Anons

Dünən, 14:22- Azərbaycanda Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb

Dünən, 12:16- İyulun 1-dək 120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

Dünən, 11:41- Prezident İlham Əliyev Bakıda yarımstansiyasının açılışında iştirak edib

Dünən, 10:38- Dünyada koronavirusa yoluxanların sayı 12 milyon nəfəri keçib

8-07-2020, 13:50- Bakıda tədrisi digər dillərdə olan bölmələrin I sinfə qəbul üçün məktəb seçiminə başlanılıb

8-07-2020, 12:27- Azərbaycan şahmatçısı Qran-Pridə dünya çempionu ilə oynayacaq

8-07-2020, 11:45- AQTA: Yay aylarında qida zəhərlənmələrinə daha çox təsadüf edilir

8-07-2020, 10:20- Bakının rabitə operatoru 3 min LTE modem alır

7-07-2020, 14:13- ETSN durğun hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

7-07-2020, 12:28- "Google" və "Deutsche Bank" əməkdaşlıq edəcək

7-07-2020, 11:50- Avropada tarix yazan məşqçilərin adı açıqlanıb: Fatih Terim ən çox uduzan mütəxəssisdir

6-07-2020, 14:32- Dövlət Turizm Agentliyi: Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər

3-07-2020, 17:15- Bakıda koronavirusa yoluxma ən çox Binəqədi rayonundadır

3-07-2020, 16:42- Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq

3-07-2020, 12:36- Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

3-07-2020, 11:24- İyulun 4-də Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

3-07-2020, 10:09- ÜST: Hazırda 17 koronavirus peyvəndi klinik sınaq məshələsindədir

2-07-2020, 20:12- Sərt karantin rejimi uzadıldı - Rayon və şəhərlərin sayı artırıldı

2-07-2020, 16:31- Azərbaycanda 5G texnoologiyası tətbiq olunmur - RƏSMİ

2-07-2020, 13:17- UEFA 775 milyon avroluq fond yaratdı

Haqqımızda Əlaqə

Bakıda xoşu gələn qızın xalasıoğlunu öldürən şəxsin şikayəti təmin edilmədi - 18 il (FOTO)

Tarix:21-02-2018, 16:31

Bakıda xoşu  gələn qızın xalasıoğlunu öldürən şəxsin şikayəti təmin edilmədi - 18 il (FOTO) Bakı Apellyasiya Məhkəməsində Göyçay rayon sakini İbrahim Sadıqovun (1995-ci il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya saxlama) maddələri ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Stimulxəbər.az xəbər verir ki, ötən il fevralın 15-də Nərimanov RPİ-nin əməkdaşları, Şahin Mustafayev küçəsindəki 307 saylı evin qarşısında 1984-cü il təv. Ucar şəhərində qeydiyyatda olan İslam Hüseynovun meyitini aşkar ediblər. Onun belində, idman şalvarının arxa tərəfinə taxılmış vəziyyətdə dəstəyi qara rəngli mətbəx bıçağı tapılıb. Cəsəddən 1-2 metr şimal tərəfdə dayanan “Mercedes” markalı avtomaşının qarşı hissəsində, həmçinin yerdə qan ləkələri müşahidə edilib. Sorğu-sual olunan evin sahibi bildirib ki, bir müddət əvvəl həyət darvazasını açdıqda, hazırkı yerdə tanımadığı cavan oğlanın yıxılıb, qaldığını görüb və dərhal bu barədə ərazi üzrə sahə inspektoruna zəng vurub, məlumat verib.

Bakıda xoşu  gələn qızın xalasıoğlunu öldürən şəxsin şikayəti təmin edilmədi - 18 il (FOTO)


Saat 23 radələrində İbrahim Sadıqov könüllü 18-ci polis bölməsinə gələrək bildirib ki, bir neçə saat əvvəl Montin qəsəbəsində, qohumu İslam Hüseynova bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə təyin edilmiş məhkəmə-tibbi eksertizasının rəyinə görə, İslam Hüseynovun ölümünə - döş qəfəsinə nüfuz edərək ürəyi və aortanın zədələnməsindən inkişaf etmiş kəskin qanitirmə səbəb olub.

Bakıda xoşu  gələn qızın xalasıoğlunu öldürən şəxsin şikayəti təmin edilmədi - 18 il (FOTO)


İstintaqla müəyyən edilib ki, İbrahim Sadıqov Göyçay rayonun Qaraməryəm kəndində qeydiyyatda olub, Bakı şəhəri, Binəqədi rayonu, H.Hacıyev küçəsində kirayədə yaşayıb. Fevraıln 15-i saat 16:30-da evdə olarkən sevdiyi, lakin onunla evlənməyə razılıq verməyən Ucar şəhər sakini Günel Əsgərovanın Bakı Kooperasiya kollecindəki təhsili ilə əlaqədar, Nərimanov rayonunda kirayədə yaşayan xalasıoğlu İslam Hüseynovun evində olmasını bilib. Buna görə istifadəsindəki mobil telefonla sonuncunun nömrəsi ilə, sosial şəbəkədə səsli danışmaqla əlaqə saxlayıb və Günellə marağlanmağa başlayıb. Hüseynov xalasının ailəsinin onların ailə qurmaqlarına razı olmadığını söylədikdə, Sadıqov zarafatla qızı anası ilə birgə qaçıracağını deyərək, onu qıcıqlandırıb və mübahisəyə təhrik edib. İslama qarşıkobud sözlər işlədərək, məsələni axşam, görüşüb aydınlaşdırmağı təklif edib. Saat 20 radələrində İbrahim cinayətkar niyyətini həyata keçirmək üçün Ağa-Nemətulla küçəsində, 67 saylı avtobusdan düşdükdən sonra paltarınnı sağ cibindəki bıçağını istifadəyə hazır vəziyyətdə saxlayıb. İslamla təklikdə söhmət edə-edə Ş.Mustafayev küçəsindəki 307 saylı evin yanına gəlb, çatdıqda qəflətən bıçaqla döş qəfəsinə, qarnına və sağ buduna zərbələr endirərək, onu qəsdən həyatdan məhrum edib. Sonra hadisə yerindən avtobus dayanacağının qayıdaraq, orda gözləyən Rüslan Hüseynov, Elmir Babayev və Feruz Mahmudova “Nərimanov” metrostansiyasının yanına gedib, qayıdacağını, İslam Hüseynovun kənarda mobil telefonla danışdığını yalan deyib və taksi ilə ordan uzaqlaşıb. Yolda dayısı İlham Yahyayevə zəng vuraraq, ona hadisə barədə məlum verib. Sonra onunla metronun yanında görüşüb, xalasının Binəqədi rayonunda yaşadığı evə gedib. Xalasına və ora gəlmiş anasına törətdiyi hadisəni danışıb. Cinayətin alətini qohumu Tahir Müslüm-zadəyə saxlamağa verib və saat 23 radələrində yaxınları ilə birlikdə polis bölməsinə gedərək, İslam Hüseyovu bıçaqla vurduğunu etiraf edib. Az sonra qohumu da bölməyə gələrək, kəsici aləti təhvil verib.

Bakıda xoşu  gələn qızın xalasıoğlunu öldürən şəxsin şikayəti təmin edilmədi - 18 il (FOTO)


Məhkəmə prosesində İbrahim Sadıqov özünü qismən təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdırıb, İ.Sadıqovun şikayətini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb.
Bakıda xoşu  gələn qızın xalasıoğlunu öldürən şəxsin şikayəti təmin edilmədi - 18 il (FOTO)
Bakıda xoşu  gələn qızın xalasıoğlunu öldürən şəxsin şikayəti təmin edilmədi - 18 il (FOTO)
Bakıda xoşu  gələn qızın xalasıoğlunu öldürən şəxsin şikayəti təmin edilmədi - 18 il (FOTO)
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...