Anons

Dünən, 17:12- Ərdoğan tapşırıq verdi - Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkiləcək

Dünən, 17:00- Azərbaycanda Ramazan ayı bu tarixdən başlayır

Dünən, 16:35- Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub

Dünən, 16:09- Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA

Dünən, 15:41- Səkinə İsmayılova həyat yoldaşını itirdi

Dünən, 15:16- Səfərbərlik Xidməti məlumat yayıb

Dünən, 14:58- Azərbaycanda daha 352 nəfər COVID-19-a yoluxub, 143 nəfər sağalıb,2 nəfər vəfat edib

Dünən, 14:24- Formula 1 üzrə Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək

Dünən, 14:00- Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb

Dünən, 13:32- Sabah milli parklara giriş pulsuz olacaq

Dünən, 13:07- “Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Asim Quliyevin əziz xatirəsi yad edildi

Dünən, 12:45- Yol polisi sürücülərə xəbərdarlıq etdi

Dünən, 12:19- Formula 1 üçün jurnalistlərin akreditasiyasına başlayır

Dünən, 11:56- Təhsil Nazirliyi 8 Marta pul yığımına görə ictimaiyyətə müraciət etdi

Dünən, 11:21- “Azərişıq” dronlardan istifadə edəcək (VİDEO)

Dünən, 11:00- Ərdoğan Azərbaycanla Türkiyə arasında preferensial sazişi təsdiqləyib

Dünən, 10:33- Vaksinasiya xaricə gedənlərin sayına necə təsir edib?

Dünən, 10:08- Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd edilir

1-03-2021, 17:22- Azərbaycanda son sutkada 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib

1-03-2021, 17:00- "YAŞAT" Fondu üç qazi ilə bağlı açıqlama yayıb

Haqqımızda Əlaqə

Dünyanın ən təhlükəli narkotikini Azərbaycana gətirən qadın həbs olunub

Tarix:4-02-2021, 15:00

Dünyanın ən təhlükəli narkotikini Azərbaycana gətirən qadın həbs olunub Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Dəmirova Elviyyə Rasim qızına məxsus çamadan və bağlama gömrük nəzarəti zamanı saxlanılıb.

Yoxlama zamanı çamadanın və bağlamanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən 5 ədəd şəffaf polietilen bükümdə gömrük nəzarətindən gizlədilən 977 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyi qutusunun içərisindən isə 98,800 qram narkotik vasitə - kokain, krem qutularının və çay paketinin içinə yerləşdirilmiş sellofan paketdə isə təsiredici maddəsinin ümumi miqdarı 76,206 qram olan və dünyada ən təhlükəli narkotik vasitə hesab edilən MDMB-4en-PİNACA (Bonzai) maddəsi aşkar edilib.

Aparılan təxirəsalınmaz istintaq hərəkətləri ilə cinayətkar qrupun digər üzvləri Məmmədəliyeva Pərvanə Rüstəm qızı və Abdullayev Məhəmməd İlqar oğlu qeyd edilən narkotik vasitə və psixotrop maddəni təhvil alan zaman saxlanılıblar. Dəmirova Elviyyə Rasim qızı, Məmmədəliyeva Pərvanə Rüstəm qızı və Abdullayev Məhəmməd İlqar oğlunun qeyd edilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutulublar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və barələrində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, metamfetamin və MDMA (metilendioksimetamfetamin) "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir və onun təsiredici maddəsinin ümumi miqdarı 158,19 qramdır.

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...