Dünən, 17:12- Ərdoğan tapşırıq verdi - Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkiləcək
Dünən, 17:00- Azərbaycanda Ramazan ayı bu tarixdən başlayır
Dünən, 16:35- Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Dünən, 16:09- Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Dünən, 15:41- Səkinə İsmayılova həyat yoldaşını itirdi
Dünən, 15:16- Səfərbərlik Xidməti məlumat yayıb
Dünən, 14:58- Azərbaycanda daha 352 nəfər COVID-19-a yoluxub, 143 nəfər sağalıb,2 nəfər vəfat edib
Dünən, 14:24- Formula 1 üzrə Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək
Dünən, 14:00- Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb
Dünən, 13:32- Sabah milli parklara giriş pulsuz olacaq
Dünən, 13:07- “Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Asim Quliyevin əziz xatirəsi yad edildi
Dünən, 12:45- Yol polisi sürücülərə xəbərdarlıq etdi
Dünən, 12:19- Formula 1 üçün jurnalistlərin akreditasiyasına başlayır
Dünən, 11:56- Təhsil Nazirliyi 8 Marta pul yığımına görə ictimaiyyətə müraciət etdi
Dünən, 11:21- “Azərişıq” dronlardan istifadə edəcək (VİDEO)
Dünən, 11:00- Ərdoğan Azərbaycanla Türkiyə arasında preferensial sazişi təsdiqləyib
Dünən, 10:33- Vaksinasiya xaricə gedənlərin sayına necə təsir edib?
Dünən, 10:08- Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd edilir
1-03-2021, 17:22- Azərbaycanda son sutkada 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib
1-03-2021, 17:00- "YAŞAT" Fondu üç qazi ilə bağlı açıqlama yayıb
Ötən il məişət zorakılığı nəticəsində törədilmiş cinayət hadisələrinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeydə alınan 1260 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, bu da 2019-cu ilin göstəricisindən 3,7 faiz azdır. Məişət zorakılığı ilə bağlı cinayətlərin 179-u əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 77-si isə sərxoş vəziyyətdə törədilib ki, bu da əvvəlki ilin göstəricisindən müvafiq olaraq 17,0 faiz və 1,6 dəfə çoxdur.
Baş vermiş cinayətlərin 87,9 faizi qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 6,0 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 3,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,5 faizi əzab vermə, 2,1 faizi isə digər cinayətlərə aiddir.
Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 4,3 faiz azalaraq 1300 nəfər olub. Onların 75,9 faizini qadınlar, 1,2 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 34,1 faiz artaraq 59 nəfər (onlardan 41-i qadın) olub.