Anons

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

5-05-2020, 13:27- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Rəyasət Heyyətinin vatcap və FB üzərindən növbəti onlayn toplantısı keçirildi.

5-05-2020, 13:21- Ceyhun Zeynallı niyə həbs olunub?-Rəna Ağarzayeva 397 min manatı kimə və niyə verib?

Haqqımızda Əlaqə

Azərbaycanda vəzifəli şəxsin oğlunun güllələnməsi barədə yeni xəbər

Tarix:6-05-2019, 13:45

Azərbaycanda vəzifəli şəxsin oğlunun güllələnməsi barədə yeni xəbər 5 gün əvvəl Şəmkir rayonunda yaşadığı mənzildə müəmmalı şəraitdə naməlum şəxs tərəfindən güllələnərək öldürülən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncədəki 2 saylı İstintaq Təcridxanasının əməkdaşı – 1990-cı il təvəllüdlü Məmmədov Kəramət Şükür oğlunun qatili hələ də tapılmayıb.

3 gün əvvəl məlum cinayətlə bağlı K.Məmmədovun sonuncu dəfə telefon əlaqəsi yaratdığı bir neçə nəfər saxlanılaraq Şəmkir rayon Polis Şöbəsinə aparılıb. 1 gün davam edən dindirmələrdən sonra həmin şəxslərin hamısı dünən axşam sərbəst buraxılıb.

İlkin araşdırmalar zamanı o da məlum olub ki, təcridxana içisini qətlə yetirən şəxs ərazini tərk edərkən buraxdığı izləri silməyə çalışıb. Güllələnmə zamanı ətrafda heç kimin səs eşitməməsi isə cinayətdə istifadə edilən silaha səsboğucunun quraşdırılmasını göstərir.

Qeyd edək ki, dəhşətli cinayət vaxtı Kəramət Məmmədov evdə tək olub. O, yaşadığı evin yataq otağındakı masanın yanında alnından güllələnərək öldürülüb. Otağa daxil olan qatilin çarpayının yanında duraraq yaxın məsafədən Kəramətin baş nahiyəsinə atəş açdığı bildirilir.

Hadisədən ilk olaraq Kəramət Məmmədovun kənd məktəbinin direktor müavini işləyən anası xəbər tutub. Dünən işdən evə gələn qadın otağa daxil olarkən qan gölməçəsini görüb. Oğlunun güllələnərək öldürüldüyünü bilən qadın sarsıntı keçirib və yaxınlarına məlumat verib.

Hadisə vaxtı Şəmkirdəki aqroparkın sədr müavini olan Kəramət Məmmədovun atası Şükür Məmmədov da işdə olub. Ş.Məmmədov əvvəllər Beynəlxalq Bankın Şəmkir filialının müdiri olub.

Hazırda faktla bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Qətlin kim tərəfindən törədilməsinin müəyyənləşdirilməsi, qatilin tututlması istiqamətində iş aparılır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...