Anons

Bu gün, 15:48- Hüsnü Mübarək vəfat etdi

Bu gün, 15:36- Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub

Bu gün, 15:27- Keçən il ölkədə 192 min yeni iş yeri açılıb

Bu gün, 15:14- Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində mobil səyyar hospital xidmətə başlayıb

Bu gün, 15:05- Fevralın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 188,9 min nəfər olub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, onların 4 milyon 937,3 min nəfərini məşğul əhali təşkil edib.

Bu gün, 14:53- VI beynəlxalq müsabiqəsinə ərizə qəbulu başlayıb

Bu gün, 14:41- Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA

Bu gün, 14:32- Kliniki Tibbi Mərkəzə daha 4 nəfər yerləşdirilib - RƏSMİ

Bu gün, 14:19- Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Bu gün, 14:08- XİN: Azərbaycan əsgərinin qətlə yetirilməsinin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir

Bu gün, 13:56- Azərbaycanda turizm bələdçiləri üçün sertifikatın alınması məcburi olacaq

Bu gün, 13:47- Sabahın hava proqnozu açıqlandı

Bu gün, 12:41- Koronavirus artıq 37 ölkəyə yayılıb, ölənlərin sayı artır

Bu gün, 12:28- Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib

Bu gün, 12:19- Azərbaycanın şəhid əsgəri dəfn olunub

Bu gün, 12:10- Koronavirusla əlaqədar Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində dezinfeksiya işləri aparılıb

Bu gün, 12:00- Bakıda bu marşrut xətlərinin yolu dəyişdiriləcək - SİYAHI

Bu gün, 11:53- Polis qardaşı tərəfindən qətlə yetirildi

Bu gün, 11:41- Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib

Bu gün, 11:32- Bakıda bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Haqqımızda Əlaqə

Nərmin Quliyevanın qətlində adı hallanan daha üç nəfər istintaqa çağırıldı

Tarix:13-02-2020, 11:59

Nərmin Quliyevanın qətlində adı hallanan daha üç nəfər istintaqa çağırıldı Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətlində adı hallanan kənd sakini Altay Ələkbərov, hadisəni gördüyü iddia edilən Asif Ələkbərov və Vüsal Rzayev istintaqa çağırılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Məlumatda bildirilir ki, Nərmin Quliyevanın qətli ilə bağlı sosial şəbəkədə yayılan anonim səs yazısında adı hallarnan şəxslər istintaqa çağırılıb: "Audioyazı istintaqa təqdim olunub və bununla bağlı araşdırmalara başlanıb. Həmin audioyazıda adı hallanan şəxslər istintaqa çağırılıb, ifadələri alınır".

Xatırladaq ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...