Anons

Dünən, 20:22- Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

Dünən, 19:50- İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

Dünən, 19:35- Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

Dünən, 18:48- 16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

Dünən, 17:00- Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

Dünən, 16:40- BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

Dünən, 16:15- " `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

Dünən, 15:38- "AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

Dünən, 14:53- “Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

Dünən, 14:28- Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

Dünən, 14:08- Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

Dünən, 13:44- Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Dünən, 13:03- Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

Dünən, 12:36- Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Dünən, 12:06- “Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...

Dünən, 11:33- İmişlidə NONSENS: Keçmiş bələdiyyə sədri bələdiyyə möhürünü oğurlayıb, qaytarmır... - BU NƏDİ BELƏ?!

Dünən, 10:53- “İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” – EVLƏRİ DAĞILAN DAŞKƏSƏN SAKİNLƏRİ ÇADIRDA YAŞAMAĞA MƏCBUR EDİLİR / VİDEO

Dünən, 10:10- Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

Dünən, 09:38- Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

Dünən, 09:16- “İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

Haqqımızda Əlaqə

Dünyada uşaqların internetdə nə ilə maraqlandıqları açıqlanıb

Tarix:14-01-2022, 15:23

Dünyada uşaqların internetdə nə ilə maraqlandıqları açıqlanıb
"Kaspersky" şirkəti 2021-ci ilin payızında dünyada uşaqların internetdə hansı məzmunla maraqlandıqlarını təhlil edib.

Şirkətdən verilən məlumata görə, sentyabrdan noyabradək uşaqlar vaxtlarının çoxunu "YouTube"da keçiriblər (10 ən məşhur tətbiqdə keçirilən ümumi vaxtın 31%-i). İkinci yerdə 19% payla "WhatsApp", üçdə isə 18,8% göstərici ilə "TikTok" yer alıb.

Uşaqların "YouTube"da ən çox axtardığı məzmun oyunlarla bağlı olub. Bu cür sorğuların payı 28% təşkil edib. Onlar daha çox oyun bloqerlərinin kanallarını tapmağa çalışıb, ən populyar oyun isə "Minecraft" olub.

"YouTube"da ilk üçlükdə "MrBeast", "EdisonPts" və "Paluten" səhifələri yer alıb, ən çox tələb olunan oyunların ilk onluğuna isə "Genshin Impact" və "Poppy Playtime" daxil olub.

Uşaqların "YouTube" sorğuları arasında say baxımından ikinci yeri musiqi ilə bağlı kanallar tutub və onların payı 19% təşkil edib. Ən çox BTS, BlackPink, Lil Nas X, Ariana Grande və Twice, rus dilində isə Morqenştern və İnstasamkinin mahnıları axtarılıb. Ən populyar mahnılar sırasında CKay-in "Love Nwantiti" və Cənubi Koreyanın "BlackPink" musiqi qrupunun LALISA və MONEY adlı iki iştirakçısından biri olan LISA-nın iki yeni mahnısı yer alıb.

Filmlər, cizgi filmləri və teleşouların payına sorğuların 12%-i düşüb. Daha tez-tez axtarılan cizgi filmləri "Donuz Peppa", "Luntik" (Лунтик), "Barboskinlər" və "Xanım Böcək və Super Pişik" olub, filmlərdə isə "Venom 2" və "Hörümçək adam: evə yol yoxdur" filmləri digərlərini üstələyib.

"İnternet və cihazlar dünya üzrə uşaqların həyatında getdikcə daha mühüm rol oynayır və Azərbaycan da bu baxımdan istisna deyil. Valideynlər bu mövzunu görməzdən gəlməli deyillər, uşağın məşğuliyyətləri ilə aktiv şəkildə maraqlanmalı, onlara rəqəmsal mühitdə davranış qaydaları barədə danışmalıdırlar. Bunun üçün onlayn vaxtı birgə keçirmək lazımdır: məsələn, hətta əgər uşaq ancaq kompüter oyunları ilə maraqlanırsa, bu haqda çox bilmək, bloqerlərin bu haqda nə danışdığını müzakirə etmək və ya "Minecraft"da nəyisə birgə hazırlamağı yoxlamaq lazımdır", - deyə "Kaspersky"nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Uşaqların onlayn həyatını təhlükəsizləşdirmək üçün "Kaspersky" valideynlərə uşaqların internetdə davranışı üçün dəqiq qaydalar müəyyən etməyi və onların nəyə lazım olduğunu başa salmağı (bu cür qaydaları uşağın yaşına uyğun olaraq nəzərdən keçirmək lazımdır), birgə yeni şeylər öyrənməyi, uşaqların şəbəkədəki davranışını müşahidə etmək və onların təhlükəsizliyini necə təmin etmək barədə düşünməyi, lazım gəldikdə valideyn nəzarəti üçün tətbiqlərdən istifadə etməyi, amma onları yükləməzdən öncə uşağa onun necə işlədiyini və onu qorumağa necə kömək etdiyini izah etməyi tövsiyə edir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...