Anons

Bu gün, 17:07- BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcə

Bu gün, 16:54- Azərbaycanda çörəyin istehsalı və satışı daha 1 il ƏDV-dən azad oluna bilər

Bu gün, 16:45- “Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur"

Bu gün, 16:32- Martın 21-dən temperatur yüksələcək

Bu gün, 16:23- Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"

Bu gün, 16:10- Vatsapın qurucusundan istifadəçilərə ŞOK XƏBƏRDARLIQ

Bu gün, 15:56- NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR

Bu gün, 15:35- Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək

Bu gün, 15:27- FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bu gün, 15:12- AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib

Bu gün, 14:49- Azərbaycanda yeni 10 manatlıq dövriyyəyə buraxılır- — FOTOLAR

Bu gün, 13:38- Sabahın hava proqnozu: güclü külək, yağış, qar

Bu gün, 13:26- Agentlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Bu gün, 13:14- Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

Bu gün, 13:05- Ombudsman “Soyqırımı bəyanatı” verdi

Bu gün, 12:53- Sənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaq

Bu gün, 12:41- Bu şəxslərə avtomobil veriləcək - Prezident sərəncam imzaladı

Bu gün, 12:30- Azərbaycanda nazir müavini işdən çıxarıldı

Bu gün, 12:19- Türk Standartları İnstitutunun Baş katibinin müşaviri: “Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”

Bu gün, 12:10- KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib

Haqqımızda Əlaqə

Dietoloq Sevinc Həsən-zadə: "Depressiyadan qurtulmaq üçün yürüş etmək lazımdır"

Tarix:9-03-2019, 21:20 Baxış Sayı:85

Dietoloq Sevinc Həsən-zadə: "Depressiyadan qurtulmaq üçün yürüş etmək lazımdır" - Sevinc xanım, zaman sizi hardan hara gətirdi?

- Zaman məni məktəb illərindən bu yerə qədər gətirdi. Məktəb illəri insanın xatirində qalan ən xoş illərdir. İndi də sinif yoldaşlarıma görüşürəm. Mən 83 saylı məktəb-liseyi bitirdim. Azərbaycan Tibb Universitetinə daxil oldum. 2005-ci ildə oranı bitirib anestezioloq-reanimatoloq ixtisasına yiyələndim. Mama-ginekologoya institutunda anestezoloq kimi internatura keçdim. İxtisasımı dəyişmək üçün Türkiyənin bir çox qabaqcıl klinikalarında həkim assisenti kimi çalışdım. Çoxsaylı sertifikatlar aldım. 2018-ci ildə "Qazi Osman Paşa" və "Medipol" kimi tanınmış klinikalarda fəaliyyət göstərdim. Eyni zamanda, Bakıda "Grand" hospitalda işlədim. Keçən il "İlin Həkimi" adını aldım.

- Sizi bu sahəyə nə gətirdi?

- Mən uşaq vaxtı, məktəb və universitet illərində çox kök olmuşam. Köklüklə bağlı hər zaman kompleks yaşayırdım. Yaşımdan artıq görünürdüm. Beşinci kursda təxminən 30 kiloqram çəki atdım. Amma bu, sağlam arıqlama deyildi. Ailə həyatı qurduqdan sonra  yenə çəki almağa başladım. Aşırı kökəldim. Bir gün bir məclisdə ətafımdakı xanımları görüb yenidən arqlamaq qərarına gəldim. Bu dəfə sağlam arıqladım. Sonralar özümə bir yer götürüb insanları qəbul edirdim. Onlara arıqlamağa kömək edirdim.  Çünki kök insanları, onların yaşadıqları kompleksləri yaxşı başa düşürdüm. Axı özüm o yolu keçmişdim. Dah sonra qərara aldım ki, bu işi qanuniləşdirim və ixtisasımı dəyişim. Bunun üçün təhsilimi Türkiyədə başa vurduqdan sonra "Qrand" hospitala müraciət etdim və oranın rəhbərliyinin dəstəyi ilə Türkiyədə, Qazi Osman Paşa xəstəxanasında həkim assisenti kimi işləyib dietologiyanın sirlərini öyrəndim. Artıq dörd ildir ki, bu sahədəyəm. Hal-hazırda "Ege" hospitalda fəaliyyətimi davam etdirirəm.

- Bu dörd ilə nəyi sığışdıra bilmədiniz?

-  Mən demək olar ki, ixtisasımı dəyişməklə hər şeyə sıfırdan başlamışam.  Bu gün işimi sevirəm. Bunu da pasientlərimin  göstərdiyi inam və sevgi nəticəsində qazanmışam.

- Nədir bu sevginin arxasında yatan sirr?

- Mən pasientlərimə pul mənbəyi kimi baxmıram. Hətta elə olub ki, pasientlərimə ödənişsiz xidmət göstərmişəm. Diqqət və qayğı ilə yanaşıram hər kəsə. Dietologiyada pasientlərə ilk növbədə məhz psixoloji yanaşma lazımdır. Bəlkə də elə ona görə bu qədər sevilirəm.

- Hal-hazırda dietoloqların sayı çoxalıb. Bir rəqabət hiss edirsinizmi?

- Mənim çox yaxşı dietoloq dostlarım. Münasibətimiz yaxşıdır. Başqasını deyə bilmərəm, mənim heç kimlə rəqabətim yoxdur. Öz işimi görürəm. Heç kimin də paxıllığını çəkmirəm.

- Bəzi insanlar dietoloqa məsləhətləşmədən bəzi türkəçarələrdən istifadə etməklə arıqlamağa çalışırlar. Bu, nə dərəcədə düzgündür?

- Mənim əmim də türkəçarələrdən istifadə edir. Bu üsul həmişə olub. Hansısa bitkilərlə müalicə var. Amma orqanizmlər fərqlidir. Düşər-düşməzi ola bilər. Məsələn, mən özüm artıq neçə ildir ki, qara və yaşıl çayı rasionumdan çıxartmışam. Ancaq çobanyastığı dəmləyib içirəm. Ən pis halda su içirəm.

- Yeri gəlmişkən, suyun faydalarından da danışaq.

- İnsan bədəninin çox hissəsini su təşkil edir. Bir həftə ac qalmaq olar, amma susuz yaşamaq olmaz. Hər bir insan öz çəkisini 30-vurub həmin miqdarda su qəbul etməlidir. Özü də axşam saat yeddi-səkkizə qədər həmin norma bitməlidir. Səkkizdən sonra qəbul edilən su böyrəyə ağırlıq verir və ziyandır.

- Oxuculara nə məsləhət görürsünüz?

- Həmişə pozetiv olmaqlarını, mənfi auradan uzaq qalmaqlarını məsləhət görürəm. Mən özüm həyatımda iki şey var ki, onları həmişə tətbiq edirəm. Birincisi, kiçik də olsa, qətiyyən yalan danışmıram. İkincisi isə, baş verə biləcək neqativ hadisələrə əvvəlcədən özümü hazırlayıram. Hər şeyi zamanın axarına buraxıram. Stressdən uzaq olmaq üçün xırda bir problemə böyük müstəvidə baxmasınlar. Depressiyadan qurtulmaq üçün yürüş etsinlər.

Dietoloq Sevinc Həsən-zadə: "Depressiyadan qurtulmaq üçün yürüş etmək lazımdır"
Dietoloq Sevinc Həsən-zadə: "Depressiyadan qurtulmaq üçün yürüş etmək lazımdır"
Dietoloq Sevinc Həsən-zadə: "Depressiyadan qurtulmaq üçün yürüş etmək lazımdır"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...