Anons

Bu gün, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Bu gün, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Bu gün, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

22-04-2024, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

BVF: Azərbaycanda real ÜDM 2023-cü ildə pandemiyadan əvvəlki səviyyəyə çatacaq - QRAFİK

Tarix:6-09-2021, 15:00

BVF: Azərbaycanda real ÜDM 2023-cü ildə pandemiyadan əvvəlki səviyyəyə çatacaq - QRAFİK
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, Azərbaycanda real ÜDM istehsalı COVID-19 pandemiyasından əvvəlki səviyyəyə 2023-cü ildə qayıdacaq.

"APA-Economics"in verdiyi məlumata görə, 2020-ci ildə ölkə iqtisadiyyatında COVID-19 pandemiyası fonunda geriləmə baş vermişdi və real ÜDM istehsalı 4,3% azalaraq 28,62 mlrd. manata enmişdi. BVF-nin proqnozlarına görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatında real ÜDM istehsalı 2,3%, 2022-ci ildə isə 1,7% artaraq müvafiq olaraq 29,21 mlrd. manat və 29,71 mlrd. manat təşkil edəcək.

Fondun uzunmüddətli proqnozlarına əsasən, 2023-cü ildə ölkədə real ÜDM-in həcmi 2019-cu ildəki göstəricini (29,9 mlrd. manat) nəhayət keçə biləcək və 30,21 mlrd. manata çatacaq (2022-ci ilin proqnozu ilə müqayisədə 1,7%-lik artım). Bundan əlavə, BVF-yə görə, ölkə iqtisadiyyatı 2021-2026-cı illərdə ortaillik 1,8% böyüyəcək.

Xatırladaq ki, "APA-Economics"in Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, 2020-ci ildə Azərbaycanda real ÜDM-nin həcmi (2005-ci ilin qiymətləri ilə) 28,62 mlrd. manata bərabər olub, nominal ÜDM isə 72,432 mlrd. manat təşkil edib. Son əlçatan məlumatlara görə, cari ilin ilk rübündə real ÜDM istehsalı 5,54 mlrd. manat təşkil edib.

Qeyd edək ki, real ÜDM-in nominal ÜDM-dən fərqi ondan ibarətdir ki, real ÜDM-də istehsal olunan məhsulların qiymət artımları nəzərə alınmır və bu göstərici sırf real istehsal ilə təyin olunur. Bunun nəticəsi kimi, nominal ÜDM iqtisadiyyatın qiymət və gəlir indeksindəki dəyişikliklərdən asılıdır və məhsul və xidmətlərin qiymətlərinin artması səbəbindən inflyasiya ilə birlikdə artır, deflyasiya halında isə azalır. Beləliklə, nominal ÜDM-dən fərqli olaraq, real ÜDM qiymət səviyyəsindəki dəyişiklikləri hesablayır və iqtisadi artım ilə bağlı situasiyanı daha dəqiq şəkildə əks etdirir.


скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...