları İnstitutunun Baş katibinin müşaviri: “Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”

Bu gün, 12:10- KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib

Haqqımızda Əlaqə

Kosmetoloq Aysev Dadaşova: "Ağlıma gəlməzdi ki, işimi bu qədər sevərəm".

Tarix:11-03-2019, 11:28 Baxış Sayı:77

Kosmetoloq Aysev Dadaşova: "Ağlıma gəlməzdi ki, işimi bu qədər sevərəm".
- Aysev xanım, necə oldu ki, kosmetoloq oldunuz?

- Bu sahəyə marağım uşaq yaşlarımdan olub. Hələ onda müxtəlif maskalar hazırlayırdım. Bu maraq məni bu sahəyə gətirdi. Artıq beş ildən çoxdur ki, kosmetoloq olaraq fəaliyyət göstərirəm.

- Siz bu beş il ərzində pasientlərin sevgisini qazana bilmisiniz. Nədir bu sevginin arxasında yatan sirr?

- Pasientlərimə pul mənbəyi kimi baxmıram. Hər kəslə mehriban davranıram. İşdə məsuliyyətliyəm. Bəlkə bundan qaynaqlanır.

- Beş il ərizndə bu sahədə elə bir istək oldumu onu həyata keçirdə bilməyəsiniz?

- Xeyr, şükürlər olsun ki, kosmetologiyaya aid bütün prosedurları həyata keçirdirəm.

- Son zamanlar bəzi xanımlar süni dolğulardan istifadə edirlər. Buna münasibətiniz necədir?

- Mən təbii dolğulara üstünlük verirəm. Əvvəllər sintetik dolğular var idi və zaman-zaman onların fəsadları meydana çıxırdı. İndi şükürlər olsun ki, təbii dolğular var və mən xanımlara yalnız təbii dolğulardan istifadə etməklərini məsləhət görürəm.

- Hansı prinsiplə işləyirsiniz?

- Çalışıram ki, daha dəqiq və səbrlə işləyim.

- Sizcə, bir xanımın ilk növbədə hansı üzvü gözəl görünməlidir?

- Qaşı və dodağı.

- Özünüz kosmetoloji prosedurlardan istifadə etmisinizmi?

- Bəli, yaşıma uyğun prosedurları edirəm.

- Ümumiyyətlə, xanımlar neçə yaşdan sonra kosmetoloji prosedurlardan istifadə etməyə başlamalıdırlar?

- İyirmi beş yaşdan sonra başlamaq lazımdır. Əvvəlcə ev şəraitində qulluq lazımdır, sonra isə kosmetoloqa müraciət gərəkdir.

- Bəzi xanımlar var ki, onların maddi imkanları çatmır kosmetoloqlara müraciət etmək üçün və özləri ev şəraitində müəyyən maskalardan istifadə etməklə özlərinə qulluq edirlər. Buna münasibətiniz necədir?

- Münasibətim yaxşıdır, amma peşəkar iş başqadır. Bir də ki, hər orqanizm fərqlidir. Həmin maskaların düşər-düşməzi ola bilər.

- Son zamanlarda plastik cərrahlar sizin sahənin əleyhinədir sanki. Nədən qaynaqlanır bu?

- Bilirsiniz, biz dolğular vasitəsilə müəyyən korreksiyalar edirik. Bu da cərrahların xoşuna gəlmir (gülür). Çünki bizdə qiymətlər cərrahi əməliyyatlara baxanda çox münasibdir.

- Tələbələriniz varmı?

- Xeyr, vaxt məhdudluğu ilə əlaqədar hələ götürmürəm.

- Xanımlara nə məsləhət görürsünüz?

- Hər bir xanım gözəl olmağa layiqdir. Demək istəyirəm ki, özlərinə baxsınlar, diqqət və qulluq etsinlər. Hər şeyi zamanında və çərçivəsində etsinlər.

- Ağ xalatı əynimə geyinərkən alıma gəlməzdi ki,.. bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, işimin bu qədər sevərəm. Məhz buna görədir ki, ən çətin prosedurların öhdəsindən asanlıqla gəlirəm.

Kosmetoloq Aysev Dadaşova: "Ağlıma gəlməzdi ki, işimi bu qədər sevərəm".
Kosmetoloq Aysev Dadaşova: "Ağlıma gəlməzdi ki, işimi bu qədər sevərəm".
Kosmetoloq Aysev Dadaşova: "Ağlıma gəlməzdi ki, işimi bu qədər sevərəm".
Kosmetoloq Aysev Dadaşova: "Ağlıma gəlməzdi ki, işimi bu qədər sevərəm".
Kosmetoloq Aysev Dadaşova: "Ağlıma gəlməzdi ki, işimi bu qədər sevərəm".
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...