Anons

Bu gün, 17:08- Azərbaycan vətəndaşları Türkiyədə 900-dən çox daşınmaz əmlak əldə edib

Bu gün, 16:42- Azərbaycan-İSESKO əlaqələri müzakirə edilib

Bu gün, 16:27- DOST 50 mininci vətəndaşa xidmət edib

Bu gün, 16:09- Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il ötür

Bu gün, 16:00- Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq konfrans başlayıb

Bu gün, 15:48- Azərbaycanın nar ixracatçıları Rusiya Federal Gömrük Xidmətindən narazıdır

Bu gün, 15:36- Statistika Komitəsi aranı qatdı: Sayımız 10 milyondur, yoxsa 7.9 milyon?

Bu gün, 15:22- Bəzi metro stansiyalarının adları dəyişir? - RƏSMİ AÇIQLAMA

Bu gün, 15:07- Xəzərdə neftçi batıb - YENİLƏNİB

Bu gün, 14:55- Bakıda bir ailənin 4 üzvünün öldüyü yol qəzası ilə bağlı RƏSMİ

Bu gün, 14:41- “Şahənşah” restoranında kütləvi ZƏHƏRLƏNMƏ...

Bu gün, 14:32- 100-dən çox doktorant dövlət xətti ilə xaricdə təhsil alacaq - RƏSMİ

Bu gün, 14:14- Maradona “Ximnasiya Esqrima” klubundan ayrıla bilər

Bu gün, 14:03- Sabahın havası - yağış yağacaq

Bu gün, 13:51- Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb

Bu gün, 13:42- Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı keçiriləcək

Bu gün, 13:29- Əlil şəxslər üçün reabilitasiya vasitələri yaşadıqları ünvanlara çatdırılıb

Bu gün, 13:17- Moskvadakı hipermarketdə “Azərbaycan töhfələri” korneri açılıb

Bu gün, 13:08- “Bakutel-2019” sərgisində İtaliya şirkətləri də iştirak edəcək

Bu gün, 12:54- Deputatlarımız Sofiyada QDİƏT PM Baş Assambleyasının plenar iclasında iştirak edəcək

Haqqımızda Əlaqə

Bakıda 18 yaşlı tələbə oğlandan DƏHŞƏTLİ CİNAYƏT – YENİ FAKTLAR

Tarix:7-05-2019, 14:26

Bakıda 18 yaşlı tələbə oğlandan DƏHŞƏTLİ CİNAYƏT – YENİ FAKTLAR
Keçən ilin oktyabrında Bakı şəhər Səbail rayonunda da yaşadığı evə girən oğrunu öldürən 18 yaşlı Abdullayev Faiq Sakit oğlunun işi məhkəməyə göndərilib.

Əvvəlcə Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə əməlinə görə barəsində araşdırma aparılan Faiq Abdullayev barəsindəki cinayət işinin maddəsi dəyişdirilib. Onun barəsindəki iş sonradan Cinayət Məcəlləsinin 123.1-ci maddəsinə, yəni, zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə maddəsinə tövsif edilib və ittiham aktı təsdiqlənib. İş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib və hakim Azər Tağıyevin icraatına verilib. Günahı sübute yetirilərsə universitet tələbəsi olan Faiq barəsində 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Məlum hadisəyə gəlincə, oktyabrın 17-də Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini olan bir yeniyetmə həmin gün gecə saat 2 radələrində naməlum şəxsin onların Bayıl qəsəbəsində yaşadıqları evdən oğurluğa cəhd göstərdiyini, atası Sakitlə rastlaşdığında onu əli ilə vuraraq qaçdığını bildirib.

Dərhal Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və əməliyyat tədbirlərinə başlanılıb.
Oktyabrın 19-da saat 8 radələrində Səbail rayonunun A.İsmayılov küçəsində üzərində zorakılıq əlamətləri olan 40-45 yaşlı kişi meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi, Səbail rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşlarının birgə apardıqları araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhəd Həsənov olduğu müəyyənləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində Əhəd Həsənovun Bayıl qəsəbəsindəki həmin evə oğurluq məqsədilə girdiyinə görə mənzilin sahibi Sakit Abdullayev və digər oğlu Faiq tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Məlum olub ki, Əhəd Həsənov burğacla (otvyorka) silahlanaraq sahiblərin yatdığı evə girib. Oğru kombi qızdırıcı aparatının qoyulduğu yeri əvvəlcədən təyin edib və ora yaxınlaşaraq kombini sökməyə başlayıb.

Elə bu vaxt Sakit Abdullayev yuxudan oyanıb. Kişi yerindən qalxaraq tualetə gedib və orada kranda isti suyun olmadığını görüb. O, problemin nədən qaynaqlandığını ayırd etmək üçün kombi aparatına tərəf gedib. Orada naməlum şəxsin kombinin vintlərini necə tam gücü ilə açdığını görüb. Ev sahibi oğrunu zərərsizləşdirmək üçün öz oğlunu köməyə çağırıb.

Əhəd Həsənov bu zaman burğacı götürərək Sakit Abdullayevin üstünə cumub onun sol gözünü yaralayıb.

Sonra o, Sakit Abdullayevi yerə uzadaraq bir-birinin ardınca ona burğacla zərbələr endirib.

Sakit Abdullayevin köməyə gələn 18 yaşlı oğlu Faiq Abdullayev oğrunun qan içində olan atasını öldürməyə cəhd etdiyini görüb.
Bu zaman həyəcanlanmış gənc bıçaq götürərək Əhəd Həsənovu zərərsizləşdirib. Faiq Abdullayev nə etdiyinin fərqinə varanda, artıq gec olub, Əhəd Həsənov ölüb.
İstintaq orqanı tərəfindən Sakit Abdullayev və Faiq Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Hər iki şəxsin barəsində Səbail rayon Prokurorluğunda istintaq davam edir.
Həsənovsa bu zaman burğacı götürərək Sakit Abdullayevin üstünə cumub onun sol gözünü yaralayıb. Sonra o, Abdullayevi yerə uzadaraq bir-birinin ardınca ona burğacla zərbələr endirib. Abdullayevin köməyə gələn 18 yaşlı oğlu Faiq Abdullayev oğrunun qan içində olan atasını öldürməyə cəhd etdiyini görüb. Bu zaman həyəcanlanmış gənc bıçaq götürərək Həsənovu zərərsizləşdirib. F. Abdullayev nə etdiyinin fərqinə varanda, artıq gec olub, Həsənov ölüb.

Səbail RPİ Faiq Abdullayevi çox gözəl başa düşür və anlayır ki, o, oğrunu öldürmək istəməyib. Faiq hətta ağlına belə gətirməzdi ki, səhər o, oxuduğu doğma universitetinin divarları arasına deyil, istintaq təcridxanasının dəmir barmaqlıqları arasına düşəcək. Faktla bağlı ata və oğul Abdullayevlər saxlanılıb, lakin atanın azad ediləcəyi ehtimalı var.
O da müəyyənedilib ki, Həsənov əvvəllər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkumluq həyatı yaşayıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...