Anons

Dünən, 17:00- Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

Dünən, 16:37- Hökumət minatəmizləmə fəaliyyətinə dair tələbləri təsdiq edəcək

Dünən, 16:13- Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Dünən, 15:58- Nazirlər Kabineti unun qiyməti ilə bağlı qərar verib

Dünən, 15:24- Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

Dünən, 15:00- Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağası tətbiq olunacaq

Dünən, 14:35- Yeddi ay ərzində Azərbaycanda 64 mindən çox körpə doğulub

Dünən, 14:02- Azərbaycana elektromobillərin idxalı kəskin azalıb

Dünən, 13:47- ÜST üçüncü dozanın kimlərə vurulmasının tövsiyə olunduğunu açıqlayıb

Dünən, 13:46- Bakıda 29 yaşlı gənc qətlə yetirildi

Dünən, 13:19- İbtidai siniflərdə dərsliklər yenilənəcək

Dünən, 12:51- Nazirlik hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Dünən, 12:24- Nazirlik Səyavuş Aslanın küçədə gecələyən oğlunu axtarır

Dünən, 12:00- Evlilik və münasibət danışmanı Nabat Mirzəyeva: "Ailə bir ömür deməkdir"

Dünən, 11:38- Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama

Dünən, 11:05- Yollarda hərəkətə nəzarət gücləndiriləcək

Dünən, 10:17- Yeni metro stansiyası necə adlandırılacaq?

15-09-2021, 17:15- Güclü külək əsəcək - XƏBƏRDARLIQ

15-09-2021, 16:53- FHN-dən vətəndaşlara müraciət: Uşaqlara qarşı diqqətli olun!

15-09-2021, 16:27- Azərbaycanda bu güzəştlərin müddəti daha 5 il uzadılır

Haqqımızda Əlaqə

Artıq “Nar” abunəçiləri “Qarabag Dirçəliş Fondu”na ianə edə bilərlər

Tarix:14-09-2021, 11:34

Artıq “Nar” abunəçiləri “Qarabag Dirçəliş Fondu”na ianə edə bilərlər
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində görüləcək tədbirlərə dəstək olmaq istəyən “Nar” abunəçiləri üçün “Qarabağ Dirçəliş Fondu”na balanslarından birbaşa ianə etmək imkanı yaradılıb. Abunəçilər 1, 3, 5, 10, 20 və 50 AZN məbləğlərindən birini seçməklə ianə etmək istədikləri məbləğin müvafiq rəqəmini “8112” qısa nömrəsinə SMS göndərə bilərlər. SMS göndərildikdən dərhal sonra istifadəçiyə cavab olaraq ödənişin statusu ilə bağlı məlumat göndəriləcək.

Qeyd edək ki, balansdan yalnız ianə olunan məbləğ çıxılacaq və göndərilən hər SMS ödənişsizdir. Hər bir abunəçi bir neçə dəfə fərqli məbləğdə ianə edə bilər. Daha ətraflı məlumatı https://www.nar.az/qarabag-dirchelish-fonduna-destek/ rəsmi səhifəsindən əldə edə bilərsiniz.

“Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Fərmana əsasən, “Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. (https://qdf.gov.az/)

Qeyd edək ki, “Qarabağ Dirçəliş Fonduna” digər platformalar vasitəsilə də ianə etmək mümkündür. Ətraflı: https://qdf.gov.az/iane-et/.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8760-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...